Tibb işçisi insana COVID-19-dan Sinovac vaksini vurur, arxiv şəkli

ƏƏSMN-nin vətəndaş qəbulu mərkəzlərində səyyar vaksinasiya təşkil edilib

12
(Yenilənib 10:49 19.08.2021)
Səyyar briqadalar 1, 2, 3 və 4 saylı Bakı DOST Mərkəzləri, Abşeron DOST Mərkəzi, Nazirliyin Vətəndaşların qəbulu otağı, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun Qəbul mərkəzində təşkil edilib.

BAKI, 17 avqust — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə əhalinin sağlamlığını COVID-19-dan qorumaq üçün Nazirliyin vətəndaş qəbulu mərkəzlərində səyyar vaksinasiya təşkil edilib.

Sputnik Azərbaycan xəbər verir ki, yalnız xidmətlərdən yararlanmaq üçün Nazirliyin vətəndaş qəbulu mərkəzlərinə müraciət edən vətəndaşlar könüllü olaraq COVID-19 xəstəliyi əleyhinə peyvənd oluna bilərlər. Məqsəd vətəndaşların COVID-19 xəstəliyi əleyhinə peyvəndə əlçatanlığını təmin etmək, onların rahat şəkildə və vaxt itirmədən vaksinasiyasını həyata keçirməkdir.

Səyyar briqadalar 1, 2, 3 və 4 saylı Bakı DOST Mərkəzləri, Abşeron DOST Mərkəzi, Nazirliyin Vətəndaşların qəbulu otağı (1 saylı Bakı DOST mərkəzinin "Nazirlik üzrə 1 saylı şöbə"si), Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun Qəbul mərkəzində təşkil edilib. Səyyar briqadalarda yalnız "CoronaVac" vaksinindən istifadə olunur. Vətəndaşlar həkim yoxlanışından sonra peyvənd olunurlar.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları, yaxud peyvənd olunmağa əks göstəriş barədə təsdiqedici sənəd olduğu halda həyata keçirilir.

Məlumat üçün bildirək ki, eyni zamanda, vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürərək vaksinasiya prosesində iştirak edə bilərlər.

 

12

Nəriman Abbasov Həbib Nurməhəmmədovun tələbəsini nokauta saldı

5
(Yenilənib 10:40 18.09.2021)
Moskvada Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində Nəriman Abbasovla Şamil Zavurov arasında keçirilən döyüş cəmi bir raund davam edib.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Moskvada keçirilən turnirdə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun tələbəsi, "Dağıstan şiri" ləqəbli Şamil Zavurovu məğlub edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Moskvada baş tutan MMA (qarışıq döyüş növləri) turniri Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuşdu. Abbasov həmin görüşdə AMC Fight Nights çempion kəmərini qoruyurdu, Zavurov üçün isə qarşılaşma karyerasında sonuncu oldu.

Döyüş elə birinci raundda texniki nokautla başa çatdı. "Çingizxan" ləqəbli Nəriman Abbasov ilk dəqiqələrdən rəqibinə dəqiq zərbələr endirərək üstünlüyü ələ aldı, Zavurov raundun sonunda təzyiqə davam gətirməyərək oktaqonun döşəməsinə yıxıldı. Abbasov rəqibinə zərbələr endirməyə davam edərkən döyüş dayandırıldı. Beləliklə, Abbasov MMA-da 12-ci dəfə ardıcıl olmaqla 27-ci qələbəsini qazandı. 

Qalib elan edildikdən sonra Nəriman Abbasov qeyd edib ki, qələbəsini mərhum Abdulmanap Nurməhəmmədova həsr edir və rəqibinə hörmətlə yanaşır.

Onu da bildirək ki, döyüşdən əvvəl Həbib Nurməhəmmədov Abbasova Zavurov üzərində qələbə qazanacağı təqdirdə ən prestijli UFC promouşeni ilə müqavilə bağlamağına kömək edəcəyinə söz verib. Nəriman müsahibəsinin sonunda Həbibin vədini yada salıb: "Həbib, çamadanım hazırdır".

Eləcə də oxuyun:

5
Teqlər:
MMA, çempion, Həbib Nurməhəmmədov, azərbaycanlı, Moskva
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə

Xalq artisti: “Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı” adlandırmışam”

25
(Yenilənib 09:56 18.09.2021)
Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı
Firəngiz Əlizadə: “Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır”

Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun anadan olmasının 136 ili tamam olur.

Sputnik Azərbaycan dahi bəstəkarın həyat və yaradıcılığı barədə Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə həmsöhbət olub.

Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı”, “Şərqin Günəşi adlandırmışam” -  deyə söhbətə başlayan xalq artisti dahi bəstəkarın yaradıcılığının əsrarəngizliyindən söz açıb: “Bu xüsusiyyətlər onun musiqisini ölməz edir. Nə qədər ki, azərbaycanlılar var bu musiqi qəlblərimizi fəth edəcək. Üzeyir Hacıbəyov dahi insan olub və bu hər sahədə özünü göstərib. Onun  haqqında danışarkən ən çox istifadə olunan sözlər ilk dəfə, birinci dəfədir. Onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı. Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır. Sovet İttifaqında elə bir ölkə yox idi ki, onun musiqisi orada populyar olmasın”.

Firəngiz Əlizadənin fikirlərinə ətraflı şəkildə audiofaylda qulaq asa bilərsiniz

25