Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirirlər

44
Birinci divizionda Belarusiya, Serbiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq tankçılarımız ilk yarışa avqustun 24-də  başlayacaqlar.

BAKI, 16 avqust — Sputnik. “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edəcək tankçılarımız hazırlıqlarını davam etdirir. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, komandamızın heyəti yarışa qatılacaqları tankların ştat silahlarından yoxlama atışları icra ediblər.

Qeyd edək ki, Rusiyada keçiriləcək Beynəlxalq Ordu Oyunları 2021 çərçivəsində "Tank biatlonu" müsabiqəsinin püşkatması aparılıb. Püşkatma "Patriot" parkında keçirilib. Püşkatamada 19 ölkədən olan komandaların nümayəndələri və müsabiqənin hakimləri iştirak ediblər.

2020-ci ildə keçirilən müsabiqənin yekunlarına görə, 2021-ci ildə keçiriləcək müsabiqədə iştirak edən ölkələr iki diviziona bölünüb. İlk diviziona 11 ölkədən olan milli – Azərbaycan, Belarus, Veneseula, Vyetnam, Qazaxıstan, Çin, Monqolustan, Rusiya, Serbiya, Suriya və Özbəkistan daxildir. İlk divizionun püşkatmasına əsasən, "individual yarışlarda" göy rəngli tanklarda Azərbaycan və Suriya komandaları, qırmızı tanklarda Çin, Vyetnam və Serbiya, yaşıl rəngli tanklarda Rusiya, Qazaxıstan və Venesuela, sarı rəngli tanklarda isə Belarus və Özbəkistan yarışacaq. Yarışı ilk üçlükdə tamamlayan komandalar "İndividual yarış" qalibləri və mükafatçıları olacaq.

Hər ölkədən olan üç ekipajın göstərdiyi nəticələrin cəminə əsasən hər divizionda 8 komanda müəyyənləşəcək və onlar 31 avqust və 1 sentyabr tarixlərində keçiriləcək yarımfinal mərhələsində iştirak edəcəklər. Yarımfinal mərhələsində ən yaxşı nəticə göstərən dörd komanda isə sentyabrın dördü Alabino poliqonunda keçiriləcək final mərhələsində iştirak edəcək.

Yarışlardan əvvəl tankçılar trek, hədəf meydançası ilə tanış olacaq, praktiki məşğələlər keçəcək və döyüş maşınlarının standart silahlarını tənzimləyəcəklər.

Xatırladaq ki, 2020-ci ildə keçirilən "Tank biatlonu"nun final yarışlarında birinci divizionda Rusiya, Belarus və Çin komandaları ilə mübarizə aparan Azərbaycan tankçıları uğurlu çıxış ediblər. Ümumilikdə komandamız 16 ölkə arasında dördüncü yeri tutub.

Eləcə də oxuyun:

44
Teqlər:
tank, tank biatlonu, hərbçilər
 Şuşada Bülbülün ev-muzeyi, arxiv şəkli

Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub

7
(Yenilənib 22:41 23.09.2021)
Avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

BAKI, 23 sentyabr — Sputnik. Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu vəzifəyə tanınmış telejurnalist Fəxrəddin Hacıbəyli təyinat alıb. Bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

F.Hacıbəyli artıq ev-muzeyinin direktoru kimi fəaliyyətə başlayıb. O, 02.09.2021-ci tarixli əmrlə ev-muzeyinin direktoru təyin edilib.

Qeyd edək ki, avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Ev muzeyi 1982-ci ildən fəaliyyət göstərir. Bülbül bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib. Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında 1982-ci ildə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edilib. Bina 1982-1983-cü illərdə təmir olunub. Ev-muzeyi Şuşanın işğalından sonra ermənilər tərəfindən dağıdılıb.

Bu il yanvarın 14-də Şuşaya səfəri zamanı ev-muzeyində olan Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, muzeydə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Ev muzeyi Bülbülün oğlu, Azərbaycanın Rusiyadakı səfiri, görkəmli bəstəkar Polad Bülbüloğlunun vəsaiti hesabına təmir-bərpa edilib.

Bərpa zamanı evin divarlarında daş üzərində yonulmuş yazılarda evin tikilmə tarixinin qeyd edildiyi aşkarlanıb. Divarın üzərində yeni aşkar olunmuş yazıda binanın 1788-ci ildə inşa olunduğu qeyd edilib. Ev-muzeyinin həyəti əvvəlki görkəmini saxlamaqla bərpa olunub. Muzeyin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Eyni zamanda burada vaxtilə olan və erməni vandalizminə məruz qalan büstü də saxlanılır.

Muzeydə Bülbülə aid olan eksponatlar, əşyalar, sənədlər toplanıb. Bundan başqa, ev-muzeyində quraşdırılan böyük monitorda görkəmli musiqiçinin ifa etdiyi əsərlər, onunla bağlı audio və videoyazılar, məlumatlar 7 dildə nümayiş olunur.

Həmçinin oxuyun:

Şuşa yaxın iki-üç aya tamam dəyişəcək: Xüsusi nümayəndə görülən işlərin hesabatını verdi

7
Teqlər:
Bülbül
Nikol Riçi, arxiv şəkli

Dünya şəhrətli ulduzun saçları ad günündə alışıb

6
(Yenilənib 22:37 23.09.2021)
Məşhur müğənni həmin anları 5,2 milyon izləyicisi olan "Instagram" hesabında da paylaşıb. İfaçının bu paylaşımına qısa müddətdə 1,5 milyona yaxın baxış gəlib.

BAKI, 23 sentyabr — Sputnik. Dünya şöhrətli ulduz Nikol Riçi doğum gününü sevdikləri ilə birlikdə qeyd edərkən uğursuz hadisə ilə üzləşib. Sputnik Azərbaycan verir ki, tortun üzərindəki şamları söndürmək üçün əyilən məşhurun saçları alovlanıb. O, qısa müddətli panikadan sonra saçlarını xilas edib.

2000-ci illərin ilk yarısında çılğın həyatı ilə gündəmdə olan və evlənib uşaq sahibi olduqdan sonra sakit həyatına davam edən Nikol Riçi, 40 yaşını qeyd edərkən yaşadığı bu hadisənin görüntülərini sosial media hesabında yayımlayıb.

Məşhur müğənni həmin anları 5,2 milyon izləyicisi olan "Instagram" hesabında da paylaşıb. İfaçının bu paylaşımına qısa müddətdə 1,5 milyona yaxın baxış gəlib.

Məşhur müğənni sənət fəaliyyətinə 2003-cü ildən başlayıb. Məşhur pop kralı Maykl Cekson onun xaç atasıdır.

6
Teqlər:
məşhur, müğənni, ad günü