Qobustanda Sündü kəndi

Qobustanın dünyada analoqu olmayan kəndi - Sündü

61
(Yenilənib 17:10 15.08.2021)
Bu kəndin 5 mindən çox yaşı var, lakin onu maraqlı edən təkcə bu deyil. Bu, Azərbaycanın yegənə kəndidir ki, burada otuzdan çox qəbiristanlıq var. İş ondadır ki, onların sayı əslində azalıb.

BAKI, 14 iyun — Sputnik. Sündü kəndi Qobustanın mərkəzindən 16 km aralıda - rayonun şimal qərb hissəsində olan dağlıq və qayalıq ərazidə yerləşir. Bu kəndə getmək üçün Bakı-Şamaxı-Yevlax avtomobil yolundan ayrılıb kənd istiqamətinə hərəkət edirik. Enişli-yoxuşlu, dolaylı yollardan keçib Sündü kəndinə çatırıq. Kəndin mərkəzinə doğru hərəkət etdikcə avtomobil yolunun sağ və sol tərəfində böyük daşlardan ibarət olan qəbirlər hər kəsin diqqətini özünə cəlb edir. Kəndin çox da böyük olmayan küçələrində hərəkət etdikcə fərqli üslubda inşa edilən evlər, hasarların daşları kəndin qədimliyini bələdçisiz də göstərir. Bəlkə də Sündü Azərbaycanın yeganə kəndidir ki, burada 30-dan artıq qəbiristanlıq mövcuddur, amma görünür bunun da öz səbəbləri var.

  • Qobustanda Sündü qəbiristanlığı
    © Sputnik / Rashad Keremoglu
  • Qobustanda Sündü qəbiristanlığı
    © Sputnik / Rashad Keremoglu
  • Qobustanda Sündü qəbiristanlığı
    © Sputnik / Rashad Keremoglu
  • Qobustanda Sündü qəbiristanlığı
    © Sputnik / Rashad Keremoglu
  • Qobustanda Sündü qəbiristanlığı
    © Sputnik / Rashad Keremoglu
1 / 5
© Sputnik / Rashad Keremoglu
Qobustanda Sündü qəbiristanlığı

Məhz bu məsələni ayınlaşdırmaq üçün Sündü kənd sakini, Əməkdar tarix müəllimi İdris Alcanovla görüşdük. Tarixçinin sözlərinə görə, bir vaxtlar kənd ərazisində 36 qəbiristanlıq olsa da, hazırda bu say 32-dir. Kəndin mərkəzində olan qəbiristanlıqların yaşının qədim dövrə (islamdan əvvəlki dövrə) təsadüf etdiyini, kəndin kənarında olan qəbiristanlıqların isə bir qədər müasir dövrlə əlaqəli olduğunu deyən tarixçi bir kənddə 30-dan çox qəbiristanlığın olma səbəbini belə izah edir:

“Sündü kəndi Azərbaycanda ən qədim kəndlərdən hesab olunur. Burada aparılan ilkin arxeoloji tədqiqatlardan belə müəyyən etmək mümkündür ki, bu kəndin əhalisinin burada yaşamasının tarixi Erkən Tunc dövründən götürülür. Erkən Tunc dövründə əhalinin dağətəyi bölgələrdə məskunlaşması tarixi bizim kəndə də aiddir. Bu hesabla götürsək, Sündü kəndində yaşamın tarixi 5000 ildən artıqdır. Bu tarixin qədimliyini kəndin ərazisində olan maddi mədəniyyət abidələri də təsdiq edir. Kəndin ərazisində şəhid qəbiristanlıqlarının mövcudluğu burada vaxtilə xəzər-ərəb müharibələrinin getdiyini sübut edən faktlardandır. Kəndin şimal-qərb hissəsində yerləşən yuxarı və aşağı şəhid qəbiristanlıqları bunu təsdiq edə bilər. Qəbiristanlıqlarda olan küp saxsı, daş qutu, katakomba, sərdabələr və müasir qəbirlər üslubuna, hündürlüyünə və eninə görə bir-birindən xeyli fərqlənirlər".

Xatırladaq ki, Sündü kəndində 600-dən çox fərdi təsərrüfat var. Sakinlərinin sayı isə 3000-dən çoxdur. Xatırladaq ki, Qobustan rayon Sündü kəndi İkinci dünya, Birinci və İkinci Qarabağ müharibəsi zamanı ümümilikdə 138 nəfər şəhid verib. Həmin şəhidlərdən 24-nün qəbri kənd ərazisində olan qəbiristanlıqlarda yerləşir.

Həmçinin oxuyun:

61
Teqlər:
kənd, Qobustan, qəbiristanlıq
Tərtər rayonun Qapanlı kənd orta məktəbin binası

Məktəb pəncərələri daha atəş səsindən cingildəmir

6
(Yenilənib 17:40 23.09.2021)
Güllədən dəlik-deşik olan məktəb binası, məktəb həyətinə düşən mərmilərin açdığı iri çalalar, idman zalının mərmidən sonra parça-parça olaraq ətrafa yayılan döşəməsi Ermənistan silahlı qüvvələrinin təhsil ocağını hədəfə aldığının təkzibolunmaz dəlilidir.

BAKI, 23 sentyabr — Sputnik. Otuzildən sonra ilk dəfə idi ki, “düşmənə qarşı Stalinqrad” adlandırılan Tərtərdə məktəblilər dərsə heç bir təhlükə olmadan getdilər. Sputnik Azərbaycan Tərtərin keçmiş cəbhə xəttinə ən yaxın kəndlərində yeni tədris ilindən hazırladığı reportajı təqdim edir...

Müharibə bitsə də, izləri hələ qalıb...

Atəş səsləri sussa da, göydən mərmi daha yağış kimi yağmasa da, Tərtər rayonun Qapanlı kənd orta məktəbində 44 günlük müharibənin izləri qalmaqdadır. Güllədən dəlik-deşik olan məktəb binası, məktəb həyətinə düşən mərmilərin açdığı iri çalalar, pəncərələrin qırıq şüşələri, idman zalının mərmidən sonra parça-parça olaraq ətrafa yayılan döşəməsi Ermənistan silahlı qüvvələrinin təhsil ocağını hədəfə aldığının təkzibolunmaz dəlilidir. Müharibə dövründə məktəb erməni silahlılarının ağır artilleriyadan açdığı atəş nəticəsində yararsız vəziyyətə düşsə də, tədris ilinə qədər qismən də olsa, təmir edilib.

© Sputnik / Zulfiyya Guluyeva
Qapanlı kənd tam orta məktəbi
"Məktəbdən bir az uzaqlaşmışdım ki, gördüm mərmi məktəbimizə düşdü".

Bizi qapıda qarşılayan məktəbin direktoru Fitat Əliyeva Sputnik Azərbaycan-a bildirib ki, təhsil müəssisəsinin həyətinə 8-ə yaxın mərmi düşüb. Daha bir mərmi isə məktəbin idman zalına təsadüf edib. Nəticədə məktəbin binası ciddi zədə alıb. Məktəb direktoru o günü belə xatırlayır:

“Mən əmək kitabçalarını, sənədləri yığışdırıb getdikdən sonra iki əmək kitabçasının əksik olduğunu gördüm. Bildim ki, əmək kitabçalarını, sənədləri tələsik yığışdırarkən məktəbdə düşürmüşəm. Ona görə də oktyabrın 5-də əmək kitabçalarını tapmaq üçün məktəbə gəldim. Həmin vaxt qızğın döyüş getdiyi üçün biz kəndin içinə girə bilmirdik. Hamı kimi mən də kəndə yaxın, Qarağacıayrıcı adlandırılan yerdə atəşin dayanmasını gözləyirdim. Atəş dayanandan sonra kəndə gəldik. Elə biz kəndə çatana yaxın yenidən atəş səsləri eşidilməyə başladı. Kənddə qalan sakinlər mənə dedilər ki, erməni silahlıları yenidən atmağa başlayıb. Buna baxmayaraq, mən həmin sənədləri tapmaq üçün məktəbə gəldim. Xoşbəxtlikdən əmək kitabçalarını tez tapdım. Məktəbdən bir az uzaqlaşmışdım ki, gördüm bir mərmi əkin sahəsinə düşdü. Ondan sonra atılan mərmi məktəbimizə düşdü. Məktəbi toz-duman bürümüşdü. Sonra gələndə gördüm ki, atılan mərmilərin 8-i məktəbin həyətinə və yaxınlığına, ikisi məktəbin binasına düşüb. Bir mərmi məktəbin çardağından idman zalına düşmüşdü. Zərbədən sinif otaqlarının salamat pəncərəsi qalmamışdı. Məktəbin divarları isə dəlik-deşik idi...”.
  • Tərtər rayonun Qapanlı kənd orta məktəbi
    © Sputnik / Zulfiyya Guluyeva
  • Tərtər rayonun Qapanlı kənd orta məktəbin binası
    © Sputnik / Zulfiyya Guluyeva
  • Tərtər rayonun Qapanlı kənd orta məktəbində dərs prosesi
    © Sputnik / Zulfiyya Guluyeva
1 / 3
© Sputnik / Zulfiyya Guluyeva
Tərtər rayonun Qapanlı kənd orta məktəbi

30 ildə ilk dəfədir ki...

Direktor yeni tədris ilində məktəbin bir hissəsinin təmir edildiyini, şagirdlərə oxumaq üçün şərait yaradıldığını söylədi. Onun sözlərinə görə, köhnə məktəb atılan mərmilərdən sonra tam yararsız vəziyyətə düşdüyündən, bir neçə il öncə yeni məktəb inşa olunub. Amma Ermənistan Silahlı Qüvvələri bu məktəbə də müharibə zamanı zərər vurub. F.Əliyeva deyir ki, 30 ildən sonra ilk dəfədir ki, Qapanlı sakinləri uşaqlarını heç narahatlıq keçirmədən məktəbə yola salır:

“İlk dəfədir ki, bu tədris ili üzümüz gülür. Atəşkəs dövründə də həmişə dərsi narahatlıq içində keçmişik. Gözümüz pəncərədə, qulağımız səsdə olub. Tənəffüsdə belə narahatlıq keçirirdik. Qorxurduq ki, ermənilərin açdığı atəş həyətdə oynayan uşaqlara dəyər... Şükür ki, başda Ali Baş Komandanımız olmaqla müzəffər ordumuz bu narahatlığımıza son qoydu. Torpaqlarımız işğaldan azad olundu. Artıq Tərtərin Qapanlı kəndi cəbhə xəttində yerləşən ərazi hesab olunmur. Artıq erməni silahlılarının gülləsi bizə tuşlanmayıb. Bunun necə böyük xoşbəxtlik olduğunu isə sözlə ifadə etmək mümkün deyil”.

"Artıq uşaqlarımızın taleyindən narahat deyilik"

Məktəbdə həmsöhbət olduğumuz valideynlər də 44 günlük müharibədə Zəfər qazandıqdan sonra övladları ilə bağlı narahatlığın aradan qalxdığını söyləyirlər. Gülüstan Məmmədova adlı valideyn deyir ki, atəşkəs dövründə erməni silahlıları atəşkəsi tez-tez pozduğundan, övladlarını məktəbə əsas yolla yox, kənd içi, ara yollarla gətirib aparırmışlar:

“Uşaq məktəbə gedib-gələnə qədər narahat qalırdıq. İndi şükür ki, uşaqlarımızın taleyindən narahat deyilik. 44 günlük müharibə bu narahatlığımıza birdəfəlik son qoydu”.
© Sputnik / Zulfiyya Guluyeva
Tərtər rayonun Qapanlı kənd orta məktəbində dərs prosesi

"Sinif otaqlarında rahat əyləşib dərs keçməkdən böyük xoşbəxtlik ola bilməz!"

Məktəbin sinif otaqlarını gəzərkən bu il məktəbə ilk qədəmlərini basan birincilərlə də görüşdük. Sinif müəlliməsi Nailə müəllimə bildirdi ki, heç vaxt bu gün olduğu kimi bu sinif otağında sakit dərs keçməyib:

“Atəşkəs pozulduqca, iriçaplı silahlardan atılan atəş sinif otaqlarımızın pəncərələrini cingildədirdi. Yaxınlığa düşən mərminin təsirindən məktəb silkələnirdi. Biz bu vahimə içində dərs keçmişik. Bununla belə, heç bir valideyn uşağını məktəbdən saxlamayıb. Artıq uşaqlar da açılan atəş səslərinə öyrəşmişdilər. Biz müəllim olaraq narahatlıq keçirsək də, uşaqlar qorxmurdular. Artıq o narahatlığımız geridə qalıb. Bizim üçün bu sinif otaqlarında rahat əyləşib dərs keçməkdən böyük xoşbəxtlik ola bilməz. Buna görə bütün şəhidlərimizə, prezidentimizə, ordumuza minnətdarıq!”.

Xoşbəxt birincilər...

Birincilər isə məktəbdə keçən ilk günlərinin sevincini yaşayırdılar. Olub bitənlərdən xəbərsiz.. Bilmirdilər ki, bir də bu məktəbin sinif otaqlarının pəncərələri atəş səsindən cingildəməyəcək. Mərmi, raket məktəb binasının məhvərini yerindən oynatmayacaq... Bəlkə də onlar bu məktəbin son 30 ildə təhsil alan ən xoşbəxt şagirdləri olacaqlar. Tam təhlükəsiz, sülh şəraitində təhsil alan şagirdləri... 

Həmçinin oxuyun:

Güllələr də susarmış... Artıq Tərtər məktəblərinin pəncərələrini atəş səsləri silkələmir

6
Teqlər:
məktəb, məktəbli, Tərtər

Şimal-qərb bölgəsi sel suları altında qalıb, 53 yaşlı kişi daşqının qurbanı olub

41
Güclü yağışlar nəticəsində Balakən və Zaqatala rayonları ərazisindən keçən Katex, Balakən, eləcə də Tala çaylarında suyun səviyyəsi qalxıb, çaylardan qısamüddətli sel keçib.

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində, xüsusən də Balakən və Zaqatalada qeyri-sabit hava şəraiti hökm sürüb. Sputnik Azərbaycan-ın məlumatına görə, gecə saatlarında küləklə müşahidə olunan leysan yağıb.

Bu gün səhər saatlarında Zaqatala rayonun Qəbizdərə kənd sakini 53 yaşlı Abdulbari Abdulxalıqov Katex çayını keçmək istəyərkən suda boğularaq ölüb. Əraziyə FHN-nin helikopteri cəlb edilib.

Zaqatalada Tala çayının daşması səbəbindən çayın sol və sağ sahillərində yerləşən Yolayrıc, Höytala və Vöhtala kəndlərində həyətyanı sahələr sel suları altında qalıb. Sakinlərin təsərrüfatlarına ciddi ziyan dəyib.

17 mindən çox əhalisi olan Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xətti də dağılaraq yararsız vəziyyətə düşüb.

Katex çayı da məcrasından çıxıb və sol sahildə yerləşən Mazıx kəndində bir neçə həyatyanı sahəyə sel suları dolub, təsərrüfatlara ziyan dəyib.

Sel suları Balakəndə də fəsadlara yol açıb. Balakən çayının məcrasından çıxması səbəbindən çayın sol sahilində yerləşən Kortala kəndini sel suları basıb. 60-a yaxın həyətyanı sahəyə və təssərrüfata ciddi ziyan dəyib. Evlərin zirzəmilərinə və birinci mərtəbələrinə sel suları dolub.

Hər iki rayonun müvafiq qurumları leysanın yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində işlər aparır.

41
Teqlər:
sel, daşqın
Bakı şəhərinə mənzərə, arxiv şəkli

Sorğuda iştirak etmiş xarici şirkətlər: Azərbaycanda əlverişli biznes mühiti formalaşıb