Azərbaycan manatı, arxiv şəkli

Manat haqda bilmədiklərimiz maraqlı faktlar

34135
(Yenilənib 10:15 15.08.2021)
Azərbaycan Respublikasının milli valyutası olan manat müstəqillik əldə etdikdən sonra - 1992-ci ildə tədavülə buraxılıb. Azərbaycan manatının hazırlanmasına ilk prezident Ayaz Mütəllibovun vaxtında başlanılıb.

BAKI, 13 avqust — Sputnik. Azərbycanın milli pul vahidi olan manat haqda bilmədiyimiz və maraqlı olan faktları təqdim edirik:

Manatın qısa tarixçəsi:

Azərbaycan Respublikasının milli valyutası olan manat müstəqillik əldə etdikdən sonra - 1992-ci ildə tədavülə buraxılıb. Azərbaycan manatının hazırlanmasına ilk prezident Ayaz Mütəllibovun vaxtında başlanılıb. İkinci Prezident Əbülfəz Elçibəyin vaxtında isə bu iş reallaşıb. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb.

- Üzərində Nizami Gəncəvi və Məmməd Əmin Rəsulzadənin rəsmləri təsvir olunan 500 və 1000 manatlıq əskinasların dizaynı xalçaçı-rəssam Eldar Mikayılzadəyə məxsus olub. Manatın dizaynının hazırlanmasında xalça motivlərindən, dahi şəxsiyyətlərin portretlərindən istifadə edilib.

Manat haqda maraqlı faktlar:

1 manat

Əsginas 120x70 mm ölçüdə olan xüsusi kağızda çap olunub. Əsginasın üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin – tar, kamança və dəfin qrafik təsvirləri verilib. Arxa fonda qədim Azərbaycan xalçasının naxışları var. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilib. Bir sözlə, bu əskinas müasir Azərbaycan mədəniyyətini əks etdirir.

5 manat

- Əsginas 127x70 mm ölçüdə olan ağ kağızda çap olunub. Əsginasın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunub. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilib. Bu əskinasda Azərbaycanın dünya ədəbiyyatına dəyərli töhfəsi əks etdirilir. Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon–Yenisey abidələri əlifbası, müasir Azərbaycan yazısı çap edilib.

Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər var.

Bu əskinasın üzərində böyük hərflərlə Ə.Ə azılması da bir çoxlarının diqqətindən qaçmır və belə ehtimal olunur ki, 1999-2006-cı illərdə maliyyə naziri işləyən Əvəz Ələkbərovun ad və soyadının baş hərfləri pul əskinasında əksini tapıb.

10 manat

- Yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçərişəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb. Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunub.

Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir. Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini-mətnlər və nominalın rəqəmləri görünür.

Eyni zamanda, banknotun ön tərəfində İçərişəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur.

Pul nişanının arxa tərəfində isə, üzərində işıqda görünən "10" rəqəmi və "AMB" yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Eyni zamanda, üzərində "10 AZN" yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilib.

Yenilənmiş 10 manatlıq pul nişanı 18.03.2019-cu il tarixdən tədavülə buraxılır. Bu pul nişanı hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

20 manat

- Əsginas 141x70 mm ölçüdə olan ağ kağızda çap olunub. Əsginasın üz tərəfində qüdrət nişanəsi - qılınc, dəbilqə, qalxan və Sülh rəmzi "Xarı bülbül" təsvir olunub. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilib. 20 manatlıq əsginaslar yalnız bir dəfə – 2005-ci ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılıb.

50 manat

- Əsginas 148x70 mm ölçüdə olan ağ kağızda çap olunub. Əsginasın üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti – pillələr, güc və işıq nişanəsi – günəş, elm rəmzi – kimyəvi və riyazi simvollar təsvir olunub. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycan xalçalarının ornamentləri çap olunub.

100 manat

- Əsginas 155x70 mm ölçüdə olan ağ kağızda çap olunub. Əsginasın üz tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunub. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilib. Əskinasda təhsil və dövlətin gələcəyi əks olunur. Burada inkişafın simvolu olaraq pilləkənlər, güc və işığın simvolu olaraq günəş, elmin simvolu olaraq kimyəvi və riyazi işarələr əksini tapıb.

200 manat

- Bu əsginas Azərbaycanın digər əsginasları ilə müqayisədə ən yuxarı nominal dəyərə malikdir və dövriyyəyə ən son (2018) buraxılan əsginasdır. 200 manat 20000 qəpiyə bərabərdir.

- 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək Azərbaycan ərazisində manatla rubl 1 manat:10 rubl nisbətində paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 58 saylı Fərmanı ilə manatın dövriyyədə yeqanə ödəniş vasitəsi olması tətbiq olundu.

Beləcə, 11 dekabr 1993-cü il tarixindən rubl dövriyyədən çıxarıldı və manat ölkənin yeganə ödəniş vasitəsi elan olundu.

- 1994-cü ildə "Şirvanşahlar" kompleksinin təsvir olunduğu 10.000 manatlıq əskinaslar Almaniyada "Giesecke & Devrient", 1996-cı ildə isə 50.000 və 2001-ci ildə isə 1000 manatlıq əskinaslar İngiltərənin "De La Rue" şirkətləri tərəfindən çap edildi.

- Azərbaycan Respublikasının Prezidentinin 7 fevral 2005-ci il tarixli "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanına uyğun olaraq 2006-cı ildən etibarən 1 yeni manat 5000 manata bərabər tutulmaqla denominasiya həyata keçirilib, tədavülə yeni nəsil pul nişanları (AZN) buraxılıb.

Yeni nümunəli pul nişanlarının nominal strukturu 7 ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və 6 ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir.

Bir manat 100 (yüz) qəpikdən ibarətdir.

Azərbaycan manatının simvolu – 1bd791cdbf2cc9d987faa0870.png , beynəxalq ISO kodu 994-dür.

Yeni pul nişanlarının dizaynı vahid konsepsiya əsasında hazırlanın, dizayn mövzusu "Müstəqil Azərbaycan" müəyyən edilib, Azərbaycanın bütün sahələrdə müstəqilliyini, inkişafını və Avropa ailəsinə inteqrasiyasını təzahür edir.

Milli valyutada kağız pul nişanlarının mühafizə sistemi qəbul edilmiş ümumi mühafizə fəlsəfəsi əsasında hazırlanıb. Milli valyuta kağız pul nişanlarının mühafizə sistemi 4 pilləli (I, II, III və IV dərəcəli) yaradılıb. Hər nominallı kağız pul nişanlarının əsas fon rəngi mövcuddur və mühafizə elementləri bütün nominallı kağız pul nişanlarında eyni yerlərdə yerləşdirilib.

- Metal pul nişanlarının mühafizə sistemi pul nişanlarının yan tərəfində yerləşdirilmiş xüsusi təhlükəsizlik elementindən, dizayn elementlərinin dəqiqi cizgilərindən, zərb olunmuş qabarıq səthdən, pul nişanı üçün müəyyən olunmuş texniki göstəricilərdən, o cümlədən diametr, çəki və metal tərkibdən ibarətdir.

- Mərkəzi Bank tərəfindən 2006-cı ildən etibarən tədavülə 1, 5, 10, 20, 50 və 100 manatlıq əskinaslar, 1, 3, 5, 10, 20, və 50 qəpiklikdən ibarət yeni nəsil metal pul nişanları buraxıldı. Yeni dizayn konsepsiyasının əsas şərtləri "vahid ailə" prinsipi nəzərə alınmaqla hazırlanmışdır. Yeni valyuta dizaynları Avstriyanın "OeBS" şirkətinin dizayneri Robert Kalinanın eskizləri əsasında hazırlanmışdır. Robert Kalina həmçinin Avro əskinaslarının dizayn müsabiqəsinin qalibidir.

Manatın mühafizəsi

- Yeni Azərbaycan manatının mühafizə sistemi xüsusi "mühafizə fəlsəfəsinə" uyğun İsveçrə Milli Bankı ilə əməkdaşlıq nəticəsində hazırlanıb. Belə ki, yeni nəsl əskinaslar 4 pilləli mühafizə sisteminə malikdir. 1-dərəcəli xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən, 2-ci dərəcəli ticarət müəssisələri tərəfindən sadə cihazlarla, 3-cü dərəcəli banklar tərəfindən xüsusi avadanlıqlarla və 4-cü dərəcəli yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən müəyyən edilir. Burada əsas məqsəd əhali tərəfindən yeni əskinasların həqiqiliyini xüsusi bilik və səriştə olmadan müəyyən edilməsini mümkün etməkdir.

Mərkəzi Bank manatın məzənnəsinin volatilliyinin qarşısının almaq məqsədilə 2008-ci ildən etibarən manatın dəyəri valyuta səbətinə nəzərən sabit saxlanılması haqqında konsepsiya qəbul edilib.

Qəpik və sikkələr

- 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxılıb.

Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əsginaslar həmin şirkətdə istehsal olunub.

Azərbaycanın müstəqil olduqdan sonrakı dövrdə pul vahidlərinin bir çoxunu "Educational Coin Company" şirkəti istehsal etmişdir. Şirkət yeni manatlardan sadəcə 1 manatlıq əskinasın istehsalçısıdır. Şirkət eyni zamanda tanınmamış Dağlıq Qarabağ Respublikasının əskinaslarının istehsalçısıdır.

Ən son olaraq yeni dizaynla tədavülə buraxılan əskinaslar

- Azərbaycan Mərkəzi Bankı tərəfindən mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə dizaynı və mühafizə sistemləri yenilənən 1, 5 və 50 manatlıq pul nişanları 2021-ci il yanvar ayında tədavülə buraxılıb.

Yenilənən 1, 5 və 50 manatlıq pul nişanları hazırda tədavüldə olan müvafiq nominallı pul nişanları ilə paralel olaraq dövriyyədədir və tədavül vasitəsi kimi məhdudiyyətsiz şəkildə istifadə edilir.

Azərbaycan manatı dünya mediasında

Beynəlxalq səviyyəli "Currency News" jurnalında növbəti uğurlu layihə kimi yenilənmiş 50 manatlıq pul nişanlarımıza dair məqalə dərc olunub. Məqalədə "Təhsil və gələcək" mövzusuna həsr olunan bu banknotun mövzusunun müasir cəmiyyətlərin inkişafı baxımından aktuallığı qeyd olunub.

Eyni zamanda, mütərəqqi dizayna malik yenilənmiş 50 manatlığın üzərində tətbiq edilən və ən son texnoloji yenilik kimi qiymətləndirilən "RollingStar Lead" holoqramı, "Spark Live" boyası, metal saplar və bir sıra digər mühafizə elementləri barədə ətraflı qeyd olunur.

34135
exit-poll

Rusiyada keçirilən seçkilərdə kim irəlidədir - Exit-poll nəticələri

7
Sorğunun nəticələrinə görə, 5%-lik həddi dörd siyasi təşkilat keçə bilib, onların arasında “Yedinaya Rossiya” liderdir.

BAKI, 19 sentyabr - Sputnik. Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə “Yedinaya Rossiya” partiyası hamıdan çox səs toplayıb (45,2%). Belə bir nəticə Sosial marketinq institutunun (İNSOMAR) keçirdiyi exit-poll-dan sonra hasil olub.

Kommunist partiyası səslrin 21%-ni, RLDP - 8,7%-ni, “eserlər” isə - 7,9%-ni toplayıblar.

Sorğunun nəticələrinə görə, seçkilərə qatılmış digər siyasi təşkilatlar 5%-lik səs həddini keçə bilməyiblər.

Respondentlərə belə bir sualla müraciət olunub: “Dövlət Dumasına seçkilərdə hansı partiyaya səs vermisiniz?”.

Sorğu planşetlər vasitəsilə, elektron anketlərin köməyi ilə keçirilib. Məlumatlar real vaxt rejimində işlənib. Ümumilikdə sentyabrın 17-dən 19-a qədər sorğuda 438218 seçici iştirak edib.

Exit-poll üçün 825 yaşayış mntəqəsində 1455 seçki məntəqəsi seçilib.

Qeyd edək ki, yerli vaxtla saat 20.00-da Moskva və ölkənin mərkəzi regionlarında səsvermə məntəqələri bağlanıb. Yerli vaxtla saat 18.00-a olan məlumata görə, seçkilərdə seçicilərin 45,15%-i iştirak ediblər.

Bütün ölkə üzrə seçicilərin ən çox fəallığı Çeçenistan, Kabardin-Balkar və Tuva vilayətlərində qeydə alınıb. Ən az fəallığı isə “şimal paytaxtı”nın sakinləri göstəriblər.

7
Teqlər:
'exit-poll', Rusiya
Minsk şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 200 milyon dolları ötüb

5
(Yenilənib 22:18 19.09.2021)
Azərbaycan Respublikasından Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

BAKI, 19 sentyabr - Sputnik. Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 209,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Səkkiz ayda Azərbaycandan Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən ölkəmizə idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

Həmçinin oxuyun:

Azərbaycan Prezidenti Belarusla müdafiə sahəsində müqaviləni təsdiqlədi

5
Teqlər:
Belarus, ixrac, idxal