Noutbuk arxasında adam, arxiv şəkli

Öncə kurs, sonra iş: Şəhid ailəsi üzvləri qazilər üçün yeni imkan

13
(Yenilənib 14:42 14.08.2021)
Bu ayın əvvəlindən kurslara seçim mərhələsi başlayıb. Müsahibələr zamanı namizədlərlə ilkin tanışlıq olur, onların peşə maraqları, layihədən istək və gözləntiləri öyrənilir.

BAKI, 14 avqust — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində təsis edilən İsrail-Azərbaycan Təlim Mərkəzi ilə birgə şəhid ailəsi üzvləri və qazilər üçün informasiya texnologiyaları üzrə hazırlıq kursları təşkil edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu ayın əvvəlindən kurslara seçim mərhələsi başlayıb. Müsahibələr zamanı namizədlərlə ilkin tanışlıq olur, onların peşə maraqları, layihədən istək və gözləntiləri öyrənilir. Hazırda da davam edən seçim mərhələsində artıq 40 nəfər şəhid ailəsi üzvləri və qazi müsahibədə uğur qazanaraq kurslara cəlb olunub.

Seçim mərhələsində namizədlərə Psixologiya Elmi-Tədqiqat İnstitutunun peşəkar mütəxəssisləri tərəfindən psixoloji dəstək tədbirləri də həyata keçirilir.

Dövlət Məşğulluq Agentliyinin "Peşə öyrən, işsiz qalma!" devizi ilə həyata keçirdiyi "Peşəkar" layihəsi çərçivəsində təşkil edilən kursları uğurla bitirənlərə İsrail-Azərbaycan Təlim Mərkəzi tərəfindən müvafiq beynəlxalq səviyyəli sertifikat veriləcək. Layihə çərçivəsində tərəfdaşlar tərəfindən onların işlə təminatına da dəstək göstəriləcək.

Kursa qeydiyyat davam edir və qoşulmaq istəyən şəxslər bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Eləcə də oxuyun:

13
Teqlər:
şəhid ailələri, qazi, kurs, ƏƏSMN, sertifikat
Штаб-квартира Европейского суда по правам человека в Страсбурге

Ermənistan irqi ayrı-seçkiliyə görə məhkəməyə veriləcək

12
Leyla Abdullayeva qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

BAKI, 17 sentyabr - Sputnik. “Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistana qarşı beynəlxalq məhkəmə işlərindəki son vəziyyətlə bağlı sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

“Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir.

Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulmuşdur. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinmişdir.

Üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam etdi.

Biz, Ermənistan tərəfindən ICERD-nin müddəalarının kobud şəkildə pozulması ilə əlaqədar beynəlxalq hüquq çərçivəsində ədaləti təmin edəcəyik”, - deyə L.Abdullayeva əlavə edib.

Eləcə də oxuyun:

12
Teqlər:
Ermənistan, məhkəmə, Azərbaycan, ayrı-seçkilik, Avropa İnsan Haqları Məhkəməsi

"Qarabağ" - "Bazel" oyunu kadrlarda

8
  • Qarabağ klubunun müdafiəçisi Kevin Medina Konferensiya Liqasının qrup mərhələsinin ilk turunda Bazel komandasına qarşı oyunda.
Ağdamın futbol klubu Bakı Olimpiya Stadionunda İsveçrənin "Bazel" klubuna qalib gələ bilməsə də, Konfrans Liqasının qrup mərhələsində ilk xalını qazandı.

Cümə axşamı, sentyabrın 16-da Azərbaycan Premyer Liqasının vitse-çempionu "Qarabağ" klubu UEFA Konfrans Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

Bakı Olimpiya Stadionunda "süvarilər"in qonağı İsveçrənin "Bazel" klubu idi. 

Qeyd edək ki, Ağdam klubu avrokubok oyunlarında artıq kifayət qədər təcrübəyə malikdir, səkkiz ildir, orada çıxış edir. Düzdür, yalnız bir dəfə Çempionlar Liqasının qrup mərhələsindən əsas raunduna düşüb. Hazırda isə klub UEFA-nın yeni futbol turnirində - Çempionlar Liqası və Avropa Liqasından sonra üçüncü dərəcəli əhəmiyyətə malik Konfrans Liqasında çıxış edir. 

Sözügedən matçda "Qarabağ" üstün oyun sərgilədi, birinci taymda tez-tez hücumlar təşkil etdi və rəqibi üçün çətin anlar yaratdı. Azarkeşlər də saylarının az olmasına baxmayaraq stadionda gözəl ab-hava yaratmağa müvəffəq oldular.

Oyunun necə keçdiyini Sputnik Azərbaycan-ın fotolentində izləyin.

 

8