Əlil sürücü nişanı, arxiv şəkli

Əlillərə verilən avtomobillər dövlət qeydiyyat nişanı olmadan idarə edilir? DİN açıqladı

20
Dövlət Yol Polisi əməkdaşları bu gün də yollarda izibati xəta törətmiş əlilliyi olan şəxsləri saxlayaraq onlarla profilaktik söhbətlər aparır, bir daha qayda pozuntularına yol verməmələrinə dair onlara xəbərdarlıq edirlər.

BAKI, 13 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əlillərə verilən avtomobillərin bəzi hallarda dövlət qeydiyyat nişanı olmadan idarə edilməsi barədə yayılan iddialara münasibət bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar Baş İdarədən AZƏRTAC-a daxil olan məlumatda bildirilib: "Təəssüflə qeyd edirik ki, bu gün ictimai müzakirəyə səbəb olan faktlar da danılmazdır. Çünki əlilliyi olan bəzi şəxslər sui-istifadə hallarına yol verərək nəqliyyat vasitələrini dövlət qeydiyyat nişanı olmadan nümayişkəranə şəkildə idarə edir ki, bu da kobud qayda pozuntusu olmaqla yanaşı, həm də qanunlara və digər hərəkət iştirakçılarına hörmətsizlik ifadə edir".

Açıqlamada, həmçinin qeyd edilib ki, avtomobilin dövlət qeydiyyat nişanı olmadan idarə edilməsi sürücüdə inzibati məsuliyyətdən yayına biləcəyi barədə yanlış təsəvvür formalaşdırır. Bu da onu təkrar və daha təhlükəli qayda pozuntuları törətməyə və bununla da həm özünün, həm də digər günahsız insanların həyat və sağlamlığının itirilməsi ilə nəticələnəcək qəzalara sövq edir: "Qanunun aliliyini rəhbər tutaraq belə xoşagəlməz hallara qarşı loyal mövqedə olmadığını dəfələrlə həyata keçirdiyi qətiyyətli tədbirlərlə bəyan edən Dövlət Yol Polisi əməkdaşları bu gün də yollarda izibati xəta törətmiş əlilliyi olan şəxsləri saxlayaraq onlarla profilaktik söhbətlər aparır, bir daha qayda pozuntularına yol verməmələrinə dair onlara xəbərdarlıq edirlər. Xəbərdarlığa baxmayaraq, qaydaları təkrar pozan sürücülər barəsində isə qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülür".

"Hər zaman sevgi və qayğı ilə əhatə olunan fiziki məhdudiyyətli insanlar, müharibə veteranları arasından bəzən bir şəxsin qanunlara qarşı hörmətsizlik nümayiş etdirməsi bu kateqoriyadan olan digər şəxslərə qarşı cəmiyyətdə mənfi rəyin formalaşmasına rəvac verir", - deyə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.

Həmçinin oxuyun:

Müharibə əlilləri və şəhid ailələri üçün əlavə dəstək tədbirləri görüləcək

Şəhid ailələrinə, müharibədə xəsarət alanlara, əlillərə bu xidmətlər göstəriləcək

20
 Şuşada Bülbülün ev-muzeyi, arxiv şəkli

Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub

7
(Yenilənib 22:41 23.09.2021)
Avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

BAKI, 23 sentyabr — Sputnik. Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu vəzifəyə tanınmış telejurnalist Fəxrəddin Hacıbəyli təyinat alıb. Bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

F.Hacıbəyli artıq ev-muzeyinin direktoru kimi fəaliyyətə başlayıb. O, 02.09.2021-ci tarixli əmrlə ev-muzeyinin direktoru təyin edilib.

Qeyd edək ki, avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Ev muzeyi 1982-ci ildən fəaliyyət göstərir. Bülbül bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib. Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında 1982-ci ildə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edilib. Bina 1982-1983-cü illərdə təmir olunub. Ev-muzeyi Şuşanın işğalından sonra ermənilər tərəfindən dağıdılıb.

Bu il yanvarın 14-də Şuşaya səfəri zamanı ev-muzeyində olan Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, muzeydə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Ev muzeyi Bülbülün oğlu, Azərbaycanın Rusiyadakı səfiri, görkəmli bəstəkar Polad Bülbüloğlunun vəsaiti hesabına təmir-bərpa edilib.

Bərpa zamanı evin divarlarında daş üzərində yonulmuş yazılarda evin tikilmə tarixinin qeyd edildiyi aşkarlanıb. Divarın üzərində yeni aşkar olunmuş yazıda binanın 1788-ci ildə inşa olunduğu qeyd edilib. Ev-muzeyinin həyəti əvvəlki görkəmini saxlamaqla bərpa olunub. Muzeyin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Eyni zamanda burada vaxtilə olan və erməni vandalizminə məruz qalan büstü də saxlanılır.

Muzeydə Bülbülə aid olan eksponatlar, əşyalar, sənədlər toplanıb. Bundan başqa, ev-muzeyində quraşdırılan böyük monitorda görkəmli musiqiçinin ifa etdiyi əsərlər, onunla bağlı audio və videoyazılar, məlumatlar 7 dildə nümayiş olunur.

Həmçinin oxuyun:

Şuşa yaxın iki-üç aya tamam dəyişəcək: Xüsusi nümayəndə görülən işlərin hesabatını verdi

7
Teqlər:
Bülbül
Nikol Riçi, arxiv şəkli

Dünya şəhrətli ulduzun saçları ad günündə alışıb

5
(Yenilənib 22:37 23.09.2021)
Məşhur müğənni həmin anları 5,2 milyon izləyicisi olan "Instagram" hesabında da paylaşıb. İfaçının bu paylaşımına qısa müddətdə 1,5 milyona yaxın baxış gəlib.

BAKI, 23 sentyabr — Sputnik. Dünya şöhrətli ulduz Nikol Riçi doğum gününü sevdikləri ilə birlikdə qeyd edərkən uğursuz hadisə ilə üzləşib. Sputnik Azərbaycan verir ki, tortun üzərindəki şamları söndürmək üçün əyilən məşhurun saçları alovlanıb. O, qısa müddətli panikadan sonra saçlarını xilas edib.

2000-ci illərin ilk yarısında çılğın həyatı ilə gündəmdə olan və evlənib uşaq sahibi olduqdan sonra sakit həyatına davam edən Nikol Riçi, 40 yaşını qeyd edərkən yaşadığı bu hadisənin görüntülərini sosial media hesabında yayımlayıb.

Məşhur müğənni həmin anları 5,2 milyon izləyicisi olan "Instagram" hesabında da paylaşıb. İfaçının bu paylaşımına qısa müddətdə 1,5 milyona yaxın baxış gəlib.

Məşhur müğənni sənət fəaliyyətinə 2003-cü ildən başlayıb. Məşhur pop kralı Maykl Cekson onun xaç atasıdır.

5
Teqlər:
məşhur, müğənni, ad günü