Həbsxana, arxiv şəkli

Həssas məsələdə "yüngül hal": azadlıqda gəzən narkotik təbliğatçılarına kim cavabdehdir?

4546
(Yenilənib 02:28 13.08.2021)
Narkotik satışı ilə deyil, sosial şəbəkə üzərindən onun təbliğatı ilə məşğul olanlar sərbəst buraxılmalıdırlarmı?

BAKI, 13 avqust — Sputnik. Bir neçə gün öncə "TikTok”da narkotik vasitələri təbliğ edən musiqili videolar yayan şəxs saxlanılıb. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsidə bu tipli videolar yayan şəhər ərazisində yaşayan Tərlan Bağırov saxlanılıb. Bu şəxslə profilaktik söhbətlər aparılıb, paylaşdığı videonun zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə ona məlumat verilib. Adı çəkilən şəxsin “TikTok” sosial şəbəkəsində paylaşdığı bu tipli videonun silinməsi təmin edilib və Tərlan Bağırova ciddi xəbərdarlıq edilərək sərbəst buraxılıb.

Göründüyü kimi, bu şəxslər narkotik satışı ilə deyil, onun təbliğatı ilə məşğul olublar. Təbliğat, bəlkə də narkotik satışından daha ağır hesab edilə bilər. Çünki bu nüans da özlüyündə müəyyən bir kütlənin uçuruma yuvarlanmasıdır. Belə bir sual ortaya çıxır: Bu şəxslərin yaydıqları musiqili videolarla bunadək kimlərsə narkotikə aludə olub, olmayıb - bunu hansısa bir yolla sübuta yetirmək mümkündürmü?

Sputnik Azərbaycan bu mövzuyla bağlı millət vəkilləri Bəhruz MəhərrəmovTahir Kərimlinin fikirlərini öyrənib. B.Məhərrəmov bildirir ki, cinayət əməlinə hüquqi qiyməti məhkəmə verir, hüquq-mühafizə orqanları da yalnız prosessual əsaslarla hərəkət edirlər. Əməllərin tərkibində inzibati xətalar varsa, inzibati tədbir görülür. Xətaya uyğun olaraq müvafiq addımlar atılır. O bildirir ki, polisi, yaxud da hansısa inzibati orqanı yalnız o halda qınaya bilərik ki, onlar fəaliyyətlərində inzibati prosessual formatdan kənara çıxalar:

"Düşünmürəm ki, bizim hüquq-mühafizə orqanlarımız belə həssas məsələdə qanunvericiliyin tələblərindən kənara çıxsınlar. Lakin "bu şəxslərin sərbəst buraxılıb-buraxılmaması" ilə bağlı sualınıza, yəni, belə olarmı, yaxud olmazmı, məsələsinə gəldikdə, qeyd edim ki, bu artıq qanunvericilikdə dəyişiklik tələb edən məsələdir. Hesab edirəm ki, bu məsələlər ətrafında düşünmək olar".

"Düşünürəm ki, sırf qeyd etdiyiniz bu məsələdə də DİN qanunvericiliyi rəhbər tutaraq həmin şəxsləri sərbəst buraxıb", - deyə B.Məhərrəmov əlavə edib.

Həmsöhbətimiz deyir ki, bir müddət öncə parlamentdə aidiyyəti məsələ ilə bağlı çıxış edərək qanunvericilikdə sanksiyaların sərtləşdirilməsinə tərəfdar olduğunu vurğulayıb: "Sanksiyaları sərtləşdirəcək orqan isə nə Daxili İşlər Nazirliyi, nə də ki digər orqanlardır. Bu məsələ parlament səviyyəsində həllini tapmalıdır".

Millət vəkili Tahir Kərimli ümumiyyətlə son zamanlar narkotikin ölkədə sürətlə yayıldığını deyir. T.Kərimli bildirir ki, bunun əsas səbəblərindən biri də süni narkotik vasitələrin laboratoriya şəraitində asanlıqla düzəlməsidir:

"Artıq əhali arasında narkotik sürətlə yayılır və hökumət özü də etiraf edir ki, narkotiklərə qarşı mübarizə hədsiz dərəcədə çətinləşib. Hətta belə şübhələr var ki, ölkə içərisində də laborator şəraitdə bunların hazırlanması baş verə bilər".

Millət vəkili müəyyən zərərli materialların yayılmasında vasitə olan "TikTok"un bağlanması ilə bağlı bir neçə dəfə təkliflə çıxış etdiyini də vurğulayıb: ""TikTok"un haradasa müəyyən faydalı cəhətləri ola bilər. Ancaq ümumilikdə nəzər yetirdikdə burada gənclərmizi yoldan çıxaran bayağı, lazımsız, əxlaqdan kənar paylaşımlar olur. O cümlədən, narkotiklə bağlı belə paylaşımları da qeyd etmək olar. Bu cür videoların həmin sosial şəbəkədən silinməsi doğru addımdır. Narkotik maddələrin satışı və yayılması ilə məşğul olub, xeyli şəxsə zərər vuran şəxslər mütləq məsuliyyətə cəlb olunmalıdırlar. Görünür ki, "TikTok"da narkotik ilə bağlı musiqi və videolar yayan həmin şəxslərin paylaşımları yüngül hal kimi qiymətləndirilib. Biz istənilən halda belə materialın zərər vurduğunu bilirik, amma bu zərər hansı səviyyədədir, onu bilmirik".

"Hesab edirəm ki, bu məsələ ilə bağlı hökumət təcili bir komissiya yaratmalıdır. Bu komissiya da narkotiklərlə mübarizə üçün bir proqram hazırlamalıdır. Lazım olarsa, qanunvericiliyə dəyişiklik  edilməlidir", - deyə o əlavə edib. 

Eləcə də oxuyun:

4546
Teqlər:
narkotik, narkotik vasitə, narkotik aludəçiləri, narkotik istifadəçisi, təbliğat, video, TikTok, polis, qanun
Azərbaycanlı karateçi Rafael Ağayev

Rafael Ağayev Tokio Olimpiadasındakı məğlubiyyətə görə Luici Busadan qisas ala bilər

3
(Yenilənib 19:37 21.09.2021)
Karate-1 Premyer Liqası seriyasının Moskva turniri Tokioda Yay Olimpiya Oyunlarından sonra Azərbaycan karateçiləri üçün ilk yarış olacaq.

BAKI, 21 sentyabr — Sputnik. Dünya karatesinin brilyantı Rafael Ağayev (75 kiloqram) oktyabrın əvvəlində Tokioda Olimpiya Oyunlarının finalında uduzduğu italiyalı Luici Busaya məğlubiyyətinin heyfini çıxa bilər.

Sputnik Azərbaycan xəbər verir ki, Moskvada oktyabrın 1-də azərbaycanlı karateçilərin, həmçinin kişilərdən ibarət milli komandanın lideri Rafael Ağayevin (75 kiloqram) iştirakı ilə Karate-1 Premyer Liqasının ilk turniri başlayacaq. Tokio Olimpiya Oyunlarından sonra Moskva turniri Ağayev üçün ilk olacaq.

Üstəlik, onun Tokio Olimpiadasının finalında uduzduğu rəqibi italiyalı Luici Busa da Moskva turnirində çıxış edəcək. Ağayevlə Busa arasındakı döyüş son dərəcə prinsipial ola bilər, çünki Tokioda keçirilən yarışda məğlub olan Rafael final döyüşündən sonra italyan rəqibini qələbəsi münasibətilə təbrik etməyib və hətta Busa ilə salamlaşmaq niyyətində olmadığını da bildirib.

Tokio Olimpiadasının digər gümüş mükafatçısı İrina Zaretska (68 kiloqram) da Premyer Liqanın Moskva mərhələsində iştirak edəcək. Yeri gəlmişkən, Tokio finalında Zaretskanın uduzduğu rəqibi, misirli Feryal Abdeləziz də Rusiya paytaxtında çıxış edəcək.

Əlavə edək ki, "Premyer Liqa" seriyasından olan Moskva turnirinə Azərbaycandan ümumilikdə 24 iştirakçı gedəcək.

3

Hərbi təyyarəçilərimiz “Texnofest-2021”də ilk uçuşlarını uğurla icra ediblər

113
(Yenilənib 20:14 21.09.2021)
Festivalda çətin pilotaj manevrlərlə nümunəvi uçuş keçirən hərbi pilotumuz izləyənlər tərəfindən rəğbətlə qarşılanıb.

BAKI, 21 sentyabr - Sputnik. Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsi Atatürk Beynəlxalq Hava Limanında keçirilən “Texnofest-2021” festivalındakı aviaşouda ilk uçuşunu edib.

Müdafiə Nazirliyindən (MN) Sputnik Azərbaycan-a verilən xəbərə görə, festivalda çətin pilotaj manevrlərlə nümunəvi uçuş keçirən hərbi pilotumuz izləyənlər tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, sentyabrın 26-dək davam edən festivalda Azərbaycan HHQ-nin 2 ədəd MİQ-29 qırıcı təyyarələri müxtəlif vaxtlarda nümunəvi uçuşlar edəcəklər.

18.09.2021- 18:08

Azərbaycan şahinləri Türkiyə səmasında

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcəklər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunur ki, sentyabrın 21-də Türkiyə Respublikasının İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.
Festival sentyabrın 26-dək davam edəcək.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri isə artıq Vətənə qayıdıb.
Sentyabrın 1-dən 17-dək Türkiyə Respublikasının Konya şəhərində keçirilən birgə taktiki-uçuş təlimində qarşıya qoyulan bütün döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub.

Eləcə də oxuyun:

113
Teqlər:
təyyarə, qırıcı, Azərbaycan, HHQ, Türkiyə, uçuş