CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşıqfor prinsipi və cinsi aclıq: Cəmiyyətdəki aqressiya və gərginliyin qaynağı üzdə imiş

© Sputnik / Murad OrujovГорожане в центре Баку
Горожане в центре Баку - Sputnik Azərbaycan, 1920, 09.08.2021
Abunə olmaq
Psixoloq bildirir ki, maariflənmə ilə yanaşı, inzibati-hüquqi tədbirlər də görülməlidir. Çünki insanın davranışını formalaşdıran məqamlardan biri də normalardır.
BAKI, 9 avqust — Sputnik. Son günlər xəbər saytlarının manşetlərindən qadın qətilləri, cinsi və fiziki zorakılıq halları düşmür.
Maraqlıdır, cəmiyyətdə bu qədər aqressiyanın yaranmasının başlıca səbəbləri nədir və bu problem hansı problemlərdən qaynaqlanır?
Psixoloq Elnur Rüstəmov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, aqressiya bir çox səbəblərdən yarandığı üçün ona birmənalı qiymət vermək çətindir:
"Ən mühüm faktorlardan biri budur ki, bu aqressiya lokal yox, qlobaldır. Bu gün dünyanın hər bir yerində bunu görə bilərik. Bu aqressiyanın səbəblərindən biri yaşadığımız vəziyyət - pandemiyadır. COVID-19, yeni ştammların yaranması, vaksinasiya, bütün bunlarla əlaqədar insanların hələ də özlərini qeyri-müəyyən durumda hiss etmələri də aqressiyanın yaranmasının başlıca səbəblərindəndir. Aqressiyanın digər səbəblərindən biri insanların həddindən artıq informasiya ilə yüklənmələridir".
Psixoloq müxtəlif asılılıq amillərinin də aqressiyaya səbəb olduğunu bildirib. İnternetdən, oyunlardan asılılıq və s. amilləri də bu sırada qeyd etmək olar: "İnternet bir tərəfdən uzağı yaxınlaşdırdısa, digər tərəfdən də yaxını uzaqlaşdırdı. Doğmalar arasında münasibətlərin bu gün ürəkaçan səviyyədə olmaması, real ünsiyyətin az olmasının yaratdığı psixoloji problemlər artıb".
E.Rüstəmov deyir ki, bu fəsad münasibətlərdə gərginliklərə səbəb olur: "Söhbət ailə münasibətlərindən gedir. Boşanmalar, ailədaxili konfliktlərin artması heç kəsə sirr deyil. Bu kimi hallar da özünü cəmiyyətə münasibətdə göstərir. Konfliktli ailədən çıxan biri istər-istəməz bu aqressiyanı cəmiyyətə də ötürür.
Bütün bunların fonunda digər nüanslar da var ki, onlar insanlarda aqressiya, seksual doyumsuzluq yaradır, eyni zamanda da zorakılığa səbəb olur".
Psixoloqun sözlərinə görə, bu kimi halların baş verməməsi üçün daha geniş miqyasda maariflənmə işləri aparılmalı və bunun üçün müasirlik və dəyərləri özündə ehtiva edən bir konsepsiya olmalıdır. E.Rüstəmov bildirir ki, digər hüquqi normaların qabardılması da vacib məqamlardan biridir: "Çünki maariflənmə ilə yanaşı, inzibati-hüquqi tədbirlər də görülməlidir. Çünki insanın davranışını formalaşdıran məqamlardan biri də normalardır. Hər kəs bilir ki, işıqforu qırmızı işıqda keçmək olmaz. Ancaq yolu qırmızı işıqda da keçən var. İşıqfor qoyulmasaydı necə, hamı buna riayət edərdi? - Yox. Yaxud da cəza olmasaydı, hamı buna riayət edərdi? - Yox. Bu səbəbdən cəza sistemi də olmalıdır".
Eləcə də oxuyun:
Qaxda cinsi zorakılığa məruz qalan qadınla bağlı son durum - Komitə vəziyyəti açıqladı
Xaotik düşüncələr: Pul insanı necə dəyişir?
Bakıda qonşu kişinin evinə sığınan qadın əri tərəfindən öldürüldü
DİN son qadın qətlinə aydınlıq gətirdi: "Barışıqlar həmişə xoşbəxtliklə nəticələnmir"
 
Xəbər lenti
0