CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda böyük təmizlik olacaq

© The Executive Power of the Baku CityPaytaxtda iməclik işləri
Paytaxtda iməclik işləri - Sputnik Azərbaycan, 1920, 30.07.2021
Abunə olmaq
Daxili iməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, zədələnmiş ağaclar budanacaq, digər təmizlik və dezinfeksiya işləri görüləcəkdir.

BAKI, 30 iyul - Sputnik. Bakı şəhərində 2 gün ərzində davam edən güclü siklon və qeyri-sabit hava şəraitinin törətdiyi fəsadların tam aradan qaldırılması və genişmiqyaslı təmizlik işlərinin aparılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti iyul ayının 31-də şəhərin bütün rayonlarında geniş daxili iməcilik keçirilməsini qərara alıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə BŞİH-in məlumatında deyilir. 

Daxili iməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, zədələnmiş ağaclar budanacaq, digər təmizlik və dezinfeksiya işləri görüləcəkdir.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini bu təmizlik işlərində fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.

"Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq", - məlumatda vurğulanır.

Eləcə də oxuyun:

Xəbər lenti
0