Zəncir, arxiv şəkli

İnsan alveri qurbanları arasında kişilər var - Rəsmi

33
(Yenilənib 17:18 29.07.2021)
Mərkəzdə 46 nəfər zərərçəkmiş şəxsə sosial xidmət göstərilib ki, onlardan 42-si qadın, 4-ü isə kişidir.

BAKI, 29 iyul — Sputnik. Azərbaycanda Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına yardım mərkəzində yardım alan insan alveri qurbanlarının sayı açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov məlumat verib. O bildirib ki, 30 iyul - İnsаn Аlvеrinə Qarşı Bеynəlхаlq Mübаrizə Günüdür.

İnsan alverinin təhlükəsi və fəsadları haqqında məlumatlılığın artırılması, bu cinayətlərlə mübarizədə daha geniş iştirakın təmini məqsədilə ölkəmizdə davamlı addımlar atılır: ”Bu günün Azərbaycanda qeyd edilməsi ölkəmizdə insan alverinə qarşı mübarizənin yüksək səviyyədə aparılmasının bariz nümunəsidir. Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına yardım mərkəzi də bu yöndə fəaliyyət göstərir. Burada insan alveri qurbanlarına sosial-hüquqi, psixoloji və tibbi yardımlar göstərilir.

Bu mərkəzimizdə 46 nəfər zərərçəkmiş şəxsə sosial xidmət göstərilib. Bunlardan 42-si qadın, 4 nəfəri isə kişidir”.

Həmçinin oxuyun:

Azərbaycanda insan alveri ilə məşğul olanların əksəriyyəti qadınlardır

BMT: İnsan alveri qurbanlarının 72 faizini qadınlar və qızlar təşkil edir

İnsan alveri qurbanlarına yardım mərkəzləri yaradılacaq

33
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

6
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

6
Teqlər:
futbol, Türkiyə, milli
Emmi mükafatı, arxiv şəkli

Daha üç serial "Emmy" mükafatlarının qalibi seçilib

6
(Yenilənib 22:47 20.09.2021)
Ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri də mübarizə aparıb.

BAKI, 20 sentyabr — Sputnik. "Tac", "Ted Lasso" və "Kraliçanın addımı" serialları "Emmy" mükafatlarının qalibi seçilib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 73-cü mükafatlandırma mərasimi ötən gün Los-Ancelesdə keçirilib.

"Tac" 24 kateqoriya üzrə namizədliyini irəli sürərək ümumi nominasiyalar arasında liderliyini saxlayıb. Bu filmlə bərabər ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri mübarizə aparıb.

Məlumat üçün bildirək ki, mükafatların təqdimetmə mərasimləri 1949-cu ildən başlayaraq hər il keçirilir. Lakin 1974-cü ilə qədər yalnız sadəcə "Emmy" mükafatı mövcud idi. Sonralar bu mükafatı gündüz verilişlərinə görə təqdim edilən "Emmy" mükafatından fərqləndirmək məqsədilə adı dəyişdirilərək praym-taym "Emmy" mükafatı adlandırılıb.

Mükafatı üç təşkilat təqdim edir: Amerika televiziya akademiyası (ingiliscə Academy of Television Arts & Sciences) idman verilişləri istisna edilməklə, mükafatı bütün axşam verilişləri üzrə təqdim edir; Amerika Milli Televiziya Akademiyası (ingiliscə National Academy of Television Arts & Sciences) gündüz, idman, xəbərlər və sənədli proqramlar üzrə mükafatı təqdim edir; və Beynəlxalq Televiziya Akademiyası (ingiliscə International Academy of Television Arts & Sciences) ABŞ sərhədlərindən kənarda hazırlanan və yayımlanan televiziya proqramları üzrə təqdim edir.

Həmçinin oxuyun:

Gələcəyimizin varisi olan uşaqlar nəyə baxırlar?

6