"Bakı bəyannaməsi" imzalandı

2236
(Yenilənib 15:52 27.07.2021)
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşündə çıxışı zamanı deyib ki, bu tədbirin keçirilməsi tarixi hadisədir və tarixdə öz yerini tutacaq.

BAKI, 27 iyul — Sputnik. Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşün yekun sənədi olaraq “Bakı bəyannaməsi”ni imzalanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sənədi hər üç ölkənin parlament sədrləri Sahibə Qafarova, Mustafa Şentop Əsəd Qeysəri imzalayıb.

 

----------

15:28

Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Sahibə Qafarova, Mustafa Şentop Əsəd Qeysərinin üçtərəfli görüşü keçirilir.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, toplantıda üç ölkənin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunur.

Görüşün yekun sənədi olaraq "Bakı bəyannaməsi"nin imzalanması nəzərdə tutulub. Bundan başqa, iyulun 28-də Türkiyə Böyük Millət Məclisi sədrinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşü planlaşdırılıb.

M.Şentop Füzuli və Şuşa şəhərlərinə səfər edəcək.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşündə çıxışı zamanı deyib ki, bu tədbirin keçirilməsi tarixi hadisədir və tarixdə öz yerini tutacaq.

O bildirib ki, üç ölkə arasında mövcud olan münasibətlər qardaşlıq əlaqələrinin etimadına söykənir: "Bu əlaqələrin günümüzə qədər gəlib çıxması təqdirəlayiq haldır. Bugünkü görüş hər üç xalqın bir-birinə yaxınlaşması zərurətinin bariz nümunəsidir".

S.Qafarova qeyd edib ki, Türkiyə və Pakistanın milli maraqları ilə bağlı məsələlərdə hər iki ölkənin mövqeləri ayrı-ayrı platformalarda daim dəstəklənib və bundan sonra da dəstəklənəcək: "Bugünkü görüş dövlətlərimiz arasında olan qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfəsini vermiş olacaq və xalqların daha yaxınlaşmasına kömək edəcək".

Eləcə də oxuyun:

2236

Putinlə danışıqlarda önəmli qərarlar veriləcəyinə ümid edirəm - Türkiyə prezidenti

5
Ərdoğan Türkiyənin İğdır vilayətindən Naxçıvana avtomobil və dəmir yolları çəkilməsinin çox önəmli addım olacağını vurğulayıb.

BAKI, 23 sentyabr - Sputnik. Soçidə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda önəmli qərarlar veriləcəyinə ümid edirəm. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

Daha sonra Ərdoğan Türkiyənin İğdır vilayətindən Naxçıvana avtomobil və dəmir yolları çəkiləcəyini deyib.

Türkiyə Prezidenti Naxçıvana dəmir yolunun çəkilməsinin çox önəmli addım olacağını vurğulayıb.

5
Teqlər:
Türkiyə, İğdır, dəmir yolu
“OBA” market

"OBA" market ağacların kəsilməsində günahkar deyil - rəsmi açıqlama

6
(Yenilənib 20:03 23.09.2021)
Marketinq Kommunikasiyaları şöbə müdiri: "OBA" marketlər şəbəkəsi bu məsələdə heç bir əlaqəsi yoxdur və marketimizdə kamera görüntüləri mövcuddur.

BAKI, 23 sentyabr — Sputnik. "OBA" marketlər şəbəkəsi Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında yerləşən "OBA" marketin qarşısında kəsilən ağaclarla bağlı rəsmi açıqlama yayıb. Şirkətdən Sputnik-Azərbaycan-a daxil olan məlumatda deyilir ki, "OBA" marketlər şəbəkəsinin Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında kəsilən ağaclarla bağlı hadisədə heç bir əlaqəsi yoxdur.

Marketinq Kommunikasiyaları şöbə müdiri Fəzilət Səmədova bildirib ki, "OBA" marketlər şəbəkəsi bu məsələdə heç bir əlaqəsi yoxdur və marketimizdə kamera görüntüləri mövcuddur:

"Bir neçə gün öncə marketimizdə çalışan əməkdaşlarımız Ekologiya Nazirliyinin nümayəndələri olduğunu bildirən şəxslərə rəsmi şəkildə müraciət etməli olduqlarını, bundan sonra görüntüləri verə biləcəklərini bildiriblər. "OBA" Marketlər şəbəkəsinə rəsmi şəkildə müraciət olunmadığı üçün təhlükəsizlik qaydaları nəzərə alınaraq görüntülər təqdim olunmayıb".

Fəzilət Səmədova əlavə edib ki, "OBA" marketlər şəbəkəsi nazirliyin rəsmi sorğusu gəldiyi təqdirdə görüntülərin ictimaiyyətə paylaşılmasında maraqlıdır.

Qeyd edək ki, Sputnik Azərbaycan-ın məlumatına görə, Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, "Oba market"in qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət əsasında aparılan araşdırma başa çatıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ərazidəki ağacların kəsilməsinə görə təbiətə 1200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

"İlkin araşdırma zamanı "Oba market"in qarşısındakı ağacların marketin rəhbərliyinin göstərişi əsasında kəsildiyinə əsaslı şübhələr yarandığından və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Binəqədi Rayon Prokurorluğuna göndərilib".

V.Cavadov onu da bildirib ki, kəsilmiş və düzgün budanmamış ağacların yerinə yenilərinin əkilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Birliyinə rəsmi müraciət olunub.

Həmçinin oxuyun:

Bakıda sahibkar təbiəti marketə qurban verdi

6
Teqlər:
market, ağac