Üzüklər

Yeniyetmə qız niyə nişanlanıb? - Komitədən məsələyə aydınlıq gətirildi

36
Komitə rəhbərliyinin tapşırığı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya üzvləri ailə ilə görüşüblər.

BAKI, 27 iyul — Sputnik. Ötən gün 15 yaşlı qızın nişanlanması xəbəri bütün ölkədə rezonans yaratdı. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xaçmaz rayonunda 15 yaşlı qızın 29 yaşlı oğlanla evləndirilməsinə münasibət bildirib.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq məsələ araşdırılıb. O bildirib ki, sosial şəbəkələrdə görüntülər yayılan kimi Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal məsələyə reaksiya verib. Nəticədə komitə rəhbərliyinin tapşırığı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya üzvləri ailə ilə görüşüblər: "Həmin şəxslər komitəmizin əməkdaşlarına bildiriblər ki, 15 yaşlı qız ərə verilməyib. Sadəcə olaraq cütlüyün nişanı olub. Səbəb olaraq isə bildirilib ki, onlar pandemiyaya görə yenidən sərt karantinin olmasından qorxduqları üçün nişan ediblər".

T.Mərdanoğlu qeyd edib ki, qızın toyu təhsili bitdikdən sonra, 18 yaşında olacaq.

Qeyd edək ki, artıq məsələ komitənin nəzarətindədir.

Qeyd edək ki, ay ərzində artıq bir neçə dəfə bu kimi hallar aşkarlanaraq qarşısı alınıb.

Bir neçə gün öncə də Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşında ərə verilən qız ata evinə geri qaytarılıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib. Məlumata görə, Komitə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsinin qarşısını alıb.

Eləcə də oxuyun:

36
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

6
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

6
Teqlər:
futbol, Türkiyə, milli
Emmi mükafatı, arxiv şəkli

Daha üç serial "Emmy" mükafatlarının qalibi seçilib

4
(Yenilənib 22:47 20.09.2021)
Ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri də mübarizə aparıb.

BAKI, 20 sentyabr — Sputnik. "Tac", "Ted Lasso" və "Kraliçanın addımı" serialları "Emmy" mükafatlarının qalibi seçilib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 73-cü mükafatlandırma mərasimi ötən gün Los-Ancelesdə keçirilib.

"Tac" 24 kateqoriya üzrə namizədliyini irəli sürərək ümumi nominasiyalar arasında liderliyini saxlayıb. Bu filmlə bərabər ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri mübarizə aparıb.

Məlumat üçün bildirək ki, mükafatların təqdimetmə mərasimləri 1949-cu ildən başlayaraq hər il keçirilir. Lakin 1974-cü ilə qədər yalnız sadəcə "Emmy" mükafatı mövcud idi. Sonralar bu mükafatı gündüz verilişlərinə görə təqdim edilən "Emmy" mükafatından fərqləndirmək məqsədilə adı dəyişdirilərək praym-taym "Emmy" mükafatı adlandırılıb.

Mükafatı üç təşkilat təqdim edir: Amerika televiziya akademiyası (ingiliscə Academy of Television Arts & Sciences) idman verilişləri istisna edilməklə, mükafatı bütün axşam verilişləri üzrə təqdim edir; Amerika Milli Televiziya Akademiyası (ingiliscə National Academy of Television Arts & Sciences) gündüz, idman, xəbərlər və sənədli proqramlar üzrə mükafatı təqdim edir; və Beynəlxalq Televiziya Akademiyası (ingiliscə International Academy of Television Arts & Sciences) ABŞ sərhədlərindən kənarda hazırlanan və yayımlanan televiziya proqramları üzrə təqdim edir.

Həmçinin oxuyun:

Gələcəyimizin varisi olan uşaqlar nəyə baxırlar?

4