CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dərə hamamı"nda gizlədilən narkotik sahibinin başına iş açdı

© AFP 2023 / LUIS ROBAYOМужчина в наручниках в полицейском участке, фото из архива
Мужчина в наручниках в полицейском участке, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.07.2021
Abunə olmaq
Cabbarovun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun "Dərə hamamı" kimi tanınan, hazırda istifadə olunmayan köhnə tikilidə narkotik vasitə gizlətdiyi müəyyən edilib.

BAKI, 26 iyul — Sputnik. Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Polis Şöbəsinə bir nəfərin üzərində narkotik vasitə daşıması, eləcə də kənar yerdə gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxs, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Tural Cabbarov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin və heroin aşkarlanaraq maddi sübut kimi götürülüb. T.Cabbarovun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun "Dərə hamamı" kimi tanınan, hazırda istifadə olunmayan köhnə tikilidə narkotik vasitə gizlətdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilən zaman oradan 350 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Cabbarov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, dünən Zaqatalada da psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı üzərində metamfetamin ("patı") daşımaqda şübhəli bilinən rayonun Əliabad qəsəbə sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkumluq həyatı yaşayan Elgüc Ağaməmmədov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin aşkarlanaraq götürülüb. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

İyulun 24-də isə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun əsasən "Kubinka", "Şamaxinka" və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni "patı"nın qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 9 nəfər tutulub.

25.07.2021

Qərb bölgəsində "ənənəvi" narkotik maddə alverçiləri ələ keçiblər

İyulun 25-i istirahət gününə təsadüf etsə də, narkotacirlər sən demə iş başında imiş. Sputnik Azərbaycan günün narkomaniya ilə mübarizə xronikasını təqdim edir:

Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarında rayon sakini, əvvəllər məhkum olunmuş Nürəddin Ələkbərovun qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əsaslı şübhələr yaranıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxs şübhəli qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı N. Ələkbərovun üzərindən narkotik vasitə olan "tiryək" və "heroin" aşkar edilərək aşkar edilərək götürlüb.

RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri də uğurla nəticələnib. Belə ki, rayon sakini, əvvəllər məhkum olunumuş, qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqda şübhəli bilinən Elmin Uğurluyev saxlanılarkən üzərindən narkotik vasitə olan "heroin" aşkar edilərək götürülüb.

Bundan başqa polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş Murad Ələkbəri saxlanılıb və üzərindən narkotik maddə olan "heroin " aşkar edilib.

Rayon sakini Hətəm Uğurluyev saxlanılan zaman isə ondan narkotik vasitə olan, qurudulmuş "marixuana" şkar olunub.

Maddi sübutlar ekspertizaya təqdim olunub. Saxlanılan şəxslərlə bağlı Goranboy RPŞ-də araşdırmalar davam etdirilir.

Zaqatalada da psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı üzərində metamfetamin (“patı”) daşımaqda şübhəli bilinən rayonun Əliabad qəsəbə sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkumluq həyatı yaşayan Elgüc Ağaməmmədov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin aşkarlanaraq götürülüb. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, dünən Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun əsasən "Kubinka", "Şamaxinka" və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni "patı"nın qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 9 nəfər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Zeynal Qarayev, Əhliman Məmmədov, Vüsal Əliyev, Bahar Bayramova, Rəşad Həsənov, Elnur Hacıyev, Mustafa Sarıyev, Musa Əliyev və Natiq Ramazanov tutularaq istintaqa təqdim olunublar.

Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin, heroin və elektron tərəzilər aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib. Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Eləcə də oxuyun:

Xəbər lenti
0