Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsində iştirak etmiş şəhid və qazilərin şəxsi əşyaları

Buranı sakit izləmək qeyri-mümkündür

24
Eksponatlar içində təkcə 44 günlük müharibədə iştirak edən döyüşçülərimiz deyil, iyul döyüşlərində iştirak etmiş və ölümü ilə qəhrəmanlıq dastanı yazan şəhidlərimizin də geyim və əşyaları qorunub saxlanılır.

BAKI, 16 iyul — Sputnik. Azərbaycan tarixinin ən şanlı tarixinə öz adlarını yazmış, 44 günlük Vətən müharibəsində iştirak etmiş 65 şəhid və qazinin şəxsi əşyası Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub. Öz qanı, canı bahasına bizə zəfər yaşadan igidlərimizin əşyaları və fonda səslənən dastana dönmüş şəhidimiz Xudayar Yusifzadənin "Xudayar təsnifi" insanı bir anlıq o günlərə qaytarır.

Milli Tarix Muzeyinin bələdçisi Hicran Həsənova muzey haqqında Sputnik Azərbaycan-a danışıb: "Bir müddət öncə 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Anadır arzulara hər zaman Qarabağ" sərgisi təşkil olundu. Ondan sonra hər gün bura ziyarətçilər gəlirlər. Sevindirici haldır ki, bu dəyərli eksponatları izləmək üçün gələnlərin böyük bir qismi gənclərdir. Onların televizordan, sosial şəbəkələrdən izlədikləri igidlərimizin şəxsi əşyalarını gəlib burada əyani görə bilmək başqa bir hissdir. Əşyalar şəhidlərimizin doğmaları, ailələri tərəfindən muzeyə təqdim olunub".

Muzeydə Suqovuşan, Talış kəndi, Hadrut, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, Xocavənd, Ağdərə, Şuşa və digər torpaqlarımızda vuruşan əsgər və hərbçilərimizin geyim və şəxsi əşyaları nümayiş olunur:

"Burada Hərbi Dəniz Donanması, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və Hərbi Hava Qüvvələrində xidmət edən igidlərimizə məxsus əşyalar, fotolar, diplom və mükafatlar nümayiş olunur. Bunlar hələlik bir qismidir. Bu, mərhələli şəkildə davam edir. Bundan sonrakı sərgidə digər şəhidlərin doğmaları tərəfindən təqdim olunan əşyaların nümayişi də nəzərdə tutulub. Şəhidlərimizin hər birisi bizim üçün doğmadır, əzizdir. Biz zaman-zaman hər birini cəmiyyətə təqdim edəcəyik. Məqsədimiz odur ki, hər kəs bizim üçün canından olan igidlərimizi tanısın. Bu, həm də onların valideynləri, yaxınları üçün bir növ təskinlik olur. Biz onsuz da onların borclarından çıxa bilməyəcəyik. Amma onlar bu sərgini görüb az da olsa sevinirlər ki, onların övladları unudulmur, dəyərləndirilir".

  • Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsində iştirak etmiş şəhid və qazilərin şəxsi əşyaları
    © Sputnik / Shahperi Abbasova
  • Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsində iştirak etmiş şəhid və qazilərin şəxsi əşyaları
    © Sputnik / Shahperi Abbasova
  • Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsində iştirak etmiş şəhid və qazilərin şəxsi əşyaları
    © Sputnik / Shahperi Abbasova
  • Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsində iştirak etmiş şəhid və qazilərin şəxsi əşyaları
    © Sputnik / Shahperi Abbasova
  • Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsində iştirak etmiş şəhid və qazilərin şəxsi əşyaları
    © Sputnik / Shahperi Abbasova
  • Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsində iştirak etmiş şəhid və qazilərin şəxsi əşyaları
    © Sputnik / Shahperi Abbasova
  • Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsində iştirak etmiş şəhid və qazilərin şəxsi əşyaları
    © Sputnik / Shahperi Abbasova
1 / 7
© Sputnik / Shahperi Abbasova
Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsində iştirak etmiş şəhid və qazilərin şəxsi əşyaları

Muzey bələdçisinin sözlərinə görə, sözügedən məkanda Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizin də fəxri fərmanlarını görə bilərsiniz:

"Muzeyi ziyarət edən şəxslər Şuşa qələbəsini əks etdirən fotozonanı görə bilərlər. Həmçinin müharibə zamanı hər bir təhlükəni gözə alaraq cəbhəyə yola düşən, yaralan hərbçilərimizə yardım edən zaman şəhid olan həkimlərimizin də geyimləri və əşyaları burada nümayiş olunur.

Muzeyin ən diqqət çəkən hissəsi isə oktyabrın 3-də Suqovuşanda erməni bayrağının endirilməsi və Azərbaycan bayrağının təntənəli sürətdə qaldırılması anıdır. Eksponatların içində ən ürəkağrıdan məqamlardan biri də xidmətdə olduqları müddətdə şəhidlərə övladları tərəfindən yazılmış məktublardır. Onları izləyənlər göz yaşlarına hakim ola bilmirlər. Bəlkə də eksponatlar içində ən təsirlisidir, deyə bilərəm. Rəssamlıq Akademiyasının II kurs magistrantı Jalə Əliyeva Vətən müharibəsi şəhidi Xudayar Yusifzadə üçün hazırladığı büstü Milli Azərbaycan Tarixi Muzeyinə bağışlayıb. O da buraya gələn ziyarətçilərin diqqətini cəlb edir".

© Sputnik / Shahperi Abbasova
Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsində iştirak etmiş şəhid və qazilərin şəxsi əşyaları

Onu da bildirək ki, eksponatlar içində təkcə 44 günlük müharibədə iştirak edən döyüşçülərimiz deyil, iyul döyüşlərində iştirak etmiş və ölümü ilə qəhrəmanlıq dastanı yazan, Milli Qəhrəman, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimovun, Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş polkovnik İlqar Mirzəyevin də geyim və əşyaları qorunub saxlanılır. Barəsində danışdığımız muzeydə Vətən müharibəsi vaxtı mənfur düşməndən qənimət olaraq əldə olunmuş əşyalar da nümayiş olunur.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücuma keçdi.

44 gün davam edən müharibə müddətində - oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Müdafiə Nazirliyinin son məlumatına görə, müharibədə həlak olan şəhidlərimizdən iyulun 14-dək 2907-si dəfn olunub, 7 nəfər itkin düşmüş sayılır.

44 günlük müharibədə xəsarət alan bütün qazilərin müalicə və reabilitasiyası Prezidentin göstərişi ilə dövlət tərəfindən gerçəkləşdirilir.

 

Eləcə də oxuyun:

  • Şəhidin anası: "Xudayar mənim yox, Azərbaycan xalqının oğludur"

  • Öz toyunu "Qarabağ şikəstəsi" ilə yekunlaşdıran "Akula" ləqəbli şəhid mayorun duaları

  • İlham Əliyevdən: "Biz hər an müharibəyə hazırıq və hazır olmalıyıq"

  • Polad Həşimov barədə bilmədiyimiz gerçəklər onun ailə üzvlərinin dili ilə

24
Teqlər:
muzey, qazi, şəhidlər
Heydər Əliyev aeroportu, arxiv şəkli

Vətəndaşlar pandemiyadan əvvəl aldıqları səyahət biletlərinin pulunu geri ala bilmirlər

1581
Şikayətlərdə bunun səbəbi əsasən səyahət edəcəkləri ölkələrə uçuş marşrutunun dəyişdirilməsi ilə əlaqələndirilir.

BAKI, 26 iyul — Sputnik. Hələ 2020-ci ildə müxtəlif xarici ölkələrə səyahət üçün turpaket alan Azərbaycan vətəndaşlarının bir qismi bu günədək turizm şirkətlərinə ödədikləri məbləği geri ala bilmirlər. Bu barədə sosial platformada vətəndaşlar mütəmadi olaraq narazılıqlarını ifadə edən statuslar paylaşır. Şikayətlərdə bunun səbəbi əsasən səyahət edəcəkləri ölkələrə uçuş marşurutunun dəyişdirilməsi ilə əlaqələndirilir.

Turizm şirkətlərindən birindən Misirə turpaket alan müştəri hələ 2020-ci ilin əvvəlində bunun üçün turizm şirkətlərindən birinə 700 manat ödəyib. Turpaketin qiymətinin 30 faizini ödəyən vətəndaş 2400 manatın yerdə qalan hissəsini isə səyahət edəcəyi təqdirdə ödəyəcəkmiş. Koronavirus pandemiyasına görə hava sərhədləri bağlandığından onun Misir səfəri təxirə düşüb. Amma indiyədək turizm şirkəti ödədiyi vəsaiti vətəndaşa geri qaytarmayıb. Buna da səbəb kimi Bakıdan Misirə birbaşa uçuşların dayandırılması göstərilib. Bu gün Azərbaycandan xarici ölkələrə səyahət üçün aviabilet alan vətəndaşlar da eyni problemi yaşayır. Onlar arasında da biletlərinin dəyərini geri ala bilməyənlər az deyil. Sputnik Azərbaycan problemin həlli yollarını araşdırıb.

Əlaqə saxladığımız turizm şirkətlərindən Sputnik Azərbaycan-a bildiriblər ki, pandemiya səbəbindən bəzi ölkələrə aviareyslər dayandırılıb. Bu isə müştərinin aldığı turpaketklə həmin ölkələrə səyahət imkanını çətinləşdirib.

Aviareyslərin dayandırılması turpaketlərin qiymətini də bahalaşdırıb...

"Delta travel" turizm şirkətindən bildirdilər ki, onlar müştərilərin çoxunun turpaket üçün ödədiyi vəsaiti geri qaytarıb. Amma bəzi aviaşirkətlər bilet dəyərini geri qaytarmadığından, onlar da müştərinin pulunu geri qaytara bilmir. Amma turizm şirkətləri turpaket alan müştərilərinə səyahət üçün başqa variantlar da təklif edirlər. Məsələn Misirə turpaket alan müştərilərə hazırda turizm şirkətləri İstanbul üzərindən səyahət imkanı yaradır. Turizm şirkətlərindən bildirdilər ki, Azərbaycandan Misirə birbaşa uçuş olmadığından, onlar müştərilərə İstanbul üzərindən səyahət təklif edirlər. Amma bu zaman müştəri əlavə vəsait ödəməlidir.

Belə ki, 2020-ci ilin yanvarında iki nəfər üçün Misirə 2400 manata turpaket alan müştəri indi bunun üçün 2100 ABŞ dolları ödəməlidir. Çünki uçuşun birbaşa həyata keçirilməməsi turpaketin qiymətini bahalaşdırıb.

O ki qaldı pandemiyadan əvvəl xarici ölkələrə səyahət üçün alınan aviabiletlərin dəyərinin qaytarılmasına, "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) sorğumuza cavabda bildirib ki, COVID-19 pandemiyasının yayılması ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin reyslərinə aviabiletlərin qaytarılması və dəyişdirilməsi qaydalarını tərtib edib.

COVID-19 pandemiyasının yayılması ilə əlaqədar hansı aviabiletlər qaytarılmalı və dəyişdirilməlidir?

2020-ci ilin 10 mart tarixindən 25 oktyabr tarixinədək uçuş dövrünü əhatə edən "AZAL" və "Buta Airways" aviaşirkətlərinin aviabiletləri ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər. Açıq tarixlə rəsmiləşdirilmiş aviabiletlər (konkret geri qayıdış tarixi qeyd edilməyən biletlər) istisnadır.

Aviabiletlərin qaytarılması və ya dəyişdirilməsi üçün hara müraciət etməyə gəlincə, AZAL-dan bildirdilər ki, bunun üçün callcenter@azal.az elektron poçtu vasitəsilə yazılı formada aviaşirkətin çağırış mərkəzinə və ya aviaşirkətin internet saytında əlaqə forması vasitəsilə müraciət etməyiniz xahiş olunur.

AZAL aviabiletlərin hansı tarixə dəyişdirilə biləcəyini də açıqlayıb. Bildirib ki, yeni uçuş tarixi ilkin aviabilet üzrə uçuş tarixindən sonrakı 24 aydan gec olmamalıdır. Sərnişinə təkcə uçuş tarixini deyil, tariflər arasında fərqin ödənilməsi şərtilə (həmin fərq mövcuddursa) uçuş istiqamətini də dəyişmək imkanı təqdim edilir. Bu halda arzu olunan tarixdə həmin istiqamət üzrə reysin yerinə yetirilib-yetirilmədiyi nəzərə alınır.

O ki, qaldı aviabileti dəyişməyib ödənilən pulun geri alılnasına, AZAL-dan bildridilər ki, alternativ olaraq, AZAL həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul sənədi (EMD) təklif edir. Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən iki il ərzində istifadə etmək mümkündür. Vauçer "AZAL" və "Buta Airways" aviaşirkətlərinin bütün istiqamətlərində etibarlıdır. Vauçerin kodu sərnişinin elektron poçtuna göndəriləcək. Həmin kod aviaşirkətin rəsmi kassalarında və agentliklərində aviabiletin alışı zamanı təqdim edilə bilər.

Məlumat üçün bildirək ki, bu günədək isə Azərbaycan 10-a yaxın ölkə ilə hava əlaqəsini bərpa edib. Bunlar Türkiyə, Rusiya, ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətərdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 5 iyunda imzaladığı qərarından sonra 10 iyun tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq, Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşlarının hava yolu ilə Azərbaycan ərazisinə səfərinə icazə verilib. Həmin qərara əsasən, yaşı 18-dən yuxarı olan sərnişinlər tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması şərti ilə ölkəmizə səfər edə bilərlər.

Həmçinin 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədi təqdim olunmalıdır. Eyni zamanda, 10 iyundan başlayaraq Azərbaycana daxil olmaq üçün bütün 1 yaşdan yuxarı olan sərnişinlərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır. 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur. Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar. Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin təyyarə ilə geri qaytarılır.

İyunun 21-dən isə ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətər vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə verilib.

Həmçinin oxuyun:

TƏBİB-dən səyahət edənlərə çağırış

Pandemiya Azərbaycanda səyahət və yay istirahətləri planına necə təsir edir?

Koronavirussuz səyahət: hələlik PZR testlə, tezliklə peyvənd pasportu ilə

1581
Qəza, arxiv şəkli

Bakıda təkərin partlayaraq iki nəfəri ağır yaralamasının GÖRÜNTÜLƏRİ

1698
(Yenilənib 22:18 26.07.2021)
Adi ehtiyatsızlıq paytaxtın Nərimanov rayonunda iki vətəndaşın ağır şəkildə yaralanmasına səbəb olub.

BAKI, 26 iyul — Sputnik. Bakıda təkərin partlaması iki nəfərin yaralanmasına səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə iyulun 23-də Nərimanov rayonu, Ə.Qayıbov küçəsində baş verib.

Yük avtomobilinin təkərinə atmosfer vurularkan yanlışlığa yol verildiyindən təkər havaya uçub. Onun diski isə yaxınlıqda kafedə əyləşmiş insanların masasına düşüb.

Hadisə nəticəsində iki nəfərin ağır xəsarətlər aldığı bildirilir.

1698

Londonun su batmış küçələri