Manat və dollar, arxiv şəkli

Kreditlə bağlı məlumatları düzgün təqdim etməyənləri qədər cərimə gözləyir?

9
(Yenilənib 19:53 13.07.2021)
Mərkəzləşdirilmiş kredit reyestrinə və kredit bürosuna məlumatların təqdim edilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilirlər.

 

BAKI, 13 iyul — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanuna əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 440-cı maddəsi aşağıdakı redaksiyada verilir:

"Maddə 440. Mərkəzləşdirilmiş kredit reyestrinə və kredit bürosuna məlumatların təqdim edilməsi qaydalarının pozulması

440.1. Bank və ya bank olmayan kredit təşkilatı (kredit ittifaqı istisna olmaqla) tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna "Banklar haqqında", "Bank olmayan kredit təşkilatları haqqında" və "Kredit büroları haqqında" Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.

440.2. Kredit ittifaqı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna "Kredit ittifaqları haqqında" və "Kredit büroları haqqında" Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə -

vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir".

Eləcə də oxuyun:

9
Teqlər:
dəyişiklik, İXM, hüquqi, fiziki, cərimə, kredit
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid

Rəşad Məcid: “İndi çox xaotik bir vəziyyət yaranıb”

6
(Yenilənib 17:06 23.07.2021)
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib ki, informasiya texnologiyalarının inkişaf etməsilə media adına iddia edən çoxlu şəxslər və qurumlar ortaya çıxıb
Rəşad Məcid: “Belə xaotik vəziyyətdə kimin jurnalist olması sual altındadır”

“Media haqqında qanunlayihəsi KİV redaktorları ilə müzakirə olunub, eyni zamanda MEDİA agentliyi ilə ADA universitetinin birgə təşkilatçılığı ilə keçirilən təlimlərdə bu qanun layihəsinin müzakirəsi aparılıb”. Bunu Sputnik Azəbaycan-a açıqlamasında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib deyib.

O bildirib ki, yeni qanun layihəsinin hazırlanması labüd idi: “Ona görə ki, indi çox xaotik bir vəziyyət yaranıb. İnformasiya texnologiyalarının inkişaf etməsilə media adına iddia edən çoxlu şəxslər və qurumlar ortaya çıxıb. Belə xaotik vəziyyətdə kimin media qurumu və jurnalist olması sual altındadır. Çox güman ki, parlamentdə baxıldıqdan sonra yaxın illər üçün media haqqında qanun ən optimal variantlardan biri olacaq”.

Rəşad Məcidin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

6
Toy

Toylarda qonaq sayı gözlənilmir-Bu dəfə işə vergi işçiləri qarışdı

118
(Yenilənib 14:15 25.07.2021)
Qida Təhlükəsizliyi agentliyinin və ərazi üzrə vergilər idarəsinin əməkdaşlarının da iştirakı etdiyi tədbirdə şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların COVID-19 pasportları da yoxlanılıb.

BAKI, 25 iyul — Sputnik. Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində profilaktiki tədbirlər keçiriblər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirlər zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb.

Qida Təhlükəsizliyi agentliyinin və ərazi üzrə vergilər idarəsinin əməkdaşlarının da iştirakı etdiyi tədbirdə şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların COVID-19 pasportları da yoxlanılıb. Qonaqlar arasında peyvənd olunmayan şəxslər isə məclislərə buraxılmayıb.

Sonda şöbə əməkdaşları vaksinasiyadan keçməyən vətəndaşlarla profilaktiki söhbətlər apararaq mövcud qaydalara riayət etmələrinin vacibliyi çatdırıblar.

Xatırladaq ki, dünən Beyləqan Rayon Polis Şöbəsinin və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarına riayət olunması məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyənləşdirilib.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a bildiriblər ki, yoxlamalar zamanı Baharabad qəsəbəsində, Bünyadlı və Yuxarı Kəbirli kəndlərində üç fərdi evdə keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb. Qayda pozuntularına yol vermiş şəxslərlə profilaktiki söhbətlər aparılıb. Üç nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Ağcabədi rayonunda isə şadlıq sarayında keçirilən toyda pandemiya tələblərinin pozulduğu müəyyən edilib. Avşar kəndi ərazisində yerləşən “Kral” şadlıq sarayında keçirilən toy mərasimində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb. Restorana cavabdeh şəxs olan M.Cəfərov bir neçə dəfə bu cür qayda pozuntusuna yol verdiyindən onun barəsində Ağcabədi RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılaraq araşdırma aparılır.

Şənlik mərasimlərini qaydalara uyğun keçirmək vacibdir

Qeyd edək ki, şənlik mərasimlərinin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələri tərəfindən gündəlik monitorinqlər davam etdirilir. Monitorinqlər zamanı şənlik mərasimlərinin keçirildiyi bəzi məkanlarda sıxlığın normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun olmaması, icaze.gov.az portalına məlumatların düzgün daxil edilməməsi, işçi heyətin fərdi qoruyucu vasitələrlə təmin olunmaması kimi pozuntular qeydə alınıb.

İyulun 22-dək aparılan monitorinqlər zamanı bəzi obyektlərdə keçirilən şənlik mərasimlərində 112 minə yaxın qonağın müvafiq sənədləri araşdırılıb, onların bir hissəsində nöqsanlar aşkar edilib. Nəzarət tədbirlərində toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparıb və Operativ Qərargahın müəyyən etdiyi qayda və tələblərə ciddi riayət olunmasının vacibliyi izah edilib. Nöqsanların aşkar olunduğu məkanlarda pozuntular aradan qaldırılıb, toy mərasiminin qaydalara uyğun keçirilməsi təmin olunub və yeni ailə quranlara hədiyyələr təqdim olunub. Qeyd edək ki, indiyədək 900-dən çox obyektdə şənlik mərasimlərinə nəzarət həyata keçirilib.

Şənlik mərasimləri təşkil edən obyekt sahiblərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) düzgün daxil edilməldir. Şənlik və məkan sahibləri müəyyən edilmiş qaydalara və şərtlərə tam əməl etməli, işçi heyətin vaksinləşməsinə və zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsinə xüsusi diqqət yetirməlidirlər.

Həmçinin oxuyun:

Azərbaycanda iyulun 1-dən toy və nişanlara icazə verildi

Azərbaycanda toylara icazə verildi: nələri bilməliyik

Toyların keçiriləcəyi restoranların diqqətinə: Bunları bilməniz vacibdir

Azərbaycan toylarının "olmazsa, olmaz"ı menyudan silinir: şadlıq evlərindən yeni şərtlər

Qaydalara məhəl qoymayan şadlıq evinin sahibinə cinayət işi açıldı

118

Bir il gecikən açılış, prezidentin qətli, milyarderin göyə uçusu