Ofisdə iş, arxiv şəkli

Azərbaycanın əmək bazarı: Qiymətlər at belində, qul əməyinə isə qəpik-quruş təklif edilir

73
(Yenilənib 19:12 11.07.2021)
Qazın qiyməti qalxıb, digər sahələrdə də bahalaşma müşahidə edilir, amma əmək bazarında təklif edilən işlərə görə çox aşağı əməkhaqqı nəzərdə tutulur. Məsələn, Alman dili müəllimi vakansiyasına görə əməkhaqqı 150 manatdan başlayır.

BAKI, 12 iyul — Sputnik. Koronavirus pandemiyasının yaratdığı iqtisadi məhdudlaşmalar, habelə dünya ölkələrində ayrı-ayrı istehlak məhsullarının istehsal həcmlərinin aşağı düşməsi dünya iqtisadiyyatına və beynəlxalq bazarlara öz təsirini göstərir. Son bir ildə dünya bazarlarında bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artmaqdadır.

Dünya enerji bazarlarında müşahidə olunan qiymət artımları bu prosesi daha da sürətləndirir. Xüsusilə təbii qazın dünya bazarında qiymət artımı izlənilir. Qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkələrdə təbii qazdan istifadə edən sahələr üçün tariflər dəyişib, o cümlədən istehlakçı kateqoriyaları üçün kommunal xərclər artıb. Məlum olduğu kimi, Tarif Şurasınını 30 iyun tarixli qərarı ilə iyulun 1-dən Azərbaycanda da təbii qazdan istifadə tariflərində artım baş verib.  

Məlumat üçün bildirək ki, 2020-ci ildə 1 kubmetr təbii qazın tarifi əhali abonenti üzrə Ankarada (Türkiyə) orta hesabla 32 qəpik, Kiyevdə (Ukrayna) 32,6 qəpik təşkil edib. Hazırda Ankarada 32-40 qəpik, Kiyevdə isə 54 qəpik səviyyəsindədir. Yeni müəyyənləşdirilmiş tariflər bəzi ölkələrin tarifləri ilə müqayisədə yenə aşağıdır. Belə ki, 1 kubmetr təbii qazın tarifi əhali üzrə Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik, Rusiyada 11,9-16,5 qəpik arasında dəyişir. 1 kubmetr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə isə hazırda Türkiyədə orta hesabla 35-49 qəpik, Ukrayna 22-26 qəpik, Belarusda 21,9-78,2 qəpik, Rusiyada 15,3-18,2 qəpik arasında dəyişir.

Tarif dəyişikliyi nəticəsində qaz hasilatı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcək.

Ötən gün metro da zərərlə işləməsi haqda hesabat yayıb. "Bakı Metropoliteni" QSC 2020-ci ili 83,543 milyon manat zərərlə başa vurub ki, bu da 2019-cu illə müqayisədə 51,7% çoxdur. Beləcə səhmdar cəmiyyətinin yığılmış zərəri 17,35% artaraq 565,24 milyon manat təşkil edib.

Ötən il "Bakı Metropoliteni"nin sərnişindaşımadan gəlirləri 21,623 milyon manat (əvvəlki ilə nisbətən 68,6% az), dövlət büdcəsindən aldığı dotasiya 67,679 milyon manat (37% çox), sair əməliyyat gəlirləri 3,534 milyon manat (38,1% az), istifadə etdiyi material ehtiyatlarının dəyəri 4,928 milyon manat (22,8% az), istifadə etdiyi neft məhsullarının dəyəri 680 min manat (9,3% çox), istifadə etdiyi elektrik enerjisinin dəyəri 6,628 milyon manat (40,9% az), istifadə etdiyi qazın dəyəri 168 min manat (2,3% az), istifadə etdiyi suyun dəyəri 4,156 milyon manat (0,8% çox), işçi heyəti üzrə xərcləri 44,66 milyon manat (3,1% az), torpaq, tikinti və avadanlıqlar üzrə amortizasiya xərcləri 103,413 milyon manat (7,9% çox), qeyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 179 min manat (17,8% çox), tikinti və avadanlıqlarının qalıq dəyəri 666 min manat (44,8% çox), digər xərcləri 7,532 milyon manat (19,15% az), sair əməliyyat xərcləri isə 3,37 milyon manat (29,1% az) təşkil edib.

Bu məlumat isə metropolitendə də qiymətlərin artacağını proqnozlaşdırmağa əsas verib.

Maraqlıdır, bu qədər bahalaşmanın fonunda ölkədə qiymətlər necə dəyişir. Sputnik Azərbaycan olaraq bunu araşdırmağa çalışdıq. Öncəki 4-5 illə müqayisədə hazırda da əmək bazarında 150-250 manatlıq işlərə rast gəlmək olar.

Bəzi işlər üzrə tələblər yüksək olsa da, əməkhaqqı haqda konkret bir məlumat verilmir. Əməkhaqqının müsahibə əsasında təyin ediləcəyi qeyd olunur. Fotoqraf, marketoloq işləri, insan resurslarının idarəsi departamenti direktoru vəzifələrinə və digər vakansiyalara görə əməkhaqqının sırf müsahibə əsasında təyin ediləcəyi qeyd olunur.

Sığorta üzrə satış təmsilçisinə görə əməkhaqqı 250 manatdan başlayır. Satış mütəxəssisi üçün 450-500 manat arasında dəyişir. Alman dili müəllimi vakansiyasına görə əməkhaqqı 150 manatdan başlayır. Digər işlər üzrə əməkhaqqına nəzər yetirək:

Ofisiant 450-500 manat

PR menecer 500-600 manat

Hüquqşünas 800-1000 manat

Onlayn sifarişlər üzrə operator - 500 manat

Resepşn - 300 manat

Əczaçı - 350 manat

Mühafizəçi - 350 manat

Fəhlə 300-400 manat

Kassir - 350 manat

Əməkhaqqı aşağı olsa da, iş üçün tələblər yüksəkdir, müxtəlif dil bilikləri, İT bacarıqları, kompüter proqramlarını bilmək tələb olunur və bununla belə böyük öhdəliklər qoyulur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci il mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1678,4 min nəfər olub, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,7 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2021-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz azalaraq 722,3 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

73

Qəbələdə musiqi ziyafəti

32
(Yenilənib 21:10 01.08.2021)
Qəbələ festivalında Bakı Musiqi Akademiyasının tələbələri növbəti konsert proqramını təqdim ediblər.

BAKI, 1 avqust - Sputnik. XII Qəbələ Musiqi Festivalı çərçivəsində avqustun 1-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə növbəti konsert proqramı təqdim olunub.

Sputnik Azərbaycan xəbər verir ki, festivalın təşkilatçı qurumlarının təmsilçilərinin, yerli musiqisevərlərin və şəhərin qonaqlarının iştirakı ilə keçən konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər.

Prezident təqaüdçüləri Vüsalə Babayevanın (piano), Zərrin Əliyevanın (violin), Lalə İbrahimovanın (vokal), Kamran Talıblının (fleyta), Leyla Zeynalovanın (piano), Emil Əhmədzadənin (piano), həmçinin Elxan Niftiyev, Fuad Əlizadə, Ləman Seyidova, Ceyran İsayeva, Fəqan Həsənli və digər pianoçuların, klarnet ifaçısı Məhəmmədəli Paşazadənin, violin ifaçısı Nigar Əsgərovanın, qaboy ifaçısı Əziz Pənahın, violençel ifaçısı Ərol Rzayevin, vokalçılar Rza Xosrovzadə və Mahir Tağızadənin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə M.Arnold, F.Şopen, M.Moşkovski, R.Şuman, A.Qrunfeld, N.Rimski-Korsakov, həmçinin Tofiq Quliyev, Niyazi və digər bəstəkarların əsərləri səsləndirilib.

Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da Heydər Əliyev Konqres Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Bakı Kamera Orkestri”nin çıxışı olacaq.

XII Qəbələ Musiqi Festivalının açılış mərasimi

Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını sənətsevərlərin, Musiqi Festivalı iştirakçılarının üzünə açıb.

Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin və Bakı Musiqi Akademiyasının  dəstəyi ilə iyulun 31-də başlayan XII Qəbələ Musiqi Festivalı avqustun 4-dək davam edəcək.

Builki festival əlamətdar hadisəyə - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub. Yubileyin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il mayın 26-da Sərəncam imzalayıb. Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. XII Qəbələ Musiqi Festivalı da yubileyə həsr olunmuş tədbirlərdən biridir.

Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də çox zəngindir. Musiqisevərlər festival günlərində bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alacaqlar. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunacaq.

İyulun 31-də axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə festivalın ilk konserti təqdim olunub. Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər. Pianoçular Leyla Zeynalova, Atabala Manafzadə, Cəmil Sədizadə, Rəşid Behbudov, Jalə Mayılova, Səbinə Muradova, Gülər Ağayeva və Fəqan Həsənlinin, violin ifaçıları Osman Mustafazadə, Zərrin Əliyeva və Aysel Abdullayevanın, violençel ifaçısı Orxan Hüseynovun, həmçinin viola, fleyta, klarnet və truba ifaçılarının, vokalçılar Nigar Əsgərova və Sübhan Rüstəmovun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə S.Raxmaninov, H.Venyavski, A.Messager, A.Skryabin, A.Piazzolla, F.Şopen, D.Şostakoviç, həmçinin Azərbaycan bəstəkarlarından Tofiq Quliyev, Fikrət Əmirov və Müslüm Maqomayevin əsərləri səsləndirilib.

Gənc musiqiçilərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonra “Qafqaz Resort” otelində açıq səhnədə XII Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Əvvəlcə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Açılış mərasimindən sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri geniş konsert proqramı ilə çıxış edib. Orkestrin bədii rəhbəri və baş hərbi dirijoru Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti, general-mayor Yusif Axundzadədir.

Konsertin əvvəlində orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni və Ü.Hacıbəylinin “Koroğlu” operasından “Üvertüra” səsləndirilib.

Orkestrin rəisi Əməkdar incəsənət xadimi, polkovnik-leytenant Rüfət Axundzadənin və hərbi dirijor baş leytenant Elnur Qurbanovun dirijorluğu ilə keçirilən konsertdə Aynur İsgəndərli (vokal), Arslan Növrəsli (tar), Kənan Qədimov (vokal), Gülnar Qüdrətli (xanəndə), Namiq Qurbanov (zurna, balaban) və Anar Hüseynovun (nağara) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

32
İnəklər

Şəkidə əlacsız kəndlilər heyvanları "həbs etdilər"

2059
(Yenilənib 20:39 01.08.2021)
Mal-qara Şorsu kəndinin tütün, bostan və tərəvəz sahələrini məhv edib, tarlalarını borcla əkib-becərən kəndlilər isə aciz duruma düşüblər.

BAKI, 1 avqust – Sputnik. Deyirlər ki, dar gündə insanın köməyinə ilk çatan qonşusu olur. Lakin Şəkinin Şorsu kənd sakinləri bunun əksini görürlər. Onlar qonşu Cumakənd sakinlərinin və onların mal-qarasının əlindən zara gəliblər. Şorsu kənd sakinlərinin sözlərinə görə, min bir əziyyətlə əkib-becərdikləri tarlaları məhsul dövründə Cumakənd sakinlərinin iribuynuzlu heyvanlarının tapdağında qalır.

Kənd sakini Pənah Şirinov Sputnik Azərbaycan-ın bölgə müxbiri İbrahim Həşimova bildirib ki, qonşu kəndin heyvanları dəfələrlə ona məxsus tütün sahəsinə ziyan vurub.

“Heyvanların bir hissəsi burada, sahədədir. Burada 30-a yaxın heyvan var indi, bir hissəsini də aparıb kameraya salmışıq. Əvvəllər bir neçə dəfə bu cür hal baş verib. İcra nümayəndəliyinə, polisə məlumat vermişik. Amma nəticəsi yoxdur. Yenə heyvanları buraxırlar”, - Pənah Şirinov əlavə edib.

“400 manata yeri icarəyə götürmüşəm. 3000 manat da kredit almışam. Tütünün ikinci qırımıdır. 8-10 kilometr aralıda yerləşən Cumakəndin malları tütünü qıraraq yararsız hala salıb. Kənd sakinləri tədbir görmək əvəzinə deyirlər ki, gedin  kimə istəsəniz şikayət edin”, - Şorsu sakini Elburus İsmayılov deyib.

  • Elburus İsmayılov
    © Sputnik / Ibrahim Hashimov
  • Pənah Şirinov
    © Sputnik / Ibrahim Hashimov
  • Saleh İsgəndərov
    © Sputnik / Ibrahim Hashimov
  • Seymur İsayev
    © Sputnik / Ibrahim Hashimov
  • Tərlan Davudov
    © Sputnik / Ibrahim Hashimov
  • İnəklər
    © Sputnik / Ibrahim Hashimov
1 / 6
© Sputnik / Ibrahim Hashimov
Elburus İsmayılov

Fermer Tərlan Davudov da bildirir ki, aylarla əziyyət çəkib yetişdirdiyi məhsulu heyvanlar bir neçə günün içərisində məhv edir.

“Bu tütün sahəsinə 3000 manat pul xərcləmişəm. Üstəlik də 6 aydır qan-tər tökürəm. Lakin 3 günün içərisində mal-qara məhv elədi. Bu heyvanlar mənə 4000 manatdan artıq ziyan vurub”, - Tərlan Davudov əlavə edib.

Əlacsız qalan Şorsu kənd sakinləri səhələrə girən iribuynuzlu heyvanları toplayaraq xüsusi kameralara salıblar. Kənd sakini Seymur İsayevin sözlərinə görə, əvvəllər bir neçə dəfə heyvanları bu cür saxlasalar da, sonradan buraxmalı olublar. Bu dəfə isə sahibləri tapılana qədər saxlayacaqlar.

“Özbaşına buraxılan mallardır. Naxırçıları yoxdur. Əvvəllər heyvanları gətirib bu kameraya salırdıq. Amma sonradan yazığımız gəlib buraxırdıq. Lakin heyvanları kəndə qədər izləyirdik. Heç kəs də malın ona məxsus olduğunu qəbul etmirdi. Aidiyyəti qurumlara şikayət edəndə də deyirlər ki, heyvanların sahibini tapıb göstərin, cəzalandıraq. Ona görə də bu dəfə sahibləri tapılana qədər heyvanları buraxmayacağıq”.

“Keçmişdə cərimə meydançası var idi. Belə heyvanlar saxlananda iki dəfə xəbərdarlıq edilirdi. Üçüncü dəfə isə ət kombinatına göndərirdilər. Bu qaydanı yenidən qaytarsınlar. Şəxsən mənim heyvanım kiməsə ziyan vursa, cəzasını çəkməyə hazıram”, - kənd sakini Saleh İsgəndərov vurğulayıb.

Faktla bağlı Şorsu kənd icra nümayəndəsi Oruc Mahmudov Sputnik Azərbaycan-a bildirib ki, Cumakənddə naxır olmadığı üçün bu cür hal dəfələrlə baş verib. Çünki, heyvanlar özbaşına buraxılır və Şorsu kəndinə qədər gəlib çıxır.

“Cumakənd də bizim inzibati əraziyə daxildir. Sakinlərə heyvanların ziyan vurması ilə bağlı dəfələrlə xəbərdarlıq etmişik. Bu dəfə isə son xəbərdarlığı etdik. Əgər, bir də bu cür vəziyyət ortaya çıxsa, ciddi tədbirlərin görülməsi üçün polisə müraciət edəcəyik”, - Oruc Mahmudov deyib.

Həmçinin oxuyun: 

* Ayıların basqınına məruz qalan kənddə fövqəladə vəziyyət hökm sürür

Keyfiyyət istəyən pul ödəsin: növbə mal-qaraya çatdı

Aqrar sığorta barədə bilməli olduğumuz hər şey

2059
Kişi Tokio-2020 Olimpiya Oyunlarının installyasiyasının qarşısından keçir

Koreya ilə Belarus liderlərini birləşdirən dəyər ermənilərin təbiətin məhvinə sevinməsi