Sabahkı hava çimərlik üçün əlverişli olacaqmı?

10
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava şəraiti, tibbi-meteoroloji proqnozu açıqlayıb.

 

BAKI, 6 iyul — Sputnik. Azərbaycanda iyulun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, iyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

İyulun 7-də Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 7-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

10
Teqlər:
hava proqnozu, çimərlik, külək, şimşək
Koronavirusa qarşı peyvənd vurulmasında dair sertifikat, arxiv şəkli

Azərbaycanda "Əks-göstəriş sertifikat"ı veriləcək

0
(Yenilənib 10:42 02.08.2021)
Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır.

 

BAKI, 2 avqust — Sputnik. "Azərbaycan Respublikasında "COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Avqust ayının 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərə "Əks-göstəriş sertifikat"ının verilməsinə başlanılır.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında belə deyilir.

Məlumatda qeyd olunur ki, "Əks-göstəriş sertifikat"ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa "Əks-göstəriş sertifikat"ı veriləcək.

"Əks-göstərişləri olmayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır.

Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır", - deəy məlumatda qeyd olunur.

Eləcə də oxuyun:

0
Teqlər:
vaksin, vaksinasiya, COVID-19 pasportu, sertifikat
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
 Eldəniz Səlimov

Bu gün Milli Məclis Eldəniz Səlimovun işinə baxacaq

5
(Yenilənib 10:32 02.08.2021)
Milli Məclis sədri Sahibə Qafarova 53 deputatının tələbi ilə parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

BAKI, 2 avqust — Sputnik. Milli Məclisin İntizam Komissiyasının bu gün keçiriləcək iclasında deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi məsələsinə baxılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisdən məlumat verilib. Məlumata görə, bu barədə Milli Məclisə təqdimat baş prokuror Kamran Əliyev tərəfindən daxil olub.

Rəsmi məlumata əsasən, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib. Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb. Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Milli Məclis sədri Sahibə Qafarova 53 deputatının tələbi ilə parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiyanın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.

Qeyd edək ki, hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Eləcə də oxuyun:

5
Teqlər:
deputat, Milli Məclis, komissiya, iclas, toxunulmazlıq