Məhkəmə çəkici, arxiv şəkli

Casusluqda ittiham olunan iki erməninin cinayət işi məhkəməyə göndərilib

18
Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 14-nə təyin edilib.

BAKI, 6 iyul — Sputnik. Azərbaycanda daha iki erməni barəsində cinayət işi başlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət işi başlanıb.

Onlar barəsində aparılan ibtidai istintaq başa çatıb. Cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 14-nə təyin edilib.

Erməni terrorçuların işi təxirə düşdü

Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin bir qrupunun - Astanyan Yeqiş, Aramyan Karen, Avakyan Tiqran, Qevorkyan Qriqor, Manukyan Ovsep, Martirosyan Gevorg, Qevorkyan Robert, Avetisyan Vaqarşak, Akopyan Volodiya, Sukiasyan Andranik, Manukyan Andranik, Saqateryan Qriqor və Giraqusyan Eduard barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcəkdi.

Həmçinin Apellyasiya məhkəməsində erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün - Hovanesyan Haykaz, Manukyan Varazdat, Stepanyan David, Tosunyan Levan, Baqdasaryan Artur, Avakyan Serop, Arutyunyan Varazdat, Manukyan Jora, Herabyan Hrayr, Qosparyan Narek, Kureqyan Qriqor, Qevorkyan Aşot və Aqramanyan Martinin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcəkdi.

Ancaq hər iki iclasda vəkillərin iştirak etməməsi səbəbindən proseslər iyunun 16-dək təxirə salınıb.

Başa çatmış məhkəmə prosesi

İyulun 2-də Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvü - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prokuror çıxış edərək təqsirləndirilən şəxslərə verilən ittihamlardan yalnız Cinayət Məcəlləsinim 318-ci (sərhədi qanunsuz keçmə) maddəsi ilə Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviçin 5 il, digərlərinin isə həmin maddə ilə 2 il azadlıqdan məhrum edilməsini xahiş edib.

Hakimin elan etdiyi hökmə əsasən, Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç 4 il, digərləri isə 6 ay azadlıqdan məhrum edilib.

Eləcə də oxuyun:

18
Teqlər:
məhkəmə, cinayət işi, casus, erməni
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid

Rəşad Məcid: “İndi çox xaotik bir vəziyyət yaranıb”

4
(Yenilənib 17:06 23.07.2021)
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib ki, informasiya texnologiyalarının inkişaf etməsilə media adına iddia edən çoxlu şəxslər və qurumlar ortaya çıxıb
Rəşad Məcid: “Belə xaotik vəziyyətdə kimin jurnalist olması sual altındadır”

“Media haqqında qanunlayihəsi KİV redaktorları ilə müzakirə olunub, eyni zamanda MEDİA agentliyi ilə ADA universitetinin birgə təşkilatçılığı ilə keçirilən təlimlərdə bu qanun layihəsinin müzakirəsi aparılıb”. Bunu Sputnik Azəbaycan-a açıqlamasında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib deyib.

O bildirib ki, yeni qanun layihəsinin hazırlanması labüd idi: “Ona görə ki, indi çox xaotik bir vəziyyət yaranıb. İnformasiya texnologiyalarının inkişaf etməsilə media adına iddia edən çoxlu şəxslər və qurumlar ortaya çıxıb. Belə xaotik vəziyyətdə kimin media qurumu və jurnalist olması sual altındadır. Çox güman ki, parlamentdə baxıldıqdan sonra yaxın illər üçün media haqqında qanun ən optimal variantlardan biri olacaq”.

Rəşad Məcidin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

4
Toy

Toylarda qonaq sayı gözlənilmir-Bu dəfə işə vergi işçiləri qarışdı

58
(Yenilənib 14:15 25.07.2021)
Qida Təhlükəsizliyi agentliyinin və ərazi üzrə vergilər idarəsinin əməkdaşlarının da iştirakı etdiyi tədbirdə şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların COVID-19 pasportları da yoxlanılıb.

BAKI, 25 iyul — Sputnik. Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində profilaktiki tədbirlər keçiriblər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirlər zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb.

Qida Təhlükəsizliyi agentliyinin və ərazi üzrə vergilər idarəsinin əməkdaşlarının da iştirakı etdiyi tədbirdə şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların COVID-19 pasportları da yoxlanılıb. Qonaqlar arasında peyvənd olunmayan şəxslər isə məclislərə buraxılmayıb.

Sonda şöbə əməkdaşları vaksinasiyadan keçməyən vətəndaşlarla profilaktiki söhbətlər apararaq mövcud qaydalara riayət etmələrinin vacibliyi çatdırıblar.

Xatırladaq ki, dünən Beyləqan Rayon Polis Şöbəsinin və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarına riayət olunması məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyənləşdirilib.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a bildiriblər ki, yoxlamalar zamanı Baharabad qəsəbəsində, Bünyadlı və Yuxarı Kəbirli kəndlərində üç fərdi evdə keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb. Qayda pozuntularına yol vermiş şəxslərlə profilaktiki söhbətlər aparılıb. Üç nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Ağcabədi rayonunda isə şadlıq sarayında keçirilən toyda pandemiya tələblərinin pozulduğu müəyyən edilib. Avşar kəndi ərazisində yerləşən “Kral” şadlıq sarayında keçirilən toy mərasimində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb. Restorana cavabdeh şəxs olan M.Cəfərov bir neçə dəfə bu cür qayda pozuntusuna yol verdiyindən onun barəsində Ağcabədi RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılaraq araşdırma aparılır.

Şənlik mərasimlərini qaydalara uyğun keçirmək vacibdir

Qeyd edək ki, şənlik mərasimlərinin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələri tərəfindən gündəlik monitorinqlər davam etdirilir. Monitorinqlər zamanı şənlik mərasimlərinin keçirildiyi bəzi məkanlarda sıxlığın normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun olmaması, icaze.gov.az portalına məlumatların düzgün daxil edilməməsi, işçi heyətin fərdi qoruyucu vasitələrlə təmin olunmaması kimi pozuntular qeydə alınıb.

İyulun 22-dək aparılan monitorinqlər zamanı bəzi obyektlərdə keçirilən şənlik mərasimlərində 112 minə yaxın qonağın müvafiq sənədləri araşdırılıb, onların bir hissəsində nöqsanlar aşkar edilib. Nəzarət tədbirlərində toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparıb və Operativ Qərargahın müəyyən etdiyi qayda və tələblərə ciddi riayət olunmasının vacibliyi izah edilib. Nöqsanların aşkar olunduğu məkanlarda pozuntular aradan qaldırılıb, toy mərasiminin qaydalara uyğun keçirilməsi təmin olunub və yeni ailə quranlara hədiyyələr təqdim olunub. Qeyd edək ki, indiyədək 900-dən çox obyektdə şənlik mərasimlərinə nəzarət həyata keçirilib.

Şənlik mərasimləri təşkil edən obyekt sahiblərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) düzgün daxil edilməldir. Şənlik və məkan sahibləri müəyyən edilmiş qaydalara və şərtlərə tam əməl etməli, işçi heyətin vaksinləşməsinə və zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsinə xüsusi diqqət yetirməlidirlər.

Həmçinin oxuyun:

Azərbaycanda iyulun 1-dən toy və nişanlara icazə verildi

Azərbaycanda toylara icazə verildi: nələri bilməliyik

Toyların keçiriləcəyi restoranların diqqətinə: Bunları bilməniz vacibdir

Azərbaycan toylarının "olmazsa, olmaz"ı menyudan silinir: şadlıq evlərindən yeni şərtlər

Qaydalara məhəl qoymayan şadlıq evinin sahibinə cinayət işi açıldı

58