Azərbaycanın Baş Prokuror Kamran Əliyev, arxiv şəkli

Azərbaycanın baş prokuroru Sankt-Peterburqa gedir

6
(Yenilənib 10:34 06.07.2021)
Kamran Əliyevin 6-9 iyul tarixlərində keçiriləcək Avropa dövlətləri prokurorluq rəhbərlərinin konfransında iştirakı gözlənilir.

BAKI, 6 iyul - Sputnik. Azərbaycan Baş prokuroru Kamran Əliyev 6 iyul, çərşənbə axşamı Sankt-Peterburqa işgüzar səfər edəcək. Sputnik Azərbaycan bildirir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib.

Səfər zamanı Rusiya və Azərbaycanın hüquq mühafizə orqanları, o cümlədən prokurorluq orqanları arasında əlaqələrin inkişafı, Avropa Prokurorları Məşvərət Şurasına üzv ölkələrlə qarşılıqlı əlaqələrin müzakirəsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılacaqdır.

Sankt-Peterburqda 6-9 iyul tarixlərində "Avropa Konvensiyasının insan hüquqları üzrə tələbləri işığında fərdi hüquqların və ictimai maraqların qorunmasında prokurorluğun rolu" mövzusunda Avropa dövlətləri prokurorları rəhbərlərinin konfransı keçiriləcək. Burada Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Türkmənistan baş prokurorlarının iştirakı gözlənilir.

Xatırladaq ki, 2021-ci ilin aprelində Azərbaycan və Rusiya baş prokurorları Kamran Əliyev və İqor Krasnov iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlıq məqsədi ilə niyyət protokolu imzalayıblar. Sənədin imzalanması Əliyev və Krasnov arasında Bakıda keçirilən görüş çərçivəsində baş tutub.

Görüşdə iki dövlətin prokurorluq orqanlarının rəhbərləri cinayətkarlıqla mübarizə sahəsində fəaliyyət, beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi məsələsini müzakirə edib, konkret cinayət işlərinə qarşı olan hüquqi yardımın göstərilməsi üçün fikir mübadiləsi aparıblar.

Eləcə də oxuyun:

6
Teqlər:
Rusiya, səfər, Baş prokuror, Kamran Əliyev
Футбольный мяч. Архивное фото

Konfrans Liqası: Azərbaycanın iki klubu mübarizəni dayandırdı, biri isə mərhələni keçdi

14
(Yenilənib 23:03 29.07.2021)
Azərbaycanın "Sumqayıt" və "Keşlə" futbol klubları UEFA Konfrans Liqası ilə vidalaşmalı olublar.

BAKI, 29 iyul - Sputnik. “Qarabağ” (Ağdam) klubu avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Konfrans Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

II təsnifat mərhələsindən mübarizəyə başlayan Qurban Qurbanovun yetirmələri “Aşdod” səddini adlayıb. Evdə qolsuz heç-heçə edən Premyer Liqanın vitse-çempionu İsraildəki qələbə ilə tur adlayıb.

“Qarabağ” bu qələbəni erkən qol sayəsində qazanıb. Filip Ozobiçin 6-cı dəqiqədəki qolu komandaya mərhələ adlamaq imkanı verib.

"Sumqayıt" və "Keşlə" də UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

"Report"un məlumatına görə, Sənan Qurbanovun baş məşqçi olduğu paxtaxt təmsilçisi Rusiyanın "Soçi" klubunu qəbul edib.

"ASK Arena"da keçirilmiş qarşılaşmada qonaqlar 4:2 hesabı ilə qələbə qazanıb. 21-ci dəqiqədə rəqibin heyətində Marko Duqandziç hesabı açıb. 35-ci dəqiqədə "Keşlə"nin braziliyalı legioneri Felipe Santos bərabərlik qolunu vurub. Bundan 3 dəqiqə sonra Nikita Burmistrov "Soçi"ni yenidən önə keçirib.

İlk hissə bu hesabla yekunlaşıb. İkinci yarının əvvəlində paytaxt təmsilçisi hesabı bərabərləşdirməyə müvəffəq olub. 52-ci dəqiqədə Rəhman Hacıyev topu rəqib qapısından keçirib. Danila Proxin 70-ci dəqiqədə meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. Duqandziç 82-ci dəqiqədə özünün ikinci, komandasının isə 4-cü qoluna imza atıb. Rusiyadakı matçda rəqibinə 0:3 hesabı ilə uduzan "Keşlə" Konfrans Liqası ilə vidalaşıb.

"Sumqayıt" "Kapital Bank Arena"da Serbiyanın "Çukariçki" komandası ilə üz-üzə gəlib. Görüş "gənclik şəhəri" təmsilçisi üçün yaxşı başlamayıb. 10-cu dəqiqədə Belqrad klubunun heyətində İbrahima Ndiaye hesabı açıb. 6 dəqiqə sonra isə Marko Dotsiç penaltidən fərqlənməklə meydan sahibini növbəti dəfə məyus edib. Oyunda başqa qol vurulmayıb. Serbiyada rəqibi ilə qolsuz heç-heçə edən "Sumqayıt" da Konfrans Liqası ilə vidalaşmalı olub.

14

Olimpiya ümidləri: azərbaycanlı idmançılardan kim Tokioda medal qazana bilər