Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı Metropolitenindən eyham: ötən il zərərlə işləyib

© Sputnik / Murad OrujovBakıda metro faliyyətini bərpa edib, 31 may 2021-ci il
Bakıda metro faliyyətini bərpa edib, 31 may 2021-ci il - Sputnik Azərbaycan, 1920, 30.06.2021
Abunə olmaq
"Bakı Metropoliteni"nin hesabatına görə, səhmdar cəmiyyətinin yığılmış zərəri 17,35% artaraq 565,24 milyon manat təşkil edib.

BAKI, 30 iyun — Sputnik. "Bakı Metropoliteni" QSC 2020-ci ili 83,543 milyon manat zərərlə başa vurub. Sputnik Azərbaycan qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 51,7% çoxdur. Beləcə səhmdar cəmiyyətinin yığılmış zərəri 17,35% artaraq 565,24 milyon manat təşkil edib.

Ötən il "Bakı Metropoliteni"nin sərnişindaşımadan gəlirləri 21,623 milyon manat (əvvəlki ilə nisbətən 68,6% az), dövlət büdcəsindən aldığı dotasiya 67,679 milyon manat (37% çox), sair əməliyyat gəlirləri 3,534 milyon manat (38,1% az), istifadə etdiyi material ehtiyatlarının dəyəri 4,928 milyon manat (22,8% az), istifadə etdiyi neft məhsullarının dəyəri 680 min manat (9,3% çox), istifadə etdiyi elektrik enerjisinin dəyəri 6,628 milyon manat (40,9% az), istifadə etdiyi qazın dəyəri 168 min manat (2,3% az), istifadə etdiyi suyun dəyəri 4,156 milyon manat (0,8% çox), işçi heyəti üzrə xərcləri 44,66 milyon manat (3,1% az), torpaq, tikinti və avadanlıqlar üzrə amortizasiya xərcləri 103,413 milyon manat (7,9% çox), qeyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 179 min manat (17,8% çox), tikinti və avadanlıqlarının qalıq dəyəri 666 min manat (44,8% çox), digər xərcləri 7,532 milyon manat (19,15% az), sair əməliyyat xərcləri isə 3,37 milyon manat (29,1% az) təşkil edib.

Qeyd edək ki, cari ilin yanvarın 1-nə "Bakı Metropoliteni"nin aktivləri 2 513,284 milyon manat olub ki, bu da illik müqayisədə 2,5% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 9% artaraq 58,917 manata, balans kapitalı isə 2,4% artaraq 2 454,367 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,9% artaraq 3 019,606 milyon manata çatıb.

Açılıb-qapanan metro

2020-ci ildə metro bir neçə dəfə bağlanıb-açıldı. Aprelin 1-dən mayın 9-dək, iyulun 4-dən sentyabrın 14-dək sərnişinlər metro xidmətlərindən istifadə edə bilmədilər. Sonuncu dəfəki qapanma isə aylarla uzandı -  oktyabrın 19-da bağlanan metro 2021-ci il mayın 31-də qapılarını sərnişinlərin üzünə açdı.

Paytaxt Bakıda futbol üzrə Avropa çempionatının bir neçə oyunu keçirildiyindən Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" 25 iyun tarixli qərarında bildirilirdi ki, "Bakı Metropoliteni" iyun ayının sonuna qədər həftənin bütün günlərində fəaliyyət göstərəcək.

NK-nın yeni qərarına görə isə metro, digər ictimai nəqliyyat vasitələri kimi, iyulun 4-dən etibarən şənbə-bazar günləri işləməyəcək.

İctimai nəqliyyatda yeni qiymətlər tətbiq olunacaq

Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib ki, Azərbaycanda ictimai nəqliyyatda yeni tarif mexanizmi tətbiq olunacaq. Martın 9-da açıqlanan məlumata görə, sənəddə qeyd olunub ki, bu zaman mütərəqqi beynəlxalq təcrübə nəzərə alınacaq. O da vurğulanıb ki, ictimai nəqliyyatdan güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün hazırlıq işləri görülür.

Qeyd edək ki, hazırda avtobus və metro daşınması xidmətlərinin qiymətini Tarif Şurası müəyyən edir. Metyroda gediş haqqı 0.30 AZN təşkil edir.

Eləcə də oxuyun:

Xəbər lenti
0