Terrorçuların məhkəməsinin bəzi təfərrüatları: Metronu partlatmaq üçün onu ələ aldılar

18
(Yenilənib 13:52 30.06.2021)
Bakı Hərbi Məhkəməsində və Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesləri keçiriləcək. Müxtəlif illərdə Qarabağda azərbaycanlılara qarşı döyüşərək, onlara işgəncə verən terrorçular cavab verəcəklər.

BAKI, 30 iyun — Sputnik. Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik və Xosrovyan Alyoşanın cinayət işi üzrə məhkəmənin növbəti iclasında şahidlər dindirilib.

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Zahid Həsənov dindirilib.

Onun sözlərinə görə, 1994-cü ildə erməni hərbçiləri tərəfindən əsir götürülüb: “Biz 4 nəfər əsir Xankəndidə saxlanırdıq. Mən, Sergey, Azər Aslanov və digər bir əsir. 5-6 erməni hərbçi gəldi, Azər Aslanovu komandirin otağını təmizləməyə apardılar, iki saatdan sonra geri qayıtdılar. Sonra həmin əsiri yenidən apardılar. Ermənistan xüsusi xidmət orqanları onu söhbətə tutmağa başladılar. Bir saatdan çox söhbət apardılar. Həmin ermənilər gəldilər ki, otağı Sergey təmizləyəcək. Məlum oldu ki, onlar Azər Aslanovu ələ alıblar və otağı təmizlətdirməyiblər. Sergey gəldi, dedi ki, Azər otağı təmizləməyib. O hadisədən sonra Azərə istədiyi yeməyi verirdilər. Məlum oldu ki, Azər Aslanov ermənilərlə işbirliyinə girib. Həmin il də Azər Aslanov Bakıda metronu partlatdı".

 

--------

10:17

Bu gün Bakıda bir neçə erməni terrorçunun və bir xarici vətəndaşın məhkəməsi keçiriləcək.

Qəddar tərcüməçi və kəşfiyyatçı məhkəmə qarşısında

Sputnik Azərbaycan-ın məlumatına görə, Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Lüdvik Mkrtıçyan və Alyoşa Xosrovyanın cinayət işi məhkəmə prosesi davam etdiriləcək.

Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsində hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək bu günki prosesdə təqsirləndirilən şəxslər ifadə verəcəklər.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.

İstintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Lüdvik Mkrtiçyan  Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılan Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

İstintaqla o da müəyyən olunub ki, Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülüb. Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazisində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

20.05.2021-ci il tarixdə tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edib ki, Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq törədildiyi vaxtdan asılı olmayaraq sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

 

Qarabağda döyüşən əcnəbi vətəndaşın məhkəməsi davam edir

Bu gün Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə ittiham aktının elan ediləyi və təqsirləndirilən şəxsin ifadə verməsi gözlənilir.

Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Eləcə də oxuyun:

  • Ölkəmizin adı bəzən heç statistikaya aid edilmirdi - Mübariz Qurbanlı

  • Ermənistanın Laçında törətdiyi cinayətə görə Baş Prokurorluq iş açdı

  • Ermənistanın mina xəritələrini verməməsi məcburi köçkünlərin qayıdışını ləngidir - XİN

18
Teqlər:
erməni terrorçuları, məhkəmə

Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək

74
(Yenilənib 08:30 27.07.2021)
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

BAKI, 27 iyul — Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

DİM-dən verilən məlumata əsasən, 19184 abituriyentin iştirakı nəzərdə tutulan imtahanlar 11 şəhər və rayonda - Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İmtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Qeyd edək ki, iyulun 27-28-də imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 151 imtahan binası, 2544 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 151 ümumi imtahan rəhbəri, 422 imtahan rəhbəri, 3309 nəzarətçi–müəllim, 308 buraxılış rejimi əməkdaşı, 151 bina nümayəndəsi ayrılıb. İmtahanlarda 23 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

74
Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir

Rusiyalı media eksperti: jurnalist hər şeyə şübhə ilə yanaşmalıdır

91
(Yenilənib 08:55 27.07.2021)
Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən SputnikPro vebinarında KİV nümayəndələrinə feyk xəbərləri necə aşkar və ifşa etməyin yollarından danışıblar

BAKI, 26 iyul — Sputnik. Müasir dünyada xəbərlərin, o cümlədən feyk xəbərlərin yayılması sürəti və bunun üçün istifadə olunan alətləri nəzərə alsaq, peşəkar jurnalist hər şeyə şübhə ilə yanaşmalıdır. Bunu bazar ertəsi Bakıda SputnikPro layihəsi çərçivəsində keçirilən "Müasir jurnalistika üçün faktçekinq texnologiyaları" adlı ustad dərsində Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir deyib.

Onun sözlərinə görə, ilk növbədə bunu anlamaq lazımdır ki, feyklər heç də yeni bir məfhum deyil, hazırda fərq ondadır ki, bu gün onlar faktoidə çevrilir və ictimai şüurda yalnız ona görə həqiqət kimi qəbul olunur ki, onları KİV-lər yayır.

© Sputnik / Murad Orujov
Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir

"Feyklərin yayılma səbəbləri müxtəlifdir. Buna səbəb həm jurnalistlərin, həm də auditoriyanın axmaqlığı, tənbəlliyi, savadsızlığıdır. Digər bir səbəb - hansısa maraqlar, kommersiya maraqlarıdır. Siyasi müstəvidə də feyklər kifayət qədərdir", - deyə Şafir bildirib və onu da qeyd edib ki, əksər hallarda feyklərin məqsədi təxribat olur.

"Çexiyalı jurnalist Fuçikin çağırışını yadda saxlamaq və diqqətli olmaq lazımdır. Peşəkar jurnalist hər şeyə şübhə ilə yanaşmalı və şübhə doğuran bütün məqamlara diqqət yetirməlidir. Bura infiormasiyanın məntiqsizliyi, onun həddən artıq səs-küylü şəkildə təqdim olunması, mənbəyinin olmaması daxildir", - deyə rusiyalı media eksperti bildirib.

Ekspert eyni zamanda jurnalistləri və KİV nümayəndələrini informasiyanın emalı zamanı məsuliyyəti yaddan çıxarmamağa, nə qədər vacib və "dəhşətli" görünməsinə baxmayaraq müxtəlif feykləri peşəkar müstəvidən kənarda yaymamağa çağırıb.

© Sputnik / Murad Orujov
Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir

Yardım qismində ekspert faktların yoxlanması üçün müxtəlif alətlərdən istifadə etməyi tövsiyə edib. Onun sözlərinə görə, bunun üçün rəsmi saytlar, internetdə olan müxtəlif şəkillərin, videoların ilkin variantının axtarılıb tapılması üçün müxtəlif vasitələrdən istifadə etmək olar.

"Xəbər nə qədər vacib və dəhşətli görünsə də, hətta siz öz fikrinizi bildirirsinizsə də, onu yaymaq, feykyayanlar zəncirinin həlqəsi olmaq lazım deyil. Xəbərin tarixi kimi sadə bir şey hər şeyin üstünü aça bilər. Yadda saxlamaq lazımdır ki, bu gün köhnə xəbərlərin yayılması üçün geniş imkanlar var: sosial şəbəkələrdə hər şeyi dəfələrlə yenidən dərc etmək olar", - deyə Şafir qeyd edib.

© Sputnik / Murad Orujov
Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir

SputnikPro – Rusiyanın ən yaxşı media menecerləri, KİV sahəsində böyük təcrübəyə malik aparıcı mütəxəssisləri tərəfindən ustad dərslərinin verildiyi genişmiqyaslı yeganə proqramdır.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində təşkil olunub. 2018-ci ilin mart ayından indiyə kimi layihədə iki mindən artıq jurnalist, media meneceri, PR mütəxəssisi, mətbuat xidməti əməkdaşı, bloger və müvafiq fakültələrdə təhsil alan tələbələr iştirak ediblər.

Bu maarifçilik layihəsi ilə bağlı yenilikləri aşağıdakı "Facebook" səhifəsindən izləmək olar: https://www.facebook.com/SputnikProject/

Həmçinin oxuyun:

Saxta xəbərləri yaymaqda məqsəd nədir? - Timur Şafir danışır

SputnikPro: "feyk-nyus" nədir və onunla necə mübarizə aparmalı

91