Azərbaycan hərbçiləri Bakıda paradda

Azərbaycan SQ mövcud hərbi əməliyyatlar konsepsiyasında ciddi dəyişikliklərə səbəb olub

6481
(Yenilənib 10:41 26.06.2021)
Hərbi ekspert deyir ki, bir çox qərb ölkələrində Azərbaycan Ordusunun yüksək döyüş potensialının səbəb və nəticələrini araşdırmağa çalışırlar.

 

BAKI, 26 iyun — Sputnik. Bu gün şanlı Silahlı Qüvvələrimiz ilk dəfədir ki, yaradılmasının 103-cü ildönümünü qalib Silahlı Qüvvələr kimi qeyd edir. Bu qələbənin əldə edilməsində Ali Baş Komandanın rəhbərliyi ilə güclü ordu və dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması mühüm rol oynayıb.

Dövlətimizdə hər il ordunun güclənməsi, müdafiə və təhlükəsizlik sahəsində potensialımızın artırılması üçün kifayət qədər böyük vəsaitlərin də xərclənməsinə şərait yaradılıb. Azərbaycan həm də yerli müdafiə sənayesinin yaradılması, müxtəlif tərəfdaş ölkələrlə hərbi-texniki sahədə əməkdaşlıq etməklə Silahlı Qüvvələrimizin ən müasir silahlarla təchizatına nail oldu. Bu təchizat isə sonda həm Azərbaycan Ordusunun 44 günlük müharibədə qələbə qazanması, həm də dünyanın ən güclü orduları sırasına qatılması ilə nəticələndi. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev 26 iyun – Azərbaycan Silahlı Qüvvələrinin 103-cü illiyi ilə bağlı açıqlamasında bildirib.

Ədalət Verdiyev vurğulayıb ki, Vətən müharibəsində Azərbaycan xalqının Silahlı Qüvvələrə inamı, ona verdiyi dəstək də çox mühüm əhəmiyyət daşıdı: "Silahlı Qüvvələrimizin bu müharibədə qələbə qazanması üçün, hər bir vətəndaşımız bu müqəddəs mübarizəyə öz dəstəyini vermək üçün əlindən gələni etməyə çalışdı.

On minlərlə insanımızın səfərbərlik şöbələrinin qarşısında növbəyə düzüldüyünü yaxşı xatırlayıram. Cəbhəyanı ərazilərdə yaşayan insanlarımız əsgərlərin hər bir işində onlara dəstək verdi, silah-sursat yüklənməsindən, ərzaq yardımı, yemək, geyimə qədər - kimin əlindən nə gəldisə, onu elədi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız üçün əsl bayrama çevrildi.

Silahlı Qüvvələrimiz ona verilən bütün tapşırıqları, döyüş vəzifələrini şərəflə, dəqiqliklə və vaxtında yerinə yetirir. Silahlı Qüvvələrimizin şəxsi heyəti döyüş əməliyyatlarında göstərdiyi qəhrəmanlıqlarla özünün qalib ordu obrazını dünya ictimaiyyətinə qəbul etdirdi. Qələbənin əldə olunmasında şəhidlərimizin müstəsna xidmətləri oldu".

Hərbi ekspert qeyd edib ki, Vətən torpağından ötrü canı və qanını əsirgəməyən Azərbaycan oğulları Azərbaycan tarixinin yeni bir səhifəsini açdılar: "Bu səhifədə Azərbaycan xalqının adı həmin şəhidlərimizin qanı ilə və böyük hərflərlə yazıldı. Silahlı Qüvvələrimizin şəxsi heyətinin bu müharibədə göstərdiyi qəhrəmanlıqlar hər bir vətəndaşımız üçün, xüsusi ilə gənclərimiz üçün bir örnək oldu. İnsanın qanını donduran şəhid dəfnlərində şəhidlərimizin valideynləri və yaxınları "Vətən sağ olsun!" ifadələri ilə əslində erməni işğalçılarına daha sarsıdıcı zərbələr endirdilər.

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində döyüş təcrübəsi, əməliyyatların müzakirəsi bir çox qərb dövlətlərində - ABŞ-da, Almaniyada, Britaniyada, Rusiyada, eyni zamanda bu ölkələrin hərbi dairələri, hərbi ekspertləri, nüfuzlu beyin mərkəzləri tərəfindən hələ də davam etdirilir. Azərbaycan Ordusunun yüksək döyüş potensialının səbəb və nəticələrini araşdırmağa çalışırlar.

Biz bu müharibədə bir çox ilklərə imza atdıq. Bunları sadalamaq uzun vaxt alar. Lakin ümumilikdə Azərbaycanın apardığı 44 günlük müharibə mövcud hərbi əməliyyatlar konsepsiyasında ciddi dəyişikliklərə səbəb oldu".

Ədalət Verdiyev vurğulayıb ki, bu gün regionun və coğrafiyamızın bütün mövcud kartlarının yenidən paylanmasını şərtləndirən Azərbaycan Silahlı Qüvvələrinin 103-cü və qalib kimi qeyd etdiyi ilk il dönümüdür: "Bu münasibətlə mən Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini, başda Ali Baş Komandan olmaqla xalqımızı, ürəyi Azərbaycanla döyünən hər bir şəxsi bu bayram münasibəti ilə təbrik edirəm. Yaşasın Silahlı Qüvvələrimiz! Yaşasın Azərbaycan!"

Eləcə də oxuyun:

  • Oğlumun baş daşını qucaqlayıb bayramını təbrik edəcəyəm - Şəhid anası hər kəsi kövrəltdi

  • Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı sənədi imzalayacaq

  • Mədət Quliyev Belarusda mühüm görüşlər keçirir

  • Havada, dənizdə və quruda – bu, Azərbaycan hərbçiləri üçün unikal şansdır

6481
Teqlər:
Azərbaycan Ordusu, Azərbaycan Silahlı Qüvvələri, yaranma günü
Koronavirusa qarşı peyvənd vurulmasında dair sertifikat, arxiv şəkli

Azərbaycanda "Əks-göstəriş sertifikat"ı veriləcək

5
(Yenilənib 10:42 02.08.2021)
Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır.

 

BAKI, 2 avqust — Sputnik. "Azərbaycan Respublikasında "COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Avqust ayının 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərə "Əks-göstəriş sertifikat"ının verilməsinə başlanılır.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında belə deyilir.

Məlumatda qeyd olunur ki, "Əks-göstəriş sertifikat"ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa "Əks-göstəriş sertifikat"ı veriləcək.

"Əks-göstərişləri olmayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır.

Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır", - deəy məlumatda qeyd olunur.

Eləcə də oxuyun:

5
Teqlər:
vaksin, vaksinasiya, COVID-19 pasportu, sertifikat
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
 Eldəniz Səlimov

Bu gün Milli Məclis Eldəniz Səlimovun işinə baxacaq

7
(Yenilənib 10:32 02.08.2021)
Milli Məclis sədri Sahibə Qafarova 53 deputatının tələbi ilə parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

BAKI, 2 avqust — Sputnik. Milli Məclisin İntizam Komissiyasının bu gün keçiriləcək iclasında deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi məsələsinə baxılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisdən məlumat verilib. Məlumata görə, bu barədə Milli Məclisə təqdimat baş prokuror Kamran Əliyev tərəfindən daxil olub.

Rəsmi məlumata əsasən, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib. Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb. Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Milli Məclis sədri Sahibə Qafarova 53 deputatının tələbi ilə parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiyanın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.

Qeyd edək ki, hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Eləcə də oxuyun:

7
Teqlər:
deputat, Milli Məclis, komissiya, iclas, toxunulmazlıq