CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Reza Deqati Qarabağ barədə yeni layihəsindən xəbər verib - VİDEO

© Sputnik / Murad OrujovXocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il
Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Abunə olmaq
"Karabakh By Drone" adlı yeni layihədə adından da göründüyü kimi Qarabağda pilotsuz uçuş aparatlarından çəkilən görüntülər əks olunub.

BAKI, 22 iyun — Sputnik. Məşhur fotoqraf Reza Deqati Qarabağ barədə yeni layihə hazırlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabından xəbər verib. "Karabakh By Drone" adlı yeni layihədə adından da göründüyü kimi Qarabağda pilotsuz uçuş aparatlarından çəkilən görüntülər əks olunub.

O, yeni layihəsində dronlar barədə yaxşı məlumatlı olan Vahid Həsənovdan yardım aldığını vurğulayıb.

Qeyd edək ki, Reza Deqati 40 ildən çoxdur, dünyanı gəzib-dolaşır. O, Qarabağda dəfələrlə olub. Qarabağ gerçəkliklərini dünyaya çatdırıb. Məşhur fotoqraf Azərbaycanın işğaldan azad olunmuş bir çox bölgələrində - Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər rayonlarında fotolar çəkib. O, bundan başqa, Bərdədə və Gəncədə baş verən erməni terrorunu fotoları vasitəsilə dünyaya yayıb. Bundan başqa, otuzdan çox kitabın müəllifi olan Deqati 20 Yanvar gecəsi ilə bağlı "Məsumların qırğını" (The Massacre of the Innocents) adlı kitab dərc edib.

O, bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin "Şərəf" medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə "Mühacirin düşüncələri", "Kəsişən talelər", Vaşinqtonda "Bir dünya, bir tayfa", Normandiyada "Müharibə+Sülh" və Dohada "Ümid" adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısıdır.

Xəbər lenti
0