Qırmızı Xaç komitəsinin avtomobili, arxiv şəkli

Ombudsman nümayəndələri BQXK-nin təmsilçiləri ilə görüşüblər

12
(Yenilənib 17:13 22.06.2021)
Bu səmərəli əməkdaşlıq çərçivəsində mütəmadi olaraq adları BQXK tərəfindən təqdim edilən və penitensiar müəssisələrdə saxlanılan şəxslər həyata keçirilən başçəkmələr zamanı qəbul edilib, onların müxtəlif müraciətləri alınıb.

BAKI, 22 iyun — Sputnik. Ombudsman Aparatında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) regional nümayəndəliyinin Həbsxana sistemləri üzrə məsləhətçisi Zoya Xasia və həmin təşkilatın Azərbaycan nümayəndəliyinin əməkdaşı Elem Xairullin qəbul edilib.

Bu barədə Sputnik Azərbaycan-a Ombudsman Aparatından məlumat verilib.

Görüşdə Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri – Vüqar Heydərov, Cavidan Qorçiyev, Əli Heybətov və Aparatın İşgəncələrin qarşısının alınması şöbəsinin sektor müdiri Elmin Cəfərov iştirak edib. Qonaqlara Ombudsmanın Milli Preventiv Mexanizm qismində həyata keçirilmiş fəaliyyəti barədə ətraflı məlumat verilib, irəli sürülmüş təklif və tövsiyələr, əməkdaşlıq perspektivləri müzakirə edilib, müxtəlif suallar cavablandırılıb.

Görüşdə MPQ və onun yeni tərkibi, həmçinin həyata keçirilmiş fəaliyyət istiqamətləri diqqətə çatdırılıb. Pandemiya şəraitində mövcud çağırışlar və şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə həyata keçirilən başçəkmələr, eyni zamanda Ombudsman təsisatı ilə BQXK arasında səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edilib.

Bildirilib ki, bu səmərəli əməkdaşlıq çərçivəsində mütəmadi olaraq adları BQXK tərəfindən təqdim edilən və penitensiar müəssisələrdə saxlanılan şəxslər həyata keçirilən başçəkmələr zamanı qəbul edilib, onların müxtəlif müraciətləri alınıb.

Qonaqlar təmsil etdikləri təşkilatın mandatı çərçivəsində istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri, habelə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə həyata keçirdikləri monitorinqlər barədə məlumat verib.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşün sonunda gələcəkdə də mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

12
Teqlər:
görüş, BQXK, Ombudsman Aparatı
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid

Rəşad Məcid: “İndi çox xaotik bir vəziyyət yaranıb”

8
(Yenilənib 17:06 23.07.2021)
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib ki, informasiya texnologiyalarının inkişaf etməsilə media adına iddia edən çoxlu şəxslər və qurumlar ortaya çıxıb
Rəşad Məcid: “Belə xaotik vəziyyətdə kimin jurnalist olması sual altındadır”

“Media haqqında qanunlayihəsi KİV redaktorları ilə müzakirə olunub, eyni zamanda MEDİA agentliyi ilə ADA universitetinin birgə təşkilatçılığı ilə keçirilən təlimlərdə bu qanun layihəsinin müzakirəsi aparılıb”. Bunu Sputnik Azəbaycan-a açıqlamasında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib deyib.

O bildirib ki, yeni qanun layihəsinin hazırlanması labüd idi: “Ona görə ki, indi çox xaotik bir vəziyyət yaranıb. İnformasiya texnologiyalarının inkişaf etməsilə media adına iddia edən çoxlu şəxslər və qurumlar ortaya çıxıb. Belə xaotik vəziyyətdə kimin media qurumu və jurnalist olması sual altındadır. Çox güman ki, parlamentdə baxıldıqdan sonra yaxın illər üçün media haqqında qanun ən optimal variantlardan biri olacaq”.

Rəşad Məcidin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

8
Toy

Toylarda qonaq sayı gözlənilmir-Bu dəfə işə vergi işçiləri qarışdı

177
(Yenilənib 14:15 25.07.2021)
Qida Təhlükəsizliyi agentliyinin və ərazi üzrə vergilər idarəsinin əməkdaşlarının da iştirakı etdiyi tədbirdə şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların COVID-19 pasportları da yoxlanılıb.

BAKI, 25 iyul — Sputnik. Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində profilaktiki tədbirlər keçiriblər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirlər zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb.

Qida Təhlükəsizliyi agentliyinin və ərazi üzrə vergilər idarəsinin əməkdaşlarının da iştirakı etdiyi tədbirdə şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların COVID-19 pasportları da yoxlanılıb. Qonaqlar arasında peyvənd olunmayan şəxslər isə məclislərə buraxılmayıb.

Sonda şöbə əməkdaşları vaksinasiyadan keçməyən vətəndaşlarla profilaktiki söhbətlər apararaq mövcud qaydalara riayət etmələrinin vacibliyi çatdırıblar.

Xatırladaq ki, dünən Beyləqan Rayon Polis Şöbəsinin və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarına riayət olunması məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyənləşdirilib.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a bildiriblər ki, yoxlamalar zamanı Baharabad qəsəbəsində, Bünyadlı və Yuxarı Kəbirli kəndlərində üç fərdi evdə keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb. Qayda pozuntularına yol vermiş şəxslərlə profilaktiki söhbətlər aparılıb. Üç nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Ağcabədi rayonunda isə şadlıq sarayında keçirilən toyda pandemiya tələblərinin pozulduğu müəyyən edilib. Avşar kəndi ərazisində yerləşən “Kral” şadlıq sarayında keçirilən toy mərasimində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb. Restorana cavabdeh şəxs olan M.Cəfərov bir neçə dəfə bu cür qayda pozuntusuna yol verdiyindən onun barəsində Ağcabədi RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılaraq araşdırma aparılır.

Şənlik mərasimlərini qaydalara uyğun keçirmək vacibdir

Qeyd edək ki, şənlik mərasimlərinin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələri tərəfindən gündəlik monitorinqlər davam etdirilir. Monitorinqlər zamanı şənlik mərasimlərinin keçirildiyi bəzi məkanlarda sıxlığın normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun olmaması, icaze.gov.az portalına məlumatların düzgün daxil edilməməsi, işçi heyətin fərdi qoruyucu vasitələrlə təmin olunmaması kimi pozuntular qeydə alınıb.

İyulun 22-dək aparılan monitorinqlər zamanı bəzi obyektlərdə keçirilən şənlik mərasimlərində 112 minə yaxın qonağın müvafiq sənədləri araşdırılıb, onların bir hissəsində nöqsanlar aşkar edilib. Nəzarət tədbirlərində toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparıb və Operativ Qərargahın müəyyən etdiyi qayda və tələblərə ciddi riayət olunmasının vacibliyi izah edilib. Nöqsanların aşkar olunduğu məkanlarda pozuntular aradan qaldırılıb, toy mərasiminin qaydalara uyğun keçirilməsi təmin olunub və yeni ailə quranlara hədiyyələr təqdim olunub. Qeyd edək ki, indiyədək 900-dən çox obyektdə şənlik mərasimlərinə nəzarət həyata keçirilib.

Şənlik mərasimləri təşkil edən obyekt sahiblərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) düzgün daxil edilməldir. Şənlik və məkan sahibləri müəyyən edilmiş qaydalara və şərtlərə tam əməl etməli, işçi heyətin vaksinləşməsinə və zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsinə xüsusi diqqət yetirməlidirlər.

Həmçinin oxuyun:

Azərbaycanda iyulun 1-dən toy və nişanlara icazə verildi

Azərbaycanda toylara icazə verildi: nələri bilməliyik

Toyların keçiriləcəyi restoranların diqqətinə: Bunları bilməniz vacibdir

Azərbaycan toylarının "olmazsa, olmaz"ı menyudan silinir: şadlıq evlərindən yeni şərtlər

Qaydalara məhəl qoymayan şadlıq evinin sahibinə cinayət işi açıldı

177

Bir il gecikən açılış, prezidentin qətli, milyarderin göyə uçusu