Milli Məclisin iclası, arxiv şəkli

Milli Məclisin növbədənkənar iclası keçirilir

23
(Yenilənib 11:14 22.06.2021)
"Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Əmək pensiyaları haqqında" və digər qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.

BAKI, 22 iyun — Sputnik. Bu gün Milli Məclisin növbədənkənar iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib.

Həmin məsələlər bunlardır:

1. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

2. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Qanun, qan komponentlərinin donorluğu və qan xidməti haqqında", "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında", "Onkoloji yardım haqqında", "Sosial xidmət haqqında", "Mədəniyyət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Məktəbəqədər təhsil haqqında", "Məşğulluq haqqında" və "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Sosial sığorta haqqında", "Polis haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında", "Sığorta fəaliyyəti haqqında", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" və "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Uşaq hüquqları haqqında", "Yol hərəkəti haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Avtomobil yolları haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Psixiatriya yardımı haqqında", "İcbari sığortalar haqqında" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. "Dövlət qulluğu haqqında", "Dövlət rüsumu haqqında", "İcra haqqında", "Gənclər siyasəti haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. "Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

9. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

10. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

12. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

13. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

14. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Milli Məclisin 2021-ci il yaz sessiyası başa çatıb

Qeyd edək ki, Milli Məclisin 2021-ci il yaz sessiyası başa çatıb. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Lakin yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar xüsusi sessiyasının çağrılıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Növbədənkənar sessiya başa çatdıqdan sonra isə deputatlar iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar.

23
Heydər Əliyev aeroportu, arxiv şəkli

Vətəndaşlar pandemiyadan əvvəl aldıqları səyahət biletlərinin pulunu geri ala bilmirlər

1599
Şikayətlərdə bunun səbəbi əsasən səyahət edəcəkləri ölkələrə uçuş marşrutunun dəyişdirilməsi ilə əlaqələndirilir.

BAKI, 26 iyul — Sputnik. Hələ 2020-ci ildə müxtəlif xarici ölkələrə səyahət üçün turpaket alan Azərbaycan vətəndaşlarının bir qismi bu günədək turizm şirkətlərinə ödədikləri məbləği geri ala bilmirlər. Bu barədə sosial platformada vətəndaşlar mütəmadi olaraq narazılıqlarını ifadə edən statuslar paylaşır. Şikayətlərdə bunun səbəbi əsasən səyahət edəcəkləri ölkələrə uçuş marşurutunun dəyişdirilməsi ilə əlaqələndirilir.

Turizm şirkətlərindən birindən Misirə turpaket alan müştəri hələ 2020-ci ilin əvvəlində bunun üçün turizm şirkətlərindən birinə 700 manat ödəyib. Turpaketin qiymətinin 30 faizini ödəyən vətəndaş 2400 manatın yerdə qalan hissəsini isə səyahət edəcəyi təqdirdə ödəyəcəkmiş. Koronavirus pandemiyasına görə hava sərhədləri bağlandığından onun Misir səfəri təxirə düşüb. Amma indiyədək turizm şirkəti ödədiyi vəsaiti vətəndaşa geri qaytarmayıb. Buna da səbəb kimi Bakıdan Misirə birbaşa uçuşların dayandırılması göstərilib. Bu gün Azərbaycandan xarici ölkələrə səyahət üçün aviabilet alan vətəndaşlar da eyni problemi yaşayır. Onlar arasında da biletlərinin dəyərini geri ala bilməyənlər az deyil. Sputnik Azərbaycan problemin həlli yollarını araşdırıb.

Əlaqə saxladığımız turizm şirkətlərindən Sputnik Azərbaycan-a bildiriblər ki, pandemiya səbəbindən bəzi ölkələrə aviareyslər dayandırılıb. Bu isə müştərinin aldığı turpaketklə həmin ölkələrə səyahət imkanını çətinləşdirib.

Aviareyslərin dayandırılması turpaketlərin qiymətini də bahalaşdırıb...

"Delta travel" turizm şirkətindən bildirdilər ki, onlar müştərilərin çoxunun turpaket üçün ödədiyi vəsaiti geri qaytarıb. Amma bəzi aviaşirkətlər bilet dəyərini geri qaytarmadığından, onlar da müştərinin pulunu geri qaytara bilmir. Amma turizm şirkətləri turpaket alan müştərilərinə səyahət üçün başqa variantlar da təklif edirlər. Məsələn Misirə turpaket alan müştərilərə hazırda turizm şirkətləri İstanbul üzərindən səyahət imkanı yaradır. Turizm şirkətlərindən bildirdilər ki, Azərbaycandan Misirə birbaşa uçuş olmadığından, onlar müştərilərə İstanbul üzərindən səyahət təklif edirlər. Amma bu zaman müştəri əlavə vəsait ödəməlidir.

Belə ki, 2020-ci ilin yanvarında iki nəfər üçün Misirə 2400 manata turpaket alan müştəri indi bunun üçün 2100 ABŞ dolları ödəməlidir. Çünki uçuşun birbaşa həyata keçirilməməsi turpaketin qiymətini bahalaşdırıb.

O ki qaldı pandemiyadan əvvəl xarici ölkələrə səyahət üçün alınan aviabiletlərin dəyərinin qaytarılmasına, "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) sorğumuza cavabda bildirib ki, COVID-19 pandemiyasının yayılması ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin reyslərinə aviabiletlərin qaytarılması və dəyişdirilməsi qaydalarını tərtib edib.

COVID-19 pandemiyasının yayılması ilə əlaqədar hansı aviabiletlər qaytarılmalı və dəyişdirilməlidir?

2020-ci ilin 10 mart tarixindən 25 oktyabr tarixinədək uçuş dövrünü əhatə edən "AZAL" və "Buta Airways" aviaşirkətlərinin aviabiletləri ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər. Açıq tarixlə rəsmiləşdirilmiş aviabiletlər (konkret geri qayıdış tarixi qeyd edilməyən biletlər) istisnadır.

Aviabiletlərin qaytarılması və ya dəyişdirilməsi üçün hara müraciət etməyə gəlincə, AZAL-dan bildirdilər ki, bunun üçün callcenter@azal.az elektron poçtu vasitəsilə yazılı formada aviaşirkətin çağırış mərkəzinə və ya aviaşirkətin internet saytında əlaqə forması vasitəsilə müraciət etməyiniz xahiş olunur.

AZAL aviabiletlərin hansı tarixə dəyişdirilə biləcəyini də açıqlayıb. Bildirib ki, yeni uçuş tarixi ilkin aviabilet üzrə uçuş tarixindən sonrakı 24 aydan gec olmamalıdır. Sərnişinə təkcə uçuş tarixini deyil, tariflər arasında fərqin ödənilməsi şərtilə (həmin fərq mövcuddursa) uçuş istiqamətini də dəyişmək imkanı təqdim edilir. Bu halda arzu olunan tarixdə həmin istiqamət üzrə reysin yerinə yetirilib-yetirilmədiyi nəzərə alınır.

O ki, qaldı aviabileti dəyişməyib ödənilən pulun geri alılnasına, AZAL-dan bildridilər ki, alternativ olaraq, AZAL həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul sənədi (EMD) təklif edir. Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən iki il ərzində istifadə etmək mümkündür. Vauçer "AZAL" və "Buta Airways" aviaşirkətlərinin bütün istiqamətlərində etibarlıdır. Vauçerin kodu sərnişinin elektron poçtuna göndəriləcək. Həmin kod aviaşirkətin rəsmi kassalarında və agentliklərində aviabiletin alışı zamanı təqdim edilə bilər.

Məlumat üçün bildirək ki, bu günədək isə Azərbaycan 10-a yaxın ölkə ilə hava əlaqəsini bərpa edib. Bunlar Türkiyə, Rusiya, ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətərdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 5 iyunda imzaladığı qərarından sonra 10 iyun tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq, Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşlarının hava yolu ilə Azərbaycan ərazisinə səfərinə icazə verilib. Həmin qərara əsasən, yaşı 18-dən yuxarı olan sərnişinlər tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması şərti ilə ölkəmizə səfər edə bilərlər.

Həmçinin 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədi təqdim olunmalıdır. Eyni zamanda, 10 iyundan başlayaraq Azərbaycana daxil olmaq üçün bütün 1 yaşdan yuxarı olan sərnişinlərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır. 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur. Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar. Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin təyyarə ilə geri qaytarılır.

İyunun 21-dən isə ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətər vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə verilib.

Həmçinin oxuyun:

TƏBİB-dən səyahət edənlərə çağırış

Pandemiya Azərbaycanda səyahət və yay istirahətləri planına necə təsir edir?

Koronavirussuz səyahət: hələlik PZR testlə, tezliklə peyvənd pasportu ilə

1599
Qəza, arxiv şəkli

Bakıda təkərin partlayaraq iki nəfəri ağır yaralamasının GÖRÜNTÜLƏRİ

1716
(Yenilənib 22:18 26.07.2021)
Adi ehtiyatsızlıq paytaxtın Nərimanov rayonunda iki vətəndaşın ağır şəkildə yaralanmasına səbəb olub.

BAKI, 26 iyul — Sputnik. Bakıda təkərin partlaması iki nəfərin yaralanmasına səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə iyulun 23-də Nərimanov rayonu, Ə.Qayıbov küçəsində baş verib.

Yük avtomobilinin təkərinə atmosfer vurularkan yanlışlığa yol verildiyindən təkər havaya uçub. Onun diski isə yaxınlıqda kafedə əyləşmiş insanların masasına düşüb.

Hadisə nəticəsində iki nəfərin ağır xəsarətlər aldığı bildirilir.

1716

Londonun su batmış küçələri