Toy, arxiv şəkli

Azərbaycanda iyulun 1-dən toy nişanlara icazə verildi

8303
(Yenilənib 10:37 22.06.2021)
Hökumətin qərarı ilə ölkə ərazisində toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilsə də, qərarda maraqlı məqamlar çoxdur.

BAKI, 22 iyun — Sputnik. "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olmalı, 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunacaq.

"Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

"2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunur.";

2.5-1.1-ci və 2.5-2-ci bəndlərə "daimi yaşayan" sözlərindən sonra "digər ölkə vətəndaşlarına, habelə" sözləri əlavə edilsin;

aşağıdakı məzmunda 2.5-3-cü bənd əlavə edilsin:

"2.5-3. 2021-ci il 1 iyul tarixindən aşağıdakı tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir: 2.5-3.1. şənlik mərasimləri "İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər"də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı

150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir;

2.5-3.2. 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur;

2.5-3.3. 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVİD-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur;

2.5-3.4. şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) bu Qərarın 2.4-cü bəndinin tələblərinə cavab verməlidir;

2.5-3.5. şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir;

2.5-3.6. şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları "icaze.e-gov.az" portalına daxil etməlidir;

2.5-3.7. şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən "icaze.e-gov.az" portalına daxil edilməlidir;

2.5-3.8. bu Qərarın 2.5-3.1-2.5-3.7-ci bəndlərinin tələbləri pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır;

2.5-3.9. ictimai iaşə obyektlərində monitorinqlər, habelə 50 nəfərdən

150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində

koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir;

2.5-3.10. "icaze.e-gov.az" portalı ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.".

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Qərardan irəli gələn zəruri tədbirlərin görülməsini təmin etsinlər.

"Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddələr 1209, 1231, № 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, № 11, maddələr 1387, 1394, № 12, maddələr 1588, 1592, 1612; 2021, № 1, maddələr 92, 106; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 3 mart tarixli 48 nömrəli, 19 mart tarixli 71, 72 nömrəli,

19 aprel tarixli 100 nömrəli və 26 may tarixli 151 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1.1.10-cu yarımbənddən "və ictimai iaşə məkanlarının" sözləri çıxaılsın;

3.2. 1.1.2-ci, 1.1.2-1-ci, 1.1.6-cı, 1.1.13-cü, 1.2.1-ci, 1.2.4-cü, 1.2.6-cı

yarımbəndlər və 1.3-cü bənd ləğv edilsin.

8303
Mövzu:
Azərbaycanda toylar (34)
Heydər Əliyev aeroportu, arxiv şəkli

Vətəndaşlar pandemiyadan əvvəl aldıqları səyahət biletlərinin pulunu geri ala bilmirlər

1592
Şikayətlərdə bunun səbəbi əsasən səyahət edəcəkləri ölkələrə uçuş marşrutunun dəyişdirilməsi ilə əlaqələndirilir.

BAKI, 26 iyul — Sputnik. Hələ 2020-ci ildə müxtəlif xarici ölkələrə səyahət üçün turpaket alan Azərbaycan vətəndaşlarının bir qismi bu günədək turizm şirkətlərinə ödədikləri məbləği geri ala bilmirlər. Bu barədə sosial platformada vətəndaşlar mütəmadi olaraq narazılıqlarını ifadə edən statuslar paylaşır. Şikayətlərdə bunun səbəbi əsasən səyahət edəcəkləri ölkələrə uçuş marşurutunun dəyişdirilməsi ilə əlaqələndirilir.

Turizm şirkətlərindən birindən Misirə turpaket alan müştəri hələ 2020-ci ilin əvvəlində bunun üçün turizm şirkətlərindən birinə 700 manat ödəyib. Turpaketin qiymətinin 30 faizini ödəyən vətəndaş 2400 manatın yerdə qalan hissəsini isə səyahət edəcəyi təqdirdə ödəyəcəkmiş. Koronavirus pandemiyasına görə hava sərhədləri bağlandığından onun Misir səfəri təxirə düşüb. Amma indiyədək turizm şirkəti ödədiyi vəsaiti vətəndaşa geri qaytarmayıb. Buna da səbəb kimi Bakıdan Misirə birbaşa uçuşların dayandırılması göstərilib. Bu gün Azərbaycandan xarici ölkələrə səyahət üçün aviabilet alan vətəndaşlar da eyni problemi yaşayır. Onlar arasında da biletlərinin dəyərini geri ala bilməyənlər az deyil. Sputnik Azərbaycan problemin həlli yollarını araşdırıb.

Əlaqə saxladığımız turizm şirkətlərindən Sputnik Azərbaycan-a bildiriblər ki, pandemiya səbəbindən bəzi ölkələrə aviareyslər dayandırılıb. Bu isə müştərinin aldığı turpaketklə həmin ölkələrə səyahət imkanını çətinləşdirib.

Aviareyslərin dayandırılması turpaketlərin qiymətini də bahalaşdırıb...

"Delta travel" turizm şirkətindən bildirdilər ki, onlar müştərilərin çoxunun turpaket üçün ödədiyi vəsaiti geri qaytarıb. Amma bəzi aviaşirkətlər bilet dəyərini geri qaytarmadığından, onlar da müştərinin pulunu geri qaytara bilmir. Amma turizm şirkətləri turpaket alan müştərilərinə səyahət üçün başqa variantlar da təklif edirlər. Məsələn Misirə turpaket alan müştərilərə hazırda turizm şirkətləri İstanbul üzərindən səyahət imkanı yaradır. Turizm şirkətlərindən bildirdilər ki, Azərbaycandan Misirə birbaşa uçuş olmadığından, onlar müştərilərə İstanbul üzərindən səyahət təklif edirlər. Amma bu zaman müştəri əlavə vəsait ödəməlidir.

Belə ki, 2020-ci ilin yanvarında iki nəfər üçün Misirə 2400 manata turpaket alan müştəri indi bunun üçün 2100 ABŞ dolları ödəməlidir. Çünki uçuşun birbaşa həyata keçirilməməsi turpaketin qiymətini bahalaşdırıb.

O ki qaldı pandemiyadan əvvəl xarici ölkələrə səyahət üçün alınan aviabiletlərin dəyərinin qaytarılmasına, "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) sorğumuza cavabda bildirib ki, COVID-19 pandemiyasının yayılması ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin reyslərinə aviabiletlərin qaytarılması və dəyişdirilməsi qaydalarını tərtib edib.

COVID-19 pandemiyasının yayılması ilə əlaqədar hansı aviabiletlər qaytarılmalı və dəyişdirilməlidir?

2020-ci ilin 10 mart tarixindən 25 oktyabr tarixinədək uçuş dövrünü əhatə edən "AZAL" və "Buta Airways" aviaşirkətlərinin aviabiletləri ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər. Açıq tarixlə rəsmiləşdirilmiş aviabiletlər (konkret geri qayıdış tarixi qeyd edilməyən biletlər) istisnadır.

Aviabiletlərin qaytarılması və ya dəyişdirilməsi üçün hara müraciət etməyə gəlincə, AZAL-dan bildirdilər ki, bunun üçün callcenter@azal.az elektron poçtu vasitəsilə yazılı formada aviaşirkətin çağırış mərkəzinə və ya aviaşirkətin internet saytında əlaqə forması vasitəsilə müraciət etməyiniz xahiş olunur.

AZAL aviabiletlərin hansı tarixə dəyişdirilə biləcəyini də açıqlayıb. Bildirib ki, yeni uçuş tarixi ilkin aviabilet üzrə uçuş tarixindən sonrakı 24 aydan gec olmamalıdır. Sərnişinə təkcə uçuş tarixini deyil, tariflər arasında fərqin ödənilməsi şərtilə (həmin fərq mövcuddursa) uçuş istiqamətini də dəyişmək imkanı təqdim edilir. Bu halda arzu olunan tarixdə həmin istiqamət üzrə reysin yerinə yetirilib-yetirilmədiyi nəzərə alınır.

O ki, qaldı aviabileti dəyişməyib ödənilən pulun geri alılnasına, AZAL-dan bildridilər ki, alternativ olaraq, AZAL həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul sənədi (EMD) təklif edir. Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən iki il ərzində istifadə etmək mümkündür. Vauçer "AZAL" və "Buta Airways" aviaşirkətlərinin bütün istiqamətlərində etibarlıdır. Vauçerin kodu sərnişinin elektron poçtuna göndəriləcək. Həmin kod aviaşirkətin rəsmi kassalarında və agentliklərində aviabiletin alışı zamanı təqdim edilə bilər.

Məlumat üçün bildirək ki, bu günədək isə Azərbaycan 10-a yaxın ölkə ilə hava əlaqəsini bərpa edib. Bunlar Türkiyə, Rusiya, ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətərdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 5 iyunda imzaladığı qərarından sonra 10 iyun tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq, Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşlarının hava yolu ilə Azərbaycan ərazisinə səfərinə icazə verilib. Həmin qərara əsasən, yaşı 18-dən yuxarı olan sərnişinlər tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması şərti ilə ölkəmizə səfər edə bilərlər.

Həmçinin 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədi təqdim olunmalıdır. Eyni zamanda, 10 iyundan başlayaraq Azərbaycana daxil olmaq üçün bütün 1 yaşdan yuxarı olan sərnişinlərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır. 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur. Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar. Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin təyyarə ilə geri qaytarılır.

İyunun 21-dən isə ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətər vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə verilib.

Həmçinin oxuyun:

TƏBİB-dən səyahət edənlərə çağırış

Pandemiya Azərbaycanda səyahət və yay istirahətləri planına necə təsir edir?

Koronavirussuz səyahət: hələlik PZR testlə, tezliklə peyvənd pasportu ilə

1592
Qəza, arxiv şəkli

Bakıda təkərin partlayaraq iki nəfəri ağır yaralamasının GÖRÜNTÜLƏRİ

1708
(Yenilənib 22:18 26.07.2021)
Adi ehtiyatsızlıq paytaxtın Nərimanov rayonunda iki vətəndaşın ağır şəkildə yaralanmasına səbəb olub.

BAKI, 26 iyul — Sputnik. Bakıda təkərin partlaması iki nəfərin yaralanmasına səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə iyulun 23-də Nərimanov rayonu, Ə.Qayıbov küçəsində baş verib.

Yük avtomobilinin təkərinə atmosfer vurularkan yanlışlığa yol verildiyindən təkər havaya uçub. Onun diski isə yaxınlıqda kafedə əyləşmiş insanların masasına düşüb.

Hadisə nəticəsində iki nəfərin ağır xəsarətlər aldığı bildirilir.

1708

Londonun su batmış küçələri