Сотрудники  Службы государственной безопасности Азербайджана, фото из архива

DİN DTX Xocalıda əməliyyat keçirdi

2117
(Yenilənib 18:20 20.06.2021)
“Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Çanaqçı kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

BAKI, 20 iyun — Sputnik. Xocalı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Çanaqçı kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə, RPŞ və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 1 690 kiloqramdan artıq olan, 2 800 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

19 iyun

14:18

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Daşaltı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,6 tondan artıq olan 2437 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Qubadlı Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əliquluuşağı kəndi ərazisində yabanı halda bitmiş 2,9 tondan artıq çəkidə 5630 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Yevlax stansiyası Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonunun Uzuntala kəndi ərazisində dəmir yolunun kənarında yabanı halda bitmiş çəkisi 3,2 ton olan 3780 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

2117
CoronaVac

TƏBİB-dən vaksinlə bağlı daha bir məlumat

4
(Yenilənib 17:50 29.07.2021)
TƏBİB bildirir ki, bu tibb müəssisəsində peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərir.

BAKI, 29 iyul — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 əleyhinə canlı növbə əsasında vaksinasiyanın davam etdiyini bildirib. TƏBİB-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, COVID-19 əleyhinə vaksinlərə əlçatanlığı təmin etmək məqsədilə "Yeni Klinika" Tibb müəssisəsində peyvəndləmə prosesi davam edir.  Tibb müəssisəsində “CoronaVac” və “Biontech/Pfizer” peyvəndləri vurulur. Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçirilir. Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.

Həmçinin oxuyun:

Ailə qurmazdan öncə vaksin olunun! - TƏBİB

Nazirlər Kabinetindən sərt qərar - Vaksin olunmayanlar bu yerlərə buraxılmayacaqlar!

QMİ dindarları vaksin olunmağa çağırıb

4
Zəncir, arxiv şəkli

İnsan alveri qurbanları arasında kişilər var - Rəsmi

8
(Yenilənib 17:18 29.07.2021)
Mərkəzdə 46 nəfər zərərçəkmiş şəxsə sosial xidmət göstərilib ki, onlardan 42-si qadın, 4-ü isə kişidir.

BAKI, 29 iyul — Sputnik. Azərbaycanda Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına yardım mərkəzində yardım alan insan alveri qurbanlarının sayı açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov məlumat verib. O bildirib ki, 30 iyul - İnsаn Аlvеrinə Qarşı Bеynəlхаlq Mübаrizə Günüdür.

İnsan alverinin təhlükəsi və fəsadları haqqında məlumatlılığın artırılması, bu cinayətlərlə mübarizədə daha geniş iştirakın təmini məqsədilə ölkəmizdə davamlı addımlar atılır: ”Bu günün Azərbaycanda qeyd edilməsi ölkəmizdə insan alverinə qarşı mübarizənin yüksək səviyyədə aparılmasının bariz nümunəsidir. Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına yardım mərkəzi də bu yöndə fəaliyyət göstərir. Burada insan alveri qurbanlarına sosial-hüquqi, psixoloji və tibbi yardımlar göstərilir.

Bu mərkəzimizdə 46 nəfər zərərçəkmiş şəxsə sosial xidmət göstərilib. Bunlardan 42-si qadın, 4 nəfəri isə kişidir”.

Həmçinin oxuyun:

Azərbaycanda insan alveri ilə məşğul olanların əksəriyyəti qadınlardır

BMT: İnsan alveri qurbanlarının 72 faizini qadınlar və qızlar təşkil edir

İnsan alveri qurbanlarına yardım mərkəzləri yaradılacaq

8