CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda açıq havada toyların keçirilməsi məsələsi müzakirə olunur

© AFP 2023 / INTI OCONСвадьба, фото из архива
Свадьба, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.06.2021
Abunə olmaq
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov COVID-19 infeksiyası ilə bağlı Azərbaycanda vəziyyəti dəyərləndirib və toylar barədə anons verib.

BAKI, 15 iyun — Sputnik. "Açıq hava şəraitində toyların keçirilməsi müzakirə olunur".

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Ş. Mövsümov bildirib ki, hazırda COVID-19 infeksiyası ilə bağlı Azərbaycanda vəziyyət stabildir: "Ölkədə vəziyyət daha da yaxşılaşmaya doğru gedir. Bununla belə, ölkəmizdən fərqli olaraq, dünyada COVID-19-la bağlı vəziyyət ürəkaçan deyil. Bəzi ölkələrdə pandemiyanın ikinci, üçüncü dalğası başlayıb. Buna görə də müzakirələrə ümumi vəziyyət nəzərə alınaraq aparılır".

Prezidentin köməkçisi qeyd edib ki, açıq hava şəraitində müəyyən sayda insanın iştirakı ilə toy mərasimlərinin keçirilməsi ehtimalı var: "Bununla bağlı da müzakirələr davam etdirilir".

Qadağaların yumşaldılması

Mayın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirərək xüsusi karantin rejiminin bəzi qaydalarının yumşaldılacağı barədə məlumat verdi. Bunlara görə, mayın 31-dən açıq havada maska qadağası götürüldü, 2020-ci il oktyabrın 19-dan bağlı olan metronun fəaliyyətinə icazə verildi. Həmçinin iyunun 10-dan müəyyən qaydalara riayət olunmaqla mall-ların, dini ibadət məkanlarının, idman zallarının, çimərliklərin işləməsi təmin olundu. 

Eləcə də oxuyun:

  • Bu gündən bu sahələrdə fəaliyyətə icazə verilir - Qaydalar

  • Məscidlər möminlərin üzünə açıldı - COVID-19 pasportsuz giriş yoxdur - REPORTAJ

  • Möhtəşəm başlanğıc: fitnes-klublar açılışa hazırlaşır

Xəbər lenti
0