Dövlət İmtahan Mərkəzinin binası

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının nəticələrini açıqladı

1152
Ümumi orta təhsil səviyyəsi üzrə iyunun 9-10-da keçirilmiş buraxılış imtahanlarının nəticələri məlum olub.

BAKI, 11 iyun — Sputnik. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 9-10 iyun 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2021/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 43638 nəfərdən 762 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 17 iyun tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 14-16 iyun tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur.

Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

 

1152
Koronavirus testləri, arxiv şəkli

Koronavirus cəbhəsində bu gün vəziyyət necədir? Bu günün statistikası

129
(Yenilənib 16:42 15.06.2021)
İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1 430 nəfərdir.

BAKI, 15 iyun - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1 430 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10316, ötən müddət ərzində isə ümumilikdə 3 637 889 test aparılıb.

129

İlham Əliyevin köməkçisi quru sərhədlərinin açılması məsələsinə aydınlıq gətirib

23
(Yenilənib 15:20 15.06.2021)
Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı məsələyə aydınlıq gətirib.

BAKI, 15 iyun — Sputnik. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı məsələyə aydınlıq gətirib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, prezidentin köməkçisi hazırda digər məsələlərdən fərqli olaraq quru sərhədlərinin açılması ilə bağlı məsələnin müzakirə olunmadığını bildirib.

Quru sərhədlərlə bağlı durum

Mətbuatda Azərbaycan iyunun 15-dən quru sərhədlərini açacağı ilə bağlı məlumat yayılıb. Məlumata görə, artıq Dövlət Gömrük Komitəsi (DGK) gömrük-keçid məntəqələrinin açılması ilə bağlı qonşu ölkələrin müvafiq qurumları ilə ilkin razılıq əldə edib. Bununla əlaqədar rəhbərlik Ərazi Baş Gömrük İdarələrinə tapşırıqlar verib və gələn həftə məntəqələrinin açılması üçün hazırlıqlara başlanılıb. Dövlət Gömrük Komitəsi (DGK) isə hələ ki, onlara belə bir qərarın daxil olmadığını bildirib.

Xatırladaq ki, NK-nın son qərarına əsasən, Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına 10 iyun tarixindən etibarən hava nəqliyyatı vasitəsilə ölkəmizə giriş-çıxışı aşağıdakı qaydalarla həyata keçirilir: yaşı 18-dən yuxarı olan şəxslər – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PZR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında ölkəmizə daxil ola bilərlər. 1-18 yaş arasında olan şəxslər isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PZR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında Azərbaycana gələ bilərlər.

 

 

23
Teqlər:
sərhəd

İlham Əliyev: Biz əməli-praktiki işlərlə Zəngəzur dəhlizini yaradırıq

0
Prezident İlham Əliyev Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələrin əksini tapdığını bildirib.

BAKI, 15 iyun - Sputnik. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşada təkbətək və geniş tərkibdə görüşlərdən sonra bəyanatla çıxış ediblər.

 

0