CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AVRO-2020 ilə əlaqədar iki nazirlik gücləndirilmiş iş rejiminə keçdi

© AP Photo / Darko VojinovicМужчина проходит рядом с официальным мячом, чемпионата Европы по футболу, фото из архива
Мужчина проходит рядом с официальным мячом, чемпионата Европы по футболу, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
Oyunların keçiriləcəyi günlərdə poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri keyfiyyətli və davamlı şəkildə təmin ediləcək

BAKI, 11 iyun — Sputnik. Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatı (AVRO-2020) ərəfəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) üzərinə düşən öhdəlikləri icra edib, müvafiq test işləri yekunlaşdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən məlumat verilib.

Məlumata görə, artıq oyunlar zamanı nəqliyyat, telekommunikasiya və poçt xidmətlərinin yüksək səviyyədə təşkilinə dair hazırlıq başa çatıb. Oyunların keçiriləcəyi günlərdə poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri keyfiyyətli və davamlı şəkildə təmin ediləcək.

Nəqliyyat xidmətləri ilə təminat məqsədilə nəqliyyat planı hazırlanıb. Eyni zamanda nazirliyə məxsus "Bakı Taksi Xidməti" MMC tələbata uyğun olaraq taksi xidməti təşkil edəcək.

Oyun günlərində müvafiq öhdəliklərin icrası nəzarətdə saxlanılacaq.

Fövqəladə Hallar Nazirliyi (FHN) də gücləndirilmiş iş rejiminə keçib.

Nazirlikdən bildirilib ki, qarşıdan gələn həftələrdə UEFA Avropa Çempionatının bir neçə oyunu Bakı şəhərində keçiriləcək.

Bununla əlaqədar olaraq fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən Nazirlikdə Qərargah yaradılıb.

Qeyd olunub ki, həmçinin, oyunlarla bağlı bir sıra yerlərdə, o cümlədən Bakı Olimpiya Stadionu, Dalğa Arena, Bakcell Arena, Tofiq Bəhramov adına Respublika Stadionu və qonaqların qalacağı otellərdə aidiyyəti təhlükəsizlik tədbirlərinə nəzarət edilməsi məqsədilə Nazirliyin əlaqədar qurumlarına müvafiq tapşırıqlar verilib, təhlükəsizlik müayinələri keçirilib, maarifləndirmə işləri aparılıb.

Bildirilib ki, bundan əlavə, baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. 12 iyunda Uels – İsveçrə (saat 17:00-da), 16 iyunda Türkiyə - Uels (saat 20:00), 20 iyunda Türkiyə - İsveçrə (saat 20:00) görüşləri təşkil olunacaq. 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək.

Onu da qeyd edək ki, Azərbaycanda keçiriləcək AVRO-2020-nin qrup oyunlarına gələcək azarkeşlər koronavirus pandemiyası səbəbindən karantinə alınmayacaq. Türkiyə, İsveçrə və Böyük Britaniyadan olan bilet sahibləri, həmçinin 1/4 final iştirakçılarının azarkeşləri vizaları Bakıya çatarkən hava limanında əldə edəcəklər. Onlar bu sənədi onlayn şəkildə də ala bilərlər. Standart vizalar onlayn rejimdə üç iş gününə alınırsa, bunu təcili şəkildə 3-5 saata həll etmək mümkün olacaq.

Bütün azarkeşlərə müvafiq qaydalara əməl etmək tövsiyə olunacaq. Azarkeşlər ölkəyə daxil olarkən sərhəddə bileti və koronavirus testinin mənfi nəticə göstərdiyini təsdiqləyən sənədi göstərməlidir. Stadiona giriş üçün əlavə testə ehtiyac olmayacaq. Koronavirus pandemiyası nəzərə alınaraq Bakıda fan-zonalar təşkil edilməyəcək. Bu, insanların bir yerə toplaşmaması üçündür.

Xəbər lenti
0