Məscidlər möminlərin üzünə açıldı - COVID-19 pasportsuz giriş yoxdur - REPORTAJ

1518
(Yenilənib 17:49 10.06.2021)
Əjdərbəy məscidində sübh namazında 46 nəfər iştirak edib. Məcsiddə iki məzhəb namazı qılınıb. Şiə və sünnilər sübh namazında iştirak ediblər.

BAKI, 10 iyun — Sputnik. "Şükür Allaha ki, bu gün ona öz evində ibadət etməyi mənə nəsib etdi. Mən bir mömin kimi bir ildən çoxdur ki, bu günü gözləyirdim. Məsciddə Allaha dua etmək, səcdə etmək və nəzirimi qoymaq üçün gəlmişəm", - deyə kövrəlir Rafiq Əliyev...

Rafiq Əliyev kimi bu gün neçə-neçə müsəlman zöhr namazını qılmaq üçün Əjdərbəy məscidinə (Göy məscid) gəlmişdi. Sputnik Azərbaycan-ın əməkdaşı Zülfiyyə Quluyeva pandemiya dövründə bir ildən çoxdur ki, bağlı qalan məscidlərin pandemiyadan sonra ilk dəfə necə fəaliyyət göstərdiyi barədə hazırladığı reportajı oxuculara təqdim edir.

Həmişə zöhr namazında qələbəlik olan Əjdərbəy məscidində əvvəlki izdiham yox idi. Buna səbəb isə pandemiya dövründə məscidlərin fəaliyyətinə say məhdudiyyəti şərti ilə icazənin verilməsi idi. Məscidə günorta namazını qılmağa gələn müsəlmanlardan əvvəlcə COVID-19 pasportu tələb olunur, daha sonra isə onların temperaturu ölçülərək içəri buraxılırdı.

© Sputnik / Zulfiyya Guluyeva
Rafiq Əliyev

Qapıda həmsöhbət olduğumuz nəzarətçi bildirdi ki, içəridə namaz qılanların sayı 50-yə çatdıqda onlara məlumat verilir. Nəzarətçi həmçinin COVID-19 pasportu olmayanların qəti şəkildə məscidə buraxılmadığını söyləyir. O, həmçinin bildirdi ki, pandemiya dövründə məcdiddə dəstəmaz otaqları da fəaliyyət göstərmir.

Məscidə daxil olub zöhr namazını müşahidə edirik. Burada imam namaz qılanlara ara məsafəsini qorumağı tövsiyə edir. Məsciddə yerə isə sosial məsafənin saxlanılması üçün bildiriş nişanları vurulmuşdu. Bu dəfə məscidə hər kəs öz möhürü ilə gəlmişdi. İmam bildirir ki, bu, pandemiya dövründə namaz qılanlara tələb kimi qoyulub.

© Sputnik / Zulfiyya Guluyeva
Əjdərbəy məscidinin icma sədri və imamı Hacı Həmdulla Babayev

Əjdərbəy məscidinin icma sədri və imamı Hacı Həmdulla Babayev Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, bir il dörd aydır ki, bağlı olan məscidlərdə camaatın iştirakı ilə sübh namazı qılınıb. Onun sözlərinə görə, Əjdərbəy məscidində sübh namazında 46 nəfər iştirak edib. Məcsiddə iki məzhəb namazı qılınıb. Şiə və sünnilər sübh namazında iştirak ediblər.

H.Həmdulla Babayev deyir ki, hələ ki məscidə COVID-19 pasportu olmadan gələn olmayıb. O, bildirir ki, Qafqaz Müsəlmanları İdarəsi əməkdaşları 100 faiz peyvənd olunublar:

"Bizim məsciddə imamlı-texniki işçi qarışıq 20 nəfər əməkdaş var. Onların hamısı vaksin olunub. Biz mömin bacı və qardaşlarımızı peyvənd olunmağa səsləyirik".
  • Əjdərbəy məscidinin girişində vətəndaşın COVID-19 pasportunu yoxlayırlar
    © Sputnik / Zulfiyya Guluyeva
  • Karantin qaydalarının yumşalmasından sonra Əjdərbəy məscidində namaz qılan insan
    © Sputnik / Zulfiyya Guluyeva
  • Karantin qaydalarının yumşalmasından sonra Əjdərbəy məscidində namaz qılan insanlar
    © Sputnik / Zulfiyya Guluyeva
  • Karantin qaydalarının yumşalmasından sonra Əjdərbəy məscidində namaz qılan insanlar
    © Sputnik / Zulfiyya Guluyeva
  • Əjdərbəy məscidi
    © Sputnik / Zulfiyya Guluyeva
1 / 5
© Sputnik / Zulfiyya Guluyeva
Əjdərbəy məscidinin girişində vətəndaşın COVID-19 pasportunu yoxlayırlar

Pandemiya dövründə məscidlərin açılması müsəlman dindarları da sevindirib. R. Əliyev deyir ki, məsciddə namaz qılmaq hər bir müsəlmanın istəyidir. O, məscidlərin açılmasına sevindiyini söyləyir.

Burada olarkən məscidə daxil olmaq üçün COVID-19 pasportu olmayanların içəri buraxılmadığının da şahidi oluruq. Həmin vətəndaşlardan birinin namaz vaxtını keçirməmək üçün yaxınlıqdakı parkda namaz qıldığını müşahidə etdik. Nəzarətçi bildirir ki, COVID-19 pasportu olmayanların məscidə buraxılmaması qəti qərardır, onlar da bu qərara əməl edirlər. "Biz istəməzdik ki, kimisə Allahın evindən geri qaytaraq. Amma bu, hökumətin qərarıdır", - deyə nəzarətçi bildirir.

© Sputnik / Zulfiyya Guluyeva
COVİD-19 pasportu olmayan şəxs Əjdərbəy məscidinə buraxılmadı və namazını çöldə qıldı

Məscidlərdən çıxıb yolumuzu bu gün fəaliyyətinə icazə verilən iri ticarət mərkəzindən də salırıq. "28 Mall" ticarət mərkəzini fəaliyyətə bu gün başlasa da içəridə xeyli müştəri vardı. Amma qapıda təhlükəsizlikdən başqa heç kəsin temperaturu yoxlanılmırdı. Burada kafelər də fəaliyyətə başlamışdı. Odur ki, istirahət etmək istəyənlər də Mall-a üz tutmuşdular. İçəridə olduğumuz müddətdə tibbi maska olmadan alış-veriş edənlərə də rast gəldik.

Qeyd edək ki, bu gündən Azərbaycanda koronavirus pandemiyası dövründə qəbul olunmuş bəzi qadağalar aradan qaldırılıb. Operativ Qərargahın qərarına əsasən, bu gündən etibarən idman zalları, ibadət yerləri, iri ticarət mərkəzləri və çimərliklərin fəaliyyətinə icazə verilib. Bu gündən yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər. İdman və sağlamlıq-bərpa obyektlərinin fəaliyyətinə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi yoxdur.

© Sputnik / Zulfiyya Guluyeva
Karantin qaydalarının yumşalmasından insanlar ticarət mərkəzlərinə axışıblar

Bu gündən dini ibadət yerlərində 50 nəfərdən çox olmamaqla dini ibadətlərə də icazə verilib. Yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir. Azyaşlı (14 yaşdan yuxarı olmayan) uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilmir. İnfeksiyasının yayılmasının qarşısının alınması məqsədilə COVID-19 xəstəliyinin əlamətlərini hiss edən şəxslər məscidə və digər ibadət yerlərinə buraxılmır. Məscid və digər ibadət yerlərinə gələn şəxslər mütləq COVID-19 pasportunu (peyvənd vurulmasına dair və ya immunitet sertifikatını) təqdim etməli, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidir.

İbadət yerində olarkən onların arasındakı məsafə 4 bir tərəfdən minimum 1,5 metr, sahə imkan verdikdə isə daha çox olmalı, məsciddə ibadət etmək istəyən şəxslər təharətli olmalı, dəstəmaz zərurəti yarandıqda onlar öz şəxsi dəsmallarından istifadə etməli, özləri ilə səccadə və möhür gətirməlidir. Eləcə də ibadət etmək istəyən şəxslər məscidə yalnız namaz vaxtı, digər ibadət yerlərinə müvafiq ibadətlər icra olunan zaman gəlməli və namaz (ibadət) bitdikdən sonra məscidi (ibadət yerini) tərk etməlidirlər. Bu zaman ictimai yerlərdə qruplarda cəmlənməyə dair tələblərə ciddi əməl edilməlidir.

© Sputnik / Zulfiyya Guluyeva
Karantin qaydalarının yumşalmasından insanlar ticarət mərkəzlərinə axışıblar

Məscid və digər ibadət yerləri bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmalı, hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya – sanitar tədbirlər həyata keçirilməli və mütəmadi havalandırma təmin edilməlidir. İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVID-19 pasportuna malik olan şəxslər içəri buraxılmalı və onların tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.

Bu gündən iri ticarət mərkəzləri də fəaliyyətə başlayıb. Amma Mall-ların nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyətinə qoyulan qadağa qüvvədədir.

Qadağa götürülən sahələrdən biri də çimərliklər və onların ərazisində yerləşən hovuzlar, su attraksionları və idman oyunu yerləridir. Çimərliklərdə ötənilki qaydalar tətbiq olunacaq. Çimərliklə bağlı sayt fəaliyyətə başlayacaq. Qeyd edək ki, ötən mövsüm Bakı şəhərində çimərliyə onlayn növbə tutduqdan sonra getmək məsləhət görülürdü. Onlayn növbə prosedurunu həyata keçirmək üçün "cimerlik.az" saytının hazırlanaraq fəaliyyət göstərirdi. Bu sayt vasitəsilə vətəndaşlar hansı çimərliklərdə sıxlıq olub-olmadığını öyrənə bilirdilər. Onu da bildirək ki, artıq çimərliklərdə monitorinq keçirilib. Qaradağ rayonunda Sahil, Səbail rayonunda Şıx, Suraxanı rayonunda Hövsan, Xəzər rayonunda isə Türkan çimərliyi insanların istifadəsi üçün yararlı olmadığı açıqlanıb. Aparılan birgə monitorinq və analizlərin nəticələrinə görə, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində müəyyən edilib. Xatırladaq ki, 2020-ci il 31 avqustdan sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda iri ticarət mərkəzləri və "Mall"ların fəaliyyəti, açıq havada idman yarışları və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsini dayandırılmışdı.

© Sputnik / Zulfiyya Guluyeva
Karantin qaydalarının yumşalmasından insanlar ticarət mərkəzlərinə axışıblar

Məlumat üçün bildirək ki, COVID-19 pasportunun iki növü var: "COVID-19 vaksin sertifikatı" və "COVID-19 immunitet sertifikatı". "COVID-19 vaksin sertifikatı" COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), "COVID-19 immunitet sertifikatı" isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir. Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin "Şəxsi Kabinetə giriş" (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə "MyGov" portalına da inteqrasiya edilmişdir. Burada "ASAN Login" sisteminə istifadəçi FİN-i, "Asan İmza", Elektron imza və ya BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyatdan keçdikdən sonra açılan pəncərədə "Digər xidmətlər" bölməsi seçilməlidir. "Digər xidmətlər" bölməsi seçildikdə ekranda "COVID-19 vaksin sertifikatı" və ya "COVID-19 immunitet sertifikatı" seçimləri əks olunur. Əgər vətəndaş vaksin olunubsa, "COVID-19 vaksin sertifikatı" seçimini etməlidir. Xəstəliyə yoluxub sağalmış şəxs isə "COVID-19 immunitet sertifikatı" seçimini etməlidir. Bu zaman təqdim olunan COVID-19 pasportunu elektron formatda yükləmək, eləcə də çap versiyada əldə etmək olar. Qeyd edək ki, COVID-19 pasportunun doğruluğunun sənəddə əks olunan "QR Code" vasitəsi ilə yoxlanılması da mümkündür. Əlavə olaraq bildirək ki, vətəndaşlar COVID-19 pasportunu "E-Təbib" mobil tətbiqi vasitəsi ilə də əldə edə bilərlər.

© Sputnik / Zulfiyya Guluyeva
Əjdərbəy məscidinin şüşəsində təlimat yazısı

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi. Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.

Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir.

Eləcə də oxuyun:

  • Miqrasiya Xidmətindən əcnəbilərə AVRO-2020 ilə bağlı xəbərdarlıq

  • Bu gündən bu sahələrdə fəaliyyətə icazə verilir - Qaydalar

  • Möhtəşəm başlanğıc: fitnes-klublar açılışa hazırlaşır

1518
Teqlər:
COVID-19, COVID-19 pasportu, məscid, yumşalma, karantin
 Pandemiya zamanı imtahan

DİM imtahanların vaxtını dəyişdi

59
(Yenilənib 10:53 16.06.2021)
İyulun 1-də keçiriləcək imtahanda sıxlığın yaşanmaması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən addım atılıb.

BAKI, 16 iyun — Sputnik. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyul 2021-ci il tarixində müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulurdu. Bu imtahanlarda iştirak etmək üçün 26 mindən artıq abituriyent qeydiyyatdan keçib. İmtahanlarda iştirakçıların sıxlığının azaldılması məqsədilə Mərkəz tərəfindən bu imtahanların iyulun 1-də və 2-də müxtəlif şəhər və rayonlarda keçirilməsi qərara alınıb.

İyulun 1-də və ya 2-də imtahan keçiriləcək şəhər və rayonların siyahısı yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.

- əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

- aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

- eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

59

Bakı metrosunda gözlənilməz hadisə: Tunelə tüstü doldu

291
(Yenilənib 09:50 16.06.2021)
Bu gün səhər saatlarında paytaxt metropoliteninin stansiyalarından birinin tunelinə tüstü daxil olub.

BAKI, 16 iyun - Sputnik. Metronun "Əhmədli" stansiyası yaxınlığında şaxtada kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib.

"Bakı Metropoliteni"ndən verilən xəbərə görə, elektrik mühafizəsi dərhal işə düşüb, ehtiyat kabel qoşulub. Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində iki dəqiqə vaxt sərf olunub.

Metropolitenin iş rejimində dəyişiklik yoxdur.

291
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

Bakıdan Ərdoğanın səfəri ilə bağlı Yerevana sərt cavab Həddiniz deyil

0
Azərbaycanın xarici siyasət idarəsi Ermənistan XİN-ə qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etməməyi məsləhət görüb.

BAKI, 16 iyun — Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. Sputnik Azərbaycan L.Abdullayevaya ünvanlamış sualı və XİN sözçüsünün cavabını təqdim edir:

- Ermənistan XİN-i Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşa səfərini şərh edərək, bu səfəri sülh və təhlükəsizliyə təxribat kimi qiymətləndirib və "Türk-Azərbaycan təcavüzü" ifadəsini işlədib. Bu açıqlamaya münasibətinizi öyrənmək istərdik.

- Öncə qeyd etmək istərdik ki, qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil.

Qeyd etdiyiniz açıqlamaya gəldikdə isə, hazırda Ermənistan XİN-də rəhbərliyin olmadığını nəzərə alaraq, bu qurumda qalanların və bu açıqlamanı hazırlayanların nəzərinə çatdırmaq istərdik ki, ölkə əz ərazilərini işğal edə bilməz, yalnız işğaldan azad edər. Elə 44 günlük Vətən müharibəsi nəticəsində də Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və ərazi bütövlüyünü təmin etdi.

Ermənistan XİN-inə öz ölkələri də daxil olmaqla, üç ölkə liderləri tərəfindən imzalanmış birgə bəyanatlarla yaxından tanış olmalarını, bu bəyanatların icrasına yönəlik addımlar atmalarını tövsiyə edirik. Ermənistanın illüziyalara söykənərək deyil, real vəziyyəti dərk edərək davranması gərəkdir. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada imzaladığı Birgə Bəyannamə də məhz sülh və təhlükəsizliyin, yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib.

Prezidentlərin Şuşa səfəri

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

Şuşa Bəyannaməsi

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşada təkbətək və geniş tərkibdə görüşlərdən sonra bəyanatla çıxış ediblər.

0