* AZƏRBAYCAN *
Bakı məktəblərindən birində son zəng, arxiv şəkli

"Son zəng" olacaqmı?

14
(Yenilənib 11:55 09.06.2021)
Sonuncu dəfə "Son zəng" 2019-cu ildə olub. Koronavirus pandemiyası ilə əlaqədar olaraq ötən il Azərbaycanda "Son zəng" qeyd edilməyib.

BAKI, 9 iyun — Sputnik. Bu il "Son zəng"in olub-olmayacağı ilə bağlı hələlik dəqiq heç bir məlumat verilmir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu məsələ ilə bağlı narahatlığa aydınlıq gətirmək üçün Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov özünün "Facebook" profilində məlumat paylaşıb: ""Son zəng" tədbiri ilə bağlı çoxsaylı sorğularınıza ilkin cavab olaraq demək istəyirik ki, bu mərasimin keçirilməsi qaydası ilə bağlı nazirlik həmkar qurumlarla müzakirələr aparır".

Qeyd edək ki, sonuncu dəfə "Son zəng" 2019-cu ildə olub. Koronavirus pandemiyası ilə əlaqədar olaraq ötən il Azərbaycanda "Son zəng" qeyd edilməyib.

Eləcə də oxuyun:

  • Nazirlər Kabinetindən ali təhsillə bağlı qərar

  • Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri elan olunub

  • Azərbaycanda ali təhsili qanuna sığdırmaq müşkülə çevrilib

  • Təhsil Nazirliyi məktəblilər üçün yay məktəbi təşkil edəcək

14
Teqlər:
məktəb, Azərbaycan, Son zəng
Эмблема ЕВРО-2020

AVRO-2020-nin 1/8 finalının bütün cütlükləri məlum olub

3
(Yenilənib 01:35 24.06.2021)
Futbol üzrə Avropa çempionatının pley-off mərhələsinin birinci raundu şənbə günü, iyunun 26-da start götürür.

11 şəhərdə keçirilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin bütün qarşılaşmaları məlum olub.

İyunun 23-də AVRO-2020-nin qrup mərhələsi başa çatıb. 1/8 final Amsterdamda Danimarka-Uels və Londonda İtaliya-Avstriya oyunları ilə start götürür.

Avropa çempionatının 1/8 finalının digər cütlükləri belədir:

27 iyun

Niderland - Çexiya (Budapeşt)

Belçika - Portuqaliya (Sevilya)

28 iyun

Xorvatiya - İspaniya (Kopenhagen)

Fransa - İsveçrə (Buxarest)

29 iyun

İngiltərə - Almaniya (London)

İsveç - Ukrayna (Qlazqo)

3
Криштиану Роналду (слева) и Карим Бензема

Portuqaliya Fransa ilə heç-heçə oynayaraq AVRO-2020 pley-off mərhələsinə adladı

3
(Yenilənib 01:26 24.06.2021)
Madridin "Real" klubunda vaxtilə komanda qoldaşı olmuş Kərim Benzema və Kriştianu Ronaldu hərəyə iki qol vurublar.

Futbol üzrə Portuqaliya və Fransa milli komandaları arasında oyun 2:2 hesabı ilə heç-heçə başa çatıb.

"F" qrupunda Budapeştdə keçirilən oyunun nəticəsinə görə Portuqaliya millisi 1/8 finala vəsiqə almağı bacarıb.

Oyunda 54886 tamaşaçı iştirak edib.

Beləliklə, fransızlar qrupda tutduğu 1-ci, portuqallar isə üçüncü yerdən növbəti mərhələyə vəsiqə alıblar.

3