CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prokurorluq əməliyyat zamanı dünyasını dəyişən şəxslə bağlı məlumat yaydı

© Official website of President of Azerbaijan RepublicГенеральная прокуратура Азербайджанской Республики
Генеральная прокуратура Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 08.06.2021
Abunə olmaq
A.Süleymanova burnunda çəpər əyriliyinə görə 6-7 ay əvvəl Bakıda yerləşən “Azər-Türk-Med” klinikasında plastik cərrah Qumru Hüseynzadə tərəfindən əməliyyat olunub

BAKI, 8 iyun — Sputnik. "Arzu Süleymanovanın mayın 11-də “Azər-Türk Med” klinikasında keçirdiyi plastik əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi nəticəsində yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında mayın 15-də ölməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb". Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, hazırda iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, A.Süleymanova burnunda çəpər əyriliyinə görə 6-7 ay əvvəl Bakıda yerləşən “Azər-Türk-Med” klinikasında plastik cərrah Qumru Hüseynzadə tərəfindən əməliyyat olunub. Lakin əməliyyat uğursuz alındığından, pasiyent eyni həkim tərəfindən təkrar əməliyyata alınıb, mayın 11-də dnüyasını dəyişib.

Qeyd edək ki, ötə ilin mayında da bənzər hadisə baş vermişdi. Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı ölüb.

Hadisə mayın 11-i “Baku Medical Plaza”da baş verib. 1996-cı il təvəllüdlü Turanə Musazadə klinikaya müraciət edərək xarici görünüşündən narazı olduğunu bildirib. O, müayinə edilərək əməliyyata alınıb. T.Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı vəfat edib.

Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Məlumata görə, T.Musazadə bundan öncə də 2 dəfə plastik əməliyyat keçirib.

 

 

Xəbər lenti
0