CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir uşaq zorakılıq qurbanı oldu, prokurorluq işə qoşuldu

© AFP 2023 / Ebrahim NorooziРебенок в больнице, фото из архива
Ребенок в больнице, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.06.2021
Abunə olmaq
"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə zorakılığa məruz qalan azyaşlı ilə bağlı məlumatlar paylaşıb. Sputnik Azərbaycan-ın müxbiri Nigar İsgəndərova hadisə ilə bağlı müəyyən detalları öyrənməyə çalışıb

BAKI, 8 iyun — Sputnik. Daha bir azyaşlı zorakılıq qurbanı olub. Bu barədə "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Ağazadə qeyd edib ki, video ona sosial şəbəkələr vasitəsilə göndərilib. Videoda görünən şəxsin adı Vəliyev Rauf İsgəndər oğludur. Onun işgəncə verərək döydüyü isə 9 yaşlı qızı Məlikzadə Milanadır. Rauf "Whatsapp" vasitəsi ilə həyat yoldaşı Rzayeva Təranə Arif qızı ilə danışır. Onlar qeyri-rəsmi şəkildə 10 il birgə yaşasalar da, artıq ayrılıblar:

"Təranə Rzayeva hazırda Moskvada yaşayır. O, 7 aydır ki, Rauf Vəliyevdən ayrılıb. Qadın ayrılıb getməsinə səbəb olaraq bildirir ki, Raufun işgəncələrinə artıq tab gətirə bilməyərək başını götürüb evdən çıxıb. Qızı Milana isə atası Raufla qalıb. Təranə Rzayeva bildirir ki, Rauf indi də keçib 9 yaşlı qızı Milanaya işgəncələr verməyə. Hətta uşağın anası Təranə Rzayevaya "Whatsapp"la zəng edərək uşağa verdiyi işgəncələri canlı şəkildə göstərir. Aidiyyəti orqanlardan xahiş edirik ki, bu məsələni diqqətdə saxlayaraq lazımi tədbirlər görsünlər".

AUB sədri deyir ki, naməlum adamı belə video ilə tapmaq mümkündür və hüquq-mühafizə orqanları ad-soyadı, ünvanı bəlli olan adamı asanlıqla tapa bilərlər.  

"Nə anaya, nə ataya haqq verirəm. Uşaq sadəcə ortalıqda qalıb. O uşaq hər ikisindən alınmalıdır. Onlar sadəcə olaraq bir-birlərinin acığını uşaqdan çıxırlar. İşgəncələrə dözməyib qaçıbsa, uşağını götürüb qaçardı da", - deyə K.Ağazadə vurğulayıb.

Prokurorluq araşdırır

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin 9 yaşlı qızı Milana Məlikzadəyə döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya “Whatsapp” vasitəsilə zəng edərək nümayiş etdirməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır. Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Qeyd edək ki, bundan öncə də məişət zorakılığının qurbanı olan uşaqlarla bağlı müəyyən məlumatlar yaymışdıq.

Belə ki, Bərdə rayon prokurorluğunda araşdırma aparılmaqla müəyyən edilib ki, Bərdə şəhər sakini Raya Həsənova tanışı Mahmud Mehraliyev ilə birlikdə 2013-cü il təvəllüdlü oğlunu mütamadi olaraq döyüb və 21.05.2021-ci il tarixdə qızdırılmış qaşıqla qollarına xəsarət yetirib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması rayon polis şöbəsinin İstintaq şöbəsinə tapşırılıb.

Xəbər lenti
0