Azərbaycan hərbçisi, arxiv şəkli

DTX Baş Prokurorluq 13 erməni terrorçu barədə məlumat yaydı

67
Silahlı birləşmənin üzvləri olan digər təqsirləndirilən şəxslər barəsində müvafiq cinayət işləri üzrə ibtidai istintaq yekunlaşdırılaraq iş materialları ilə tanışetmə həyata keçirilir.

BAKI, 7 iyun - Sputnik. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə DTX və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Aparılmış istintaq nəticəsində məlum olub ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər. 

Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilmişdi.

Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir.

Yuxarıda qeyd olunmuş silahlı birləşmənin üzvləri olan digər təqsirləndirilən şəxslər barəsində müvafiq cinayət işləri üzrə ibtidai istintaq yekunlaşdırılaraq iş materialları ilə tanışetmə həyata keçirilir.

Eləcə də oxuyun:

  • Erməni diversantların işi üzrə ilkin istintaq yekunlaşdı - DETALLAR

  • Erməni vəhşiliyinin qurbanı olan körpənin bu gün anım günüdür

  • Bu gün minaya düşən şəxslərə şəhid statusu veriləcək

67
Охотничье ружье, фото из архива

Lənkəranda qətl hadisəsi: İki nəfər öldürüldü

117
Lənkəranda axşam saatlarında qohumlar hələlik bilinməyən səbəblərdən bir-birilərini qanlarına qəltan ediblər.

BAKI, 23 iyun - Sputnik. Lənkəranda qohumlar arasında qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbriinin məlumatına əsasən, hadisə Havzava kəndində olub. 

Yerli sakin Seymur Sərraf oğlu Şirinov ov tüfəngi ilə öncə əmisi oğlu Elmar Sərdar oğlu Fərəcovu, sonra isə bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevi qətlə yetirib.

Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Hadisənin səbəbləri məlum deyil. Hazırda qətl hadisəsi araşdırılır.

 

117
İmza, arxiv şəkli

"Mediasiya haqqında" qanuna dəyişiklik edilir

5
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. Bir sıra qanunlara dəyişikliklərə baxılıb

BAKI, 23 iyun — Sputnik. İyunun 23-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, iclası açan Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyə 4 qanun layihəsi daxil edilib. Diqqətə çatdırılıb ki, birinci məsələ - "Dövlət qulluğu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Diplomatik xidmət haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanunlarda və "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də və "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsidir.

Dəyişikliyə əsasən adları sadalanan orqanlarda qulluğa qəbul edilən dövlət qulluqçusunun və ya əvvəllər dövlət qulluğunda işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsinin xüsusi rütbələrə uyğunlaşdırılması həyata keçirilərkən onun barəsində sınaq müddəti müəyyən edilmir. Həmçinin həmin şəxslərə xüsusi rütbə verilərkən onların dövlət qulluğunda malik olduqları ixtisas dərəcəsi "Dövlət qulluğu haqqında" Qanuna uyğun olaraq nəzərə alınır.

İclasda Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" və "İnzibati icraat haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də birinci oxunuşda müzakirə olunub.

Məlumat verilib ki, təqdim edilən dəyişikliklər "Mediasiya haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb.

Belə ki, həmin Qanunun 39-cu maddəsində kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak, o cümlədən ilkin və sonrakı mediasiya sessiyaları ilə bağlı məsələləri tənzimləyən hüquqi normaların 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Təqdim edilən dəyişikliklər yuxarıda qeyd edilən məsələlərin icrası ilə əlaqədardır və uyğunlaşdırma xarakterlidir.

Sonra Əli Hüseynli gündəliyin üçüncü məsələsi - "Mediasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşu barədə məlumat verib. Bildirib ki, "Mediasiya haqqında" Qanunun müvafiq maddələrinə təklif edilən dəyişikliklər qanunun təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Onlayn iclasda iştirak edən Mediasiya Şurasının sədr əvəzi Ruslan Mirzəyev ölkəmizdə mediatorların hazırlanması prosesi, mediasiya institutunun fəaliyyətinin təmin olunması üçün görülən işlər barədə məlumat verib.

Çıxış edən komitə üzvləri – Qüdrət Həsənquliyev, Bəhruz Məhərrəmov və Tahir Kərimli mediasiya institutunun mübahisələrin həllindəki rolu və bununla əlaqədar qarşıda dayanan vəzifələr barədə fikirlərini bildiriblər.

İclasda "Dövlət qulluğu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də ikinci oxunuşda baxılıb. Bildirilib ki, dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır və dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutur.

İclasın sonunda gündəlikdəki 4 məsələnin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

5