CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kitab mağazasından oğurluq edən şəxslər saxlanılıblar

© AR Ministry of Internal Affairs Elməddin Süleymanlı və Elvin Əhmədov
 Elməddin Süleymanlı və Elvin Əhmədov - Sputnik Azərbaycan, 1920, 07.06.2021
Abunə olmaq
E.Süleymanlı və E.Əhmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, bölmə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

BAKI, 7 iyun — Sputnik. Paytaxtın Səbail rayonunda yerləşən kitab mağazalarından birindən oğurluq edilib. Daxili işlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.

Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir. E.Süleymanlı və E.Əhmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, bölmə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Xəbər lenti
0