CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşğaldan azad edilmiş kənddə narkotik tərkibli bitkilər aşkar edilib

© AR Ministry of Internal AffairsPolis əmkdaşları Ağdamda
Polis əmkdaşları Ağdamda  - Sputnik Azərbaycan, 1920, 07.06.2021
Abunə olmaq
Tədbir zamanı rayonun işğaldan azad edilmiş Şelli kəndi ərazisində çəkisi 30 kiloqram olan 142 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

BAKI, 7 iyun — Sputnik. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Şelli kəndi ərazisində çəkisi 30 kiloqram olan 142 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

Azərbaycanın Ağdam rayonu noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 20-də erməni işğalından azad edilib.

Xəbər lenti
0