Dağılmış ev

Ətrafımızdakı təhlükə: Bakıda binaların zəlzələyə davamlılığı öyrənilmir

4357
(Yenilənib 22:40 05.06.2021)
Q. Yetirmişli deyib ki, bina inşa olunmazdan öncə torpaqda geoloji tədqiqat aparılmalı, seysmik fon dəqiqləşdirilməlidir

 

BAKI, 5 iyun — Sputnik. Azərbaycanda yeni tikililərin zəlzələyə davamlılığı öyrənilmir. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib. Q. Yetirmişli deyib ki, bina inşa olunmazdan öncə torpaqda geoloji tədqiqat aparılmalı, seysmik fon dəqiqləşdirilməlidir:

"Əvvəllər yeni yaşayış binaları inşa olunmazdan öncə binaların tikildiyi ərazinin seysmikliyi yoxlanılırdı. Əslində bina inşa olunan ərazinin seysmikliyi dəqiqləşdirilməlidir. Binaların inşa olunduğu ərazilər geoloji qruluşa görə fərqlidir. Ona görə də tədqiqat aparılmalıdır. Bunun üçün MTK-lar bizə göydələn inşa etməzdən əvvəl müraciət etməldirlər. Bu müraciət əsasında tədqiqat aparılmalıdır" deyə baş direktor bildirir.

Q. Yetirmişli bildirir ki, Bakı kimi mürəkkəb geoloji şəraitə və tektonik şəraiti olan ərazidə binaların tikintisi zamanı zəlzələyə davamlılıq öyrənilməlidir: "Hətta Bakıda elə binalar var ki, bir qanadı 8 bal, digər qanadı 9 baldır. Ona görə də binanı tikərkən bu məsələyə diqqət yetirmək vacibdir".

4357
Koronavirus testləri, arxiv şəkli

Koronavirus cəbhəsində bu gün vəziyyət necədir? Bu günün statistikası

4
(Yenilənib 16:42 15.06.2021)
İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1 430 nəfərdir.

BAKI, 15 iyun - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1 430 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10316, ötən müddət ərzində isə ümumilikdə 3 637 889 test aparılıb.

4

İlham Əliyevin köməkçisi quru sərhədlərinin açılması məsələsinə aydınlıq gətirib

11
(Yenilənib 15:20 15.06.2021)
Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı məsələyə aydınlıq gətirib.

BAKI, 15 iyun — Sputnik. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı məsələyə aydınlıq gətirib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, prezidentin köməkçisi hazırda digər məsələlərdən fərqli olaraq quru sərhədlərinin açılması ilə bağlı məsələnin müzakirə olunmadığını bildirib.

Quru sərhədlərlə bağlı durum

Mətbuatda Azərbaycan iyunun 15-dən quru sərhədlərini açacağı ilə bağlı məlumat yayılıb. Məlumata görə, artıq Dövlət Gömrük Komitəsi (DGK) gömrük-keçid məntəqələrinin açılması ilə bağlı qonşu ölkələrin müvafiq qurumları ilə ilkin razılıq əldə edib. Bununla əlaqədar rəhbərlik Ərazi Baş Gömrük İdarələrinə tapşırıqlar verib və gələn həftə məntəqələrinin açılması üçün hazırlıqlara başlanılıb. Dövlət Gömrük Komitəsi (DGK) isə hələ ki, onlara belə bir qərarın daxil olmadığını bildirib.

Xatırladaq ki, NK-nın son qərarına əsasən, Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına 10 iyun tarixindən etibarən hava nəqliyyatı vasitəsilə ölkəmizə giriş-çıxışı aşağıdakı qaydalarla həyata keçirilir: yaşı 18-dən yuxarı olan şəxslər – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PZR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında ölkəmizə daxil ola bilərlər. 1-18 yaş arasında olan şəxslər isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PZR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında Azərbaycana gələ bilərlər.

 

 

11
Teqlər:
sərhəd