CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan MN ilə Türkiyənin Baş Qərargahı arasında protokol imzalanıb

© AR Ministry of DefenceAzərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb - Sputnik Azərbaycan, 1920, 04.06.2021
Abunə olmaq
Görüşün sonunda iclasın yekunlarına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında protokol imzalanıb.

BAKI, 4 iyun — Sputnik. İyunun 4-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

İclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, müdafiə sənayesi və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilib.

Görüşün sonunda iclasın yekunlarına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında protokol imzalanıb.

Bu formatda növbəti görüşün 2022-ci ildə Türkiyənin Ankara şəhərində keçirilməsi planlaşdırılır.

Eləcə də oxuyun:

  • Bakıda müzakirələr: Hərbi zavodlar birbaşa Qarabağda işə düşəcək?

  •  Zakir Həsənov bölgədəki sabitliyi təmin edən əsas amil barədə

Xəbər lenti
0