CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Vağzalı çalınmasa, ərə getmərəm" - Ölkədə pandemiya dövrünün ən böyük problemi yaşanır

© AFP 2023 / LOIC VENANCEНевеста в свадебном платье, фото из архива
Невеста в свадебном платье, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.06.2021
Abunə olmaq
Professor hesab edir ki, toyların keçirilməsi gündəmə gələrsə, əvvəlki kimi 500-600 nəfərin iştirakı ilə toy məclisləri keçirilə bilməz. Pandemiya dövrünün tələblərinə uyğun yeni toy qaydaları hazırlanmalıdır.

Pandemiya dövründə toyların keçirilməsinə qoyulan qadağalar tətbiq olunduqdan sonra nişanlı cütlüklər arasında nikah masasına oturanlar da var, toyunu el adəti ilə keçirmək üçün qadağanın aradan qaldıracağını gözləyənlər də...

Aygün Məmmədli 3 il nişanlı qaldığından toyunu pandemiya qaydalarına uyğun edib. Sputnik Azərbaycan-ın müxbiri Zülfiyyə Quluyevaya bu barədə danışan A.Məmmədli deyir ki, toylara icazə verilmədiyindən ər evinə toysuz gedib:

"Biz üç il idi nişanlı idik. Ötən il apreldə toy etməyi planlaşdırsaq da, pandemiya səbəbindən toylara icazə verilmədi. Biz də məcbur qalıb kiçik yığıncaqla toy etdik".

A.Məmmədli deyir ki, pandemiya onların toy arzusunu gözlərində qoysa da, üç aylıq hamilə olması onlara bu arzunu da unutdurub. "Əsas xoşbəxtlik ailə olmaqdır", - deyən Aygül nişanlı cütlüklərə çox gözləməməyi məsləhət görür.

Üzük, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.05.2021
CƏMİYYƏT
Toy və yaslarla bağlı yeni qaydalar hazırlanır

Binəqədi qəsəbə sakini Lalə Səfərova isə toylara icazə verilməsə 10 il belə oturub gözləyəcəyini söyləyir. Sputnik Azərbaycan-a danışan Lalə 2019-cu ilin yazında nişanlanıb. Lalə deyir ki, vağzalı çalınmasa ata evindən ər evinə gəlin getməyəcək: "Mənim arzumdur ki, duvaqlı-daraqlı gəlin paltarında vağzalı ilə gəlin köçüm. Dədə-baba qaydası ilə toy etmək üçün 10 il lazım olsa da, gözləyərəm. Amma toysuz gəlin köçmərəm".

L.Səfərova deyir ki, nişanlısı da bu fikirdədir. Onlar toylara icazə verilən kimi nikah masasına əyləşəcəklər.

Qeyd edək ki, Azərbaycanda karantin qaydaları yumşaldılarkən toylara da icazə veriləcəyi gözlənilsə də, Nazirlər Kabinetinin son qərarı bu ümidləri puça çıxartdı. Bu günlərdə deputat Qənirə Paşayeva məsələni Milli Məclisdə müzakirəyə çıxardıb. Milli Məclisin Mədəniyyət komitəsinin sədri bildirib ki, karantinlə bağlı müəyyən yumşalmalar oldu: "Metrolar, ticarət mərkəzləri açıldı. Açıq havada insanların toy məclislərinin keçirilməsinə də icazə verilməlidir. Artıq 1 il yarımdır ki, insanlar toy edə bilmirlər. Amma müəyyən şərtlərlə, COVID pasportundan istifadə etməklə açıq havada toylara icazə verilə bilər. Bu, insanlarla yanaşı, həm də böyük bir sektorun xahişidir", - deyə Q.Paşayeva söyləyib.

Sputnik Azərbaycan toylara hansı şərtlərlə icazə verilməsinin mümkünlüyünü araşdırıb.

Professor Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, toyların keçirilməsinə icazə verilsə belə el şənlikləri əvvəlki kimi təşkil oluna bilməz. Onun sözlərinə görə, pandemiya dövründə toyların keçirilməsi qaydaları hazırlanmalıdır:

"Toyların keçirilməsi gündəmə gələrsə, əvvəlki kimi 500-600 nəfərin iştirakı ilə toy məclisləri keçirilə bilməz. Pandemiya dövrünün tələblərinə uyğun yeni toy qaydaları hazırlanmalıdır. Toylar müəyyən bir formatda keçirilməlidir. 500 nəfəri bir zala toplayıb saat 18:00-dan gecə saat 12:00-dək toy keçirmək mümkün olmayacaq".

A.Qeybulla bildirir ki, yay mövsümündə açıq havada toylar təşkil etmək mümkündür. Onun sözlərinə görə, 100 nəfər civarında açıq havada toyların təşkili hazırkı koronavirusa yoluxma göstəricisi ilə mümkündür: "Yoluxma göstəricisinə istinadən toylarla bağlı qərarlar verilə bilər. Əgər epidemioloji vəziyyət yaxşıdırsa, qapalı məkanlarda da toyların təşkili mümkündür. Amma əks proses müşahidə olunarsa, növbəti dalğanın qarşısını almaq üçün qapalı məkanlarda toyların təşkili çətin olacaq".

Помолвка, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.04.2021
YAZARLAR
Gizli toy mərasimləri: kimisi batır, kimisi də sevincdən papağını göyə atır

Qeyd edək ki, son günlər bir neçə əcnəbi müğənni Bakıda konsert proqramı ilə çıxış edib. Bu siyahıya müğənni Röya, Sərdar Ortac da daxildir. Konsertlərin açıq havada təşkili insanların toylara icazənin verilməməsi ilə bağlı narazılığına səbəb olub. A.Qeybulla bildirir ki, restoranlarda konsertlərin təşkili də yoluxma mənbəyidir: "Amma restoranlarda açıq havada konsertə icazə verilirsə, məhdud sayda insanların iştirakı ilə toyların keçirilməsi də mümkündür".

Azərbaycan Həkimlər Birliyinin üzvü Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, toyların keçirilməsi üçün Səhiyyə Nazirliyi təlimat hazırlamalıdır. Onun sözlərinə görə, bu məsələdə qonşu ölkələrin təcrübəsindən istifadə etmək olar: "Biz bunu əvvəl də demişik ki, Səhiyyə Nazirliyinin hazırladığı təlimat əsasında toylara icazə verilə bilər. 300 nəfərlik zalda 100 nəfərin iştirakı ilə toyların keçirilməsi mümkündür. 15 nəfərlik stolda az sayda insanların əyləşməsi ilə toy etmək olar. Çünki başqa ölkələrdə də bu cür toylar təşkil olunur", - deyə Ə.Rüstəm bildirir.

Ə.Rüstəm toylara qoyulan qadağanın demoqrafik baxımdan problem yaratmayacağını söyləsə də, statistika bunun əksini göstərir.

Toyun təsiri ilə yaranan statistika

Məlumat üçün bildirək ki, Azərbaycanda doğulanların sayında azalma olub. Dövlət Statistika Komitəsinin xəbərinə görə, 2015-ci ildən sonra ölkədə doğumların sayında müəyyən qədər azalma qeydə alınıb. Belə ki, 2015-ci ildə 166 min 210 doğulmuşdusa, 2016-cı ildə bu rəqəm 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə 138 min 982, 2019-cu ildə isə bir qədər artaraq 141 min 179 olub.

Bakı Araşdırmalar İnstitutunun məlumatına görə, 2020-ci ildə yenidoğulanların sayı 126571 nəfər olub ki, bu da daha öncəki illə müqayisədə azdır. Son 30 ilin statistikasına görə, hər min nəfərə düşən doğumlaırn sayında 50 faizlık azalma olub. Bu isə son 75 ilin ən aşağı göstəricisidir. Təbii artımda da 75 faizədək azalma olub. Ölümlərdə isə son 30 ildə 24 faizədək artım olub. 2020-ci ildə yenidoğulanların sayı 126571 nəfər olub. Ekspertlər bildirir ki, yenidoğulanların sayının azalmasında toyların qadağan edilməsinin də rolu var.

Ресторан, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.03.2021
CƏMİYYƏT
Karantinin "matahı": bu toy gözlərin pasını apara bilmədi - VİDEO

Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan xalqının toy adət-ənənəsi var. Pandemiya dövründə bəziləri toysuz, digərləri gizli toy etsə də, hələ də toyların keçirilməsinə icazə verilməsini gözləyən nişanlı cütlüklər var. İ.Hüseynli bildirir ki, toylara icazənin verilməməsi səbəbindən evlənməyənlərin sayı kifayət qədərdir. Bu isə öz növbəsində demoqrafiyaya təsirsiz ötüşmür. Ekspert bildirir ki, pandemiya dövründə toylara müəyyən şərtlərlə icazənin verilməsi məqsədəuyğundur. Onun sözlərinə görə, əks halda bu gələcəkdə məktəbə gedəcək uşaqların sayına təsirsiz ötüşməyəcək.

Məlumat üçün qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 32437 nikah qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 2019-cu ilin yanvar-noyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən 58317 nikah qeydə alınmışdı.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ  Qərargahın qərarı əsasında 2020-ci il 14 mart saat 00:00-dan etibarən ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib.

Həmçinin oxuyun: 

* Teatrlar açılmalı, açıq havada toylara icazə verilməlidir - Millət vəkilləri dilə gəldilər

* Toysuzluq cəmiyyətin psixologiyasına necə təsir edib? – psixoloq danışır

* Deyirlər ki, toy olacaq: Azərbaycanda mərasimlərə icazə verilməsi gözlənilir

Xəbər lenti
0