Külək istiqamətini göstərən qurğu, arxiv şəkli

Külək vaxt dayanacaq? Sabahın havası

18
(Yenilənib 13:42 03.06.2021)
Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 3 iyun — Sputnik. Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Eləcə də oxuyun:

18
Teqlər:
hava, külək
Kinolent, arxiv şəkli

Azərbaycanda yeni kino platforması fəaliyyətə başlayıb

5
(Yenilənib 08:48 18.06.2021)
Platformanın yaradılmasında məqsəd Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir.

BAKI, 18 iyun — Sputnik. "Narimanfilm" kinostudiyasının xaricdə yaşayan soydaşlarımız üçün xüsusi olaraq hazırladığı https://azcinemaonline.com/ internet kinoteatrı yenilənmiş platformada fəaliyyət göstərməyə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, platformanın yaradılmasında məqsəd digər ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrini möhkəmləndirmək, onları mədəniyyət və kino sahəsində baş verən yeniliklərlə tanış etmək, Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir. Eyni zamanda, gənc kinematoqrafçılarımıza öz işlərini dünya izləyicilərinə təqdim etmək imkanı yaratmaq və Azərbaycan kinematoqrafçıları ilə digər ölkələrdən olan həmkarları arasında iş birliyinin qurulması üçün şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Burada Azərbaycan kinosunun inciləri ilə yanaşı, həmçinin ölkəmizin ərazisində xarici kinematoqrafçılar tərəfindən çəkilmiş filmlərlə tanış olmaq, onlara rəy bildirmək və kinotənqidçilərlə birlikdə müzakirələrə qoşulmaq mümkündür.

Platforma vasitəsilə ölkəmizin kino tarixi boyu yaradılmış müxtəlif bədii, sənədli və animasiya filmlərinin izlənməsi sayt istifadəçilərinə bir növ Azərbaycana açılan pəncərə olaraq gözəl Vətənimizi daha yaxşı tanımalarına imkan yaradır.

5
Футболисты сборной Нидерландов

AVRO-2020: Daha bir yığma 1/8 finala vəsiqə qazanıb

10
Xallarını 6-ya çatdıran Niderland seçməsi vaxtından əvvəl pley-offa yüksəlib. Avstriya isə 3 xalla üçüncü pillədə qərarlaşıb.

Futbol üzrə Avropa çempionatının C qrupunda II tura yekun vurulub.

"Report"un məlumatına görə, Niderland millisi Amsterdamdakı "Yohan Kroyf Arena"da Avstriya yığması ilə qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən "narıncılar" 1/8 finala vəsiqəni təmin ediblər.

Görüşdə hesabı 11-ci dəqiqədə penaltidən Memfis Depay açıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya da fəal başlayan meydan sahibləri 67-ci dəqiqədə Denzel Dümfrisin qolu ilə fərqi 2 topa çatdırıblar. Bu qol eyni zamanda oyunun yekun nəticəsini müəyyənləşdirib.

Beləliklə, xallarını 6-ya çatdıran Niderland seçməsi vaxtından əvvəl pley-offa yüksəlib. Avstriya isə 3 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl İtaliya və Belçika yığmalarının qrupdan çıxmaları dəqiqləşib.

10