CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu yollarda hərəkət məhdudlaşdırılır

© Sputnik / Murad OrujovТретий день Гран при Азербайджана Формула 1
Третий день Гран при Азербайджана Формула 1 - Sputnik Azərbaycan, 1920, 02.06.2021
Abunə olmaq
"Formula 1" yarışlarının Bakı mərhələsinin keçirilməsi ilə əlaqədar olaraq yollarda məhdudiyyətlər olacaq.

BAKI, 2 iyun — Sputnik. "Məlumat verildiyi kimi “Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq “Bakı şəhər halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti 31 may, gecə saat 01:00-dan etibarən 8 iyun, səhər saat 06:00-dək məhdudlaşdırılıb". Bu barədə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Sürücülərə müraciət olaraq bildirilib ki, məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarının, həmçinin, nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə yol polisləri gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

Bir daha sürücülərdən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, DYP əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik.

Xatırladaq ki,  “Formula-1 Azərbaycan Qran Prisi” bu il iyunun 4-6-sı Bakıda keçiriləcək. Bu yarış artıq beşinci dəfədir ki, ölkəmizdə təşkil olunur.

Xəbər lenti
0