Çəpər, arxiv şəkli

AMEA-nın Xızıdakı torpaq sahəsi ilə bağlı anlaşılmazlıq həllini tapdı

41
"278 ha və ona uyğun olan müvəqqəti istifadə artıq tərəfimizdən yoxlanılacaq. Nə qədəri yerindədir sənədlərlə üzləşdiriləcək" - Natiq Allahverdiyev

BAKI, 2 iyun — Sputnik. "Xızının Yarımca kəndinin yaxınlığındakı 174 hektarlıq torpaq sahəsi Azərbaycan SSR Nazirlər Sovetinin 17 aprel 1989-cu il tarixli qərarı ilə AMEA-nın balansına verildi. Bildirək ki, həmin torpaqlar təcrübə təyinatlı olub. Bu ərazilərin sözü-söhbəti isə az qala məkanın özündən də böyük oldu. Belə ki, Sovet İttifaqının süqutundan sonra nəzarətsiz qalan torpaqları müxtəlif vaxtlarda ayrı-ayrı fiziki şəxslər, iş adamları qanunsuz şəkildə zəbt etdi". Bu barədə AMEA-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. 

AMEA Rəyasət heyətinin işlər üzrə müdir müavini Natiq Allahverdiyev məsələyə münasibətində belə deyib: "17 aprel 1989-cu ildə Nazirlər Sovetinin qərarı ilə AMEA-ya 1915.40 ha torpaq sahəsi daimi istifadəsinə, eyni zamnda 278.75 ha isə müvəqqəti istifadəsinə ayrılmışdır. Lakin 24-ü 10-cu ay 2015-ci ildə AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında daşınmaz əmlak dövlət reyster xidmətindən verilən çıxarışda 1705 ha olaraq göstərilir, daimi istifadədə və onun üçün də Kənd təsərrüfatlı təyinatlı texniki pasport verilibdir. Bir də kadastrı vardır, torpaq komitəsinin də verdiyi torpaq şəhadətnaməsi mövcuddur. Yəni o 278 ha və ona uyğun olan müvəqqəti istifadə artıq tərəfimizdən yoxlanılacaq. Nə qədəri yerindədir sənədlərlə üzləşdiriləcək".

"Eyni zamanda qanunvericiliyin tələblərini pozaraq uyğun olmayan şəkildə də müqavilələr imzalanıb. Bu işlərin hamısı qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənməsi məqsədilə AMEA-nın prezidenti çox hörmətli akademik Ramiz Mehdiyev Azərbaycan Nazirlər Kabinetinin sədri Əli Əsədova məktub ünvanlayıb, O məktubda bildirilir ki, AMEA-nın 312 əməkdaşına bu torpaqların verilməsi üçün qanunvericiliyin tələb etdiyi şəkildə məşğul olunsun və və akademikə rəsmi razılıq məktubu verilsin. Bu məktub qayıtdıqdan sonra düşünürəm ki, AMEA Rəyasət Heyətinin qərarı ilə qanunvericiliyin tələblərinə uyğun şəkildə eyni zamanda Xızı rayonunda yerləşən torpaqların təyinatı üzrə istifadə edilməsi məqsədilə 312 nəfər əməkdaşımızın müqavilələri qanunvericiliyin tələblərinə uyğun yenilənəcək və müddət də Rəyasət Heyətinin qərarı ilə bildiriləcək", - deyə N.Allahverdiyev qeyd edib.

AMEA-nın İctimaiyyətlə əlqələr və analitik informasiya sektorunun müdiri Leyli Namiqqızı isə bildirib ki, "Rəyasət Heyətinin 25 may 2016-cı il tarixli qərarı ilə bu torpaqların istifadəsi AMEA-nın "Xızı Kənd Təsərrüüfatı İstehsalat Kompleksi"nin sərəncamına verilib: "3 oktyabr 2018-ci ildə AMEA Rəyasət Heyəti bu torpaqların bağçılıq-bostançılıq məqsədilə Akademiyanın əməkdaşlarına müvəqqəti istifadəyə verilməsi haqqında qərar qəbul edib. Həmçinin işin təşkili məqsədilə müvafiq kommisiya da yaradılıb. Nəticədə torpaqlardan hər biri 10 sot olmaqla 312 əməkdaşına müvafiq hissə ayrılıb. Əməkdaşlarla AMEA arasında tərəflərin hüquq və vəzifələrini əks etdirən müqavilədə imzalanıb. Müqaviləyə əsasən əməkdaşlar ilkin olaraq 50 manat məbləğində, daha sonra isə aylıq 15 manat həcmində vəsaiti müvafiq yol, su və işıq infrastrukturunun yaradılması üçün AMEA-nın İşlər idarəsinə köçürüblər. Lakin çox təəssüf ki, həmin vəsaitin müqabilində heç bir iş aparılmayıb".

Qeyd edək ki, sözü gedən müqavilənin müddəti də 2021-ci ildə bitməkdədir. Razılıq məktubu alındıqdan sonra AMEA Rəyasət Heyəti tərəfindən qərarın qəbulu, eləcə də müqavilələrin uzadılması də nəzərdə tutulur.

41
Нападающий сборной Швеции Александер Исак

AVRO-2020: Çempionatın ilk qolsuz heç-heçəsi qeydə alındı

0
Futbol üzrə Avropa çempionatında E qrupunda ilk turdan sonra birinci yerə gözlənilmədən Slovakiya millisi çıxıb.

BAKI, 15 iyun - Sputnik. AVRO-2020-də E qrupunda ilk görüşünə çıxan İspaniya yığması öz meydanında İsveçlə qarşılaşıb.

Sevilyadakı Olimpiya Stadionunda təşkil olunmuş görüş heç-heçə ilə yekunlaşıb - 0:0. Bu, AVRO-2020-də yeganə qolsuz matç olub.

E qrupunda turun digər görüşündə Slovakiya Polşanı 2:1 hesabı ilə məğlub edib.

0
Kinoteatrda tamaşaçı, arxiv şəkli

Avropa filmləri festivalı fərqli formatda başlayıb

94
(Yenilənib 23:27 14.06.2021)
Festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

BAKI, 14 iyun — Sputnik. Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin Aİ üzv ölkələri səfirliklərilə birgə təşkil etdiyi Avropa filmlərinin ilk onlayn festivalı iyunun 14-dən 29-dək keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir çərçivəsində Aİ üzvü 13 ölkənin istehsalı olan 10 film nümayiş etdiriləcək. Bunlar Almaniya, Belçika, Çex Respublikası, Finlandiya, Fransa, İspaniya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Polşa, Rumıniya, Yunanıstandır. Filmlərin çoxu bir neçə ölkənin birgə istehsalıdır.

Festivalın açılış mərasimi onlayn formatda keçirilərək Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskasın nitqilə başlayıb. 2010-cu ildən bu yana hər il keçirdikləri festival çərçivəsində Azərbaycanda artıq 148 film nümayiş etdirildiyini deyən diplomat daha sonra bildirib:

"Bu il festivalımızın ilk dəfə onlayn formatda keçirilməsi Avropa filmlərini həm Bakıda, həm də bütün ölkə boyu azərbaycanlı tamaşaçılara daha da yaxınlaşdıracaq. Film hekayə nəql etmək, hissləri çatdırmaq, fikirlər doğurmaq iqtidarındadır. Biz də bu festival vasitəsilə Avropa mədəniyyətini daha yaxşı tanıtdırmaq, Azərbaycan və Avropa İttifaqı xalqları arasında mədəni anlaşmaya təkan vermək ümidindəyik".

Qeyd edək ki, festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

94