Bakıda çimərlik

Dəniz sevdalılarının diqqətinə: bəzi çimərliklərdə həddən artıq çirklənmə var

11
(Yenilənib 20:32 01.06.2021)
N.Mahmudov əlavə edib ki, Novxanı qəsəbəsi, Sabunçu, Nardaran və Zağulba ərazisindəki çimərlik istifadəyə yararlıdır.

 

BAKI, 1 iyun — Sputnik. "May ayının 17-dən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Səhiyyə Nazirliyinin Gigiyeniya və Epidemiologiya Mərkəzi ilə birlikdə Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlərə başlayıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəis əvəzi Nazim Mahmudov bildirib. O deyib ki, ilkin nəticələrə görə, Qaradağ rayonunda Sahil, Səbail rayonunda Şıx, Suraxanı rayonunda Hövsan, Xəzər rayonunda isə Türkan çimərliyində insanların çimməsi tövsiyə edilmir: "Burada həddən artıq çirklənmələr mövcuddur".

N.Mahmudov əlavə edib ki, Novxanı qəsəbəsi, Sabunçu, Nardaran və Zağulba ərazisindəki çimərlik istifadəyə yararlıdır. Nazirlik rəsmisi qeyd edib ki, digər çimərliklərdə aparılan tədqiqatlar davam etdirilir: "İyunun 15-nə qədər bütün nəticələr məlum olacaq".

Qeyd edək ki, Qaradağ rayonunda Sahil, Səbail rayonunda Şıx, Suraxanı rayonunda Hövsan çimərliyində suyun çirkli olduğu ötən mövsüm də də açıqlanmışdı. Buna baxmayaraq, həmin çimərliklərdən istifadə edilirdi.

Eləcə də oxuyun:

11
Teqlər:
ETSN, təhlükə, çirklənmə, çimərlik
Kinoteatrda tamaşaçı, arxiv şəkli

Avropa filmləri festivalı fərqli formatda başlayıb

61
(Yenilənib 23:27 14.06.2021)
Festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

BAKI, 14 iyun — Sputnik. Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin Aİ üzv ölkələri səfirliklərilə birgə təşkil etdiyi Avropa filmlərinin ilk onlayn festivalı iyunun 14-dən 29-dək keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir çərçivəsində Aİ üzvü 13 ölkənin istehsalı olan 10 film nümayiş etdiriləcək. Bunlar Almaniya, Belçika, Çex Respublikası, Finlandiya, Fransa, İspaniya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Polşa, Rumıniya, Yunanıstandır. Filmlərin çoxu bir neçə ölkənin birgə istehsalıdır.

Festivalın açılış mərasimi onlayn formatda keçirilərək Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskasın nitqilə başlayıb. 2010-cu ildən bu yana hər il keçirdikləri festival çərçivəsində Azərbaycanda artıq 148 film nümayiş etdirildiyini deyən diplomat daha sonra bildirib:

"Bu il festivalımızın ilk dəfə onlayn formatda keçirilməsi Avropa filmlərini həm Bakıda, həm də bütün ölkə boyu azərbaycanlı tamaşaçılara daha da yaxınlaşdıracaq. Film hekayə nəql etmək, hissləri çatdırmaq, fikirlər doğurmaq iqtidarındadır. Biz də bu festival vasitəsilə Avropa mədəniyyətini daha yaxşı tanıtdırmaq, Azərbaycan və Avropa İttifaqı xalqları arasında mədəni anlaşmaya təkan vermək ümidindəyik".

Qeyd edək ki, festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

61
Namiq Qaraçuxurlu, arxiv şəkli

Tanınmış meyxanaçı da bəladan qurtula bilmədi

218
Bir neçə gün əvvəl Rusiyadan ölkəyə qayıtmaq istəyən meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub. Bu səbəblə də o Moskvanı tərk edə bilməyib və orada karantinə alınıb.

BAKI, 14 iyun — Sputnik. Meyxanaçı Namiq Qaraçuxurlu koronavirusa yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında məlumat yayıb:

"Əzizlərim narahat olmasın deyə koronavirusa yoluxmağımı gizli saxlamaq istədim. Təəssüf ki, kiminsə ağzının boş olması buna imkan vermədi. Bu həyəcanı sevənlərimə verdiyim üçün üzr istəyirəm. Bildirmək istəyirəm ki, xəstəliyi çox yüngül keçirirəm, saytların bildirdiyi kimi xəstəxanada deyiləm və tezliklə sağalıb, Vətənə geri dönəcəyəm"

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyadan ölkəyə qayıtmaq istəyən meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub. Bu səbəblə də o Moskvanı tərk edə bilməyib və orada karantinə alınıb.

Qeyd edək ki, Namiq Qaraçuxurlu Azərbaycanda meyxana sənətinə bir çox yeniliklər gətirib. Uzun illər meyxana sənəti ilə məşğul olan sənətçi "Rəvayət" adlı meyxansı ilə tamaşaçıların qəlbinə yol tapıb. Həmin meyxanadan sonra gündəmdən düşməyən meyxanaçı səhnəmizin bir çox müğənniləri ilə duet ortağı olub.

218