Milli Məclis

Deputatlarımız istirahətlərini yarımçıq qoyacaqlar

41
(Yenilənib 14:24 31.05.2021)
"Qanunvericiliyin tələbinə uyğun olaraq bununla bağlı müraciət olunub və Milli Məclisin Sədri Milli Məclisin 81 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırır".

BAKI, 31 may — Sputnik. Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən sonuncu plenar iclasda Milli Məclisin Sədri Sahibə Qafarova bildirib.

S.Qafarova bildirib ki, qanunvericiliyin tələbinə uyğun olaraq bununla bağlı müraciət olunub və Milli Məclisin Sədri Milli Məclisin 81 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırır.

"İyun ayında bizim növbədənkənar sessiyamız keçiriləcək, bununla bağlı sərəncam imzalamışam", - deyə sədr qeyd edib.

Qeyd edək ki, bu gün Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirilib və iclasda 6 məsələyə baxılıb.

Eləcə də oxuyun: 

41
Teqlər:
sərəncam, iyul, növbədənkənar sessiya, Milli Məclis

Hökumətdən yeni hava limanlarının tikintisi işində böyük güzəşt

0
Azad edilən ərazilərdə 3 hava limanının tikintisi üçün idxal edilən mallar gömrük rüsumuna cəlb olunmayacaq.

BAKI, 19 iyun — Sputnik. Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qərara əsasən, "Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib.

Bu bəndlə müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanlarının tikintisi üçün istifadəsinin təsdiq edilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçiriləcək.

Bu mallar gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.

0
Приморский парк в Баку

Bazar günü 40 dərəcəyədək isti olacaq

7
(Yenilənib 13:00 19.06.2021)
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

BAKI, 19 iyun — Sputnik. Azərbaycanda iyunun 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-25 isti, gündüz 30-35 isti, Bakıda gecə 23-25 isti, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-40 isti, dağlarda gecə 13-18 isti, gündüz 22-27 dərəcə isti olacaq.

7