Bakıda Fotmula-1 yarışı, arxiv şəkli

"Formula 1" yarışları zamanı Bakı - harada hərəkət sərbəstdir?

30
Bu il "Formula 1" yarışı tamaşaçısız keçirildiyi üçün dənizkənarı bulvar ərazisi bağlı olmayacaq və şəhər sakinləri yarış həftəsinin bütün günlərində bu ərazidən gün boyu istifadə edə biləcəklər.

BAKI, 26 may — Sputnik. İyunun 4-6-da Bakıda keçiriləcək "Formula 1" - Azərbaycan Qran-prisi ilə əlaqədar şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat axınının idarə olunması üçün vahid fəaliyyət planı hazırlanıb. Əhalinin ictimai nəqliyyata əlçatanlığının və müntəzəm sərnişindaşımalarda fasiləsizliyin təmin olunması əsas faktor olaraq müəyyən edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH), Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) birgə açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, vahid fəaliyyət planına əsasən, "Formula 1" yarışının keçirilməsi ilə əlaqədar olaraq trekin keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti 31 may, gecə saat 01:00-dan etibarən 8 iyun, səhər saat 06:00-a qədər dayandırılacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yarış hazırlığı çərçivəsində əvvəlcədən trekdə planlaşdırılan kiçik miqyaslı işlər trek üzrə hərəkət tam məhdudlaşdırıldıqdan sonra həyata keçiriləcək.

Yarış həftəsinin bütün günlərində trekin keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkətinə nəzarəti BŞDYPİ həyata keçirəcək.

Eləcə də yaşayış ünvanı yol hərəkətinin müvəqqəti məhdudlaşdırıldığı ərazilərdə yerləşən şəhər sakinlərinə https://www.bakucitycircuit.com/az/faq səhifəsində əks olunan qaydalara uyğun olaraq yaşayış məntəqələrinə avtomobillə daxil olmaları üçün keçid vərəqləri təqdim olunur.

Məhdudiyyətin tətbiq olunduğu müddət ərzində 22 müntəzəm marşrut xətti üzrə - 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 59, 61, 65, 77, 88, 125, 127, 205, M3 və M7 nömrəli- avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək. Dəyişikliklər barədə ətraflı məlumatı qeyd olunan link vasitəsi ilə əldə etmək mümkündür. (http://www.bna.az/az/news/1318) Digər dəyişikləri isə BŞH-nin internet səhifəsindən www.bakucitycircuit.com əldə edə bilərsiniz.

Nəqliyyat vasitələri ilə yanaşı, piyadaların da rahat, maneəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlər görülüb. Belə ki, yarış həftəsi ərzində şəhər sakinləri trek ərazisində yerləşən yeraltı keçidlərdən və həmçinin trekin müəyyən yerlərində quraşdırılan yerüstü keçidlərdən istifadə edə biləcəklər. Bu yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin və Neftçilər prospekti ilə Rəşid Behbudov küçəsinin, Xaqani ilə Rəşid Behbudov küçələrinin və Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişmələrində yerləşir.

Bundan başqa, bu il "Formula 1" yarışı tamaşaçısız keçirildiyi üçün dənizkənarı bulvar ərazisi bağlı olmayacaq və şəhər sakinləri yarış həftəsinin bütün günlərində bu ərazidən gün boyu istifadə edə biləcəklər.

"Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi adından əhaliyə müraciət edərək müvəqqəti xarakter daşıyan dəyişiklikləri və məhdudiyyətləri anlayışla qəbul etmələrini xahiş edirik. Ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsi ilə şəhər mərkəzinə səyahət etməməyi, daha çox ictimai nəqliyyata üstünlük verilməsini tövsiyə edirik. Bu, yollarda hərəkətin maneəsiz təşkili eləcə də lüzumsuz sıxlıqların yaranmaması baxımından məqsədəuyğun davranışdır.

31 may səhər saat 06:00-dan "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma fəaliyyətinin bərpa olunması da əhalinin ictimai nəqliyyat imkanlarının artırılması baxımından olduqca əhəmiyyətlidir.

Bir daha vətəndaşlarımıza bu cür mötəbər idman tədbirlərinin uğurla keçirilməsinə verdikləri dəstəyə və nümayiş etdirdikləri anlayışa görə təşəkkür edirik", - məlumatda qeyd olunub.

Eləcə də oxuyun:

* Bakıda 23 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

* 28 May - Respublika Günü rahat hərəkət edə biləcəyik

* BNA bu yerlərdə sürəti 30 km/saata endirdi

 

30
Teqlər:
hərəkət, Bakı, bulvar, Formula 1
Mövzu:
"Formula 1"in Azərbaycan Qran Prisi (16)
İstanbul şşəhərinə mənzərə, arxiv şəkli

Azərbaycanlıların xaricdə mənzil sevdası

75
(Yenilənib 08:58 18.06.2021)
May ayında Türkiyənin əmlak bazarı azərbaycanlılar üçün xüsusilə cəzbedici olub. Ekspert bunun əsas səbəblərini xırdalayıb.

BAKI, 18 iyun — Sputnik. Yerli əmlak bazarında son bir ildə yaşanan durğunluq qismən aradan qalxmağa başlayıb. Son günlərdə mənzil bazarında müəyyən qədər canlanma nəzərə çarpır. Maraqlıdır ki, Azərbaycan vətəndaşları Türkiyədə mənzil almağa üstünlük verməyə başlayıb.

Statistika nə deyir

Bu ilin may ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 47 daşınmaz əmlaka sahib olublar. Türkiyə Statistika İdarəsinin məlumatına görə, azərbaycanlılar sayca Türkiyədə ev alan xaricilərin sırasında 9-cu yerdə qərarlaşıb.

Ötən ilin müvafiq dövründə azərbaycanlılar Türkiyədən 42 mənzil alıblar.

Maraqlıdır, azərbaycanlıların Türkiyə bazarına axın etməsinin əsas səbəbi nədir və qardaş ölkədə mənzil sahibi olanlar əsasən əhalinin hansı təbəqəsini təşkil edir?

Məsələyə ekspert yanaşması

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, pandemiyadan öncə də azərbaycanlılar xarici ölkələr içində ən çox Türkiyədə ev alırdılar. Lakin pandemiya dövründə sərhədlər bağlı qaldığı üçün vətəndaşlarımız nəinki ölkədən, heç şəhərdən də çıxa bilmədilər. Belə olan halda xarici ölkələrdə mülkü, əmlakı olan şəxslər arasında ajiotaj yarandı. Prosesin nə zamanadək davam edəcəyi bilinmirdi. Əmlak da vətəndaşlarımız üçün əlçatan deyildi. Odur ki, xaricdə əmlak almaqla bağlı adamlarda qorxu yarandı.

"Çoxları özləri ora gedə bilməsələr də, həmin dövrdə oradakı əmlaklarını satdırmağa çalışdılar. Lakin göründüyü kimi artıq xarici bazara - Türkiyənin mənzil bazarına axın var. Bu mənzillərin əksəriyyətini də Türkiyədə yaşayan, işləyən vətəndaşlarımız alıb. Bundan başqa, övladı orada təhsil alanlar, burada evi, hər şeyi olub orada işləyənlər də Türkiyənin mənzil bazarına axın edir. Övladları Türkiyədə oxuyan imkanlı adamlar düşünürlər ki, orada kirayədə qalmaqdansa, ev alsalar daha yaxşı olar. Bakıda da belədir. Rayonlarda yaşayan imkanlı şəxslər övladı Bakıda oxuduğu üçün ona buradan ev alırlar. Beləcə, gənclər kirayə pulundan azad olurlar, sonra da mənzil onlara qalır. Lazım olanda isə onu istədikləri bazar qiymətinə sata, qoyduqları pulu artıqlaması ilə götürə bilirlər".

Ekspertin sözlərinə görə, Türkiyə xarici vətəndaşların daha asan şəkildə orada ev sahibi ola bilməsi üçün bir sıra qanunları dəyişib: "Əvvəllər xarici ölkə vətəndaşının Türkiyədə əmlak alması qaydaları çox çətin idi. Torpaq sahəsini isə ancaq Türkiyə vətəndaşı ala bilərdi. Lakin qanunlara dəyişiklikdən sonra Tükiyənin daşınmaz əmlak bazarına milyardlarla axın gəldi ki, bu axının böyük qisminin də biz daha çox ərəb ölkələrindən olduğunu görə bilərik. Türkiyə bir dövlət kimi bu vəziyyətdən çox bəhrələndi".

Fərzəliyev Türkiyənin Statistika Komitəsinin xarici ölkə vətəndaşlarınını əldə etdiyi mənzillərlə bağlı statistikanı şəffaf saxladığını qeyd edib. Lakin Rusiya ilə bağlı bunu deməyin çətin olduğunu bildirib.

"Çünki Rusiyada belə statistika yoxdur. Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır və onların böyük hissəsinin orada evləri var. 2015-2016-cı illərdə devalvasiya baş verdiyi dövrdə Rusiyada maraqlı hadisə baş verdi. Dollar qalxsa da, evlərin qiyməti qalxmadı, elə əvvəlki həddə qaldı", - deyə o, əlavə edib.

Ekspert bildirir ki, 2016-cı ildə Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti Azərbaycandakı evlərini sataraq dollara çevirib ora aparıblar. Sonra da Rusiyada həmin dollarlara yaxşı evlər alıbar.

Prosesin Azərbaycandakı daşınmaz əmlak bazarına təsiri

Pandemiya dövründə Azərbaycanda mənzillərin qiymətində enmə olmayıb. Ekspertin fikrincə, əksinə qiymət artımı müşahidə olunub ki, bu da tikinti materialları bazarındakı qiymət artımı ilə əlaqədardır.

"Son 1-1,5 il ərzində tikinti materiallarının qiymətində təqribən 30-40 faiz artım olub. Taxtanın qiymətində isə kifayət qədər yüksək artım baş verib. Tikintinin maya dəyərinin artması satışa təsirsiz ötüşməyə bilməz", - deyə Fərzəliyevin sözlərinə görə, pandemiya dövründə bina evlərinə tələbat azalıb. Satılan evlərin əksəriyyəti isə ipoteka ilə satılıb. Ötən ilin may ayında əksəriyyət karantin vəziyyəti ilə əlaqədar olaraq həyət evi alıb. Nəticədə həyətyanı sahələrin, bağ evlərinin qiyməti və kirayə haqqı artıb. Lakin artıq rayonlara gediş-gəliş açıldığı üçün Bakıda həyət evlərinə deyil, rayonlarda mənzil bazarına axının çoxaldığı görünür. Baxmayaraq ki, ötən il bölgələrdə mənzil bazarında 70 faizədək çökmə baş verib.

Əmlak bazarına nəzər saldıqda, paytaxtda mərkəz ətrafında 1 otaqlı evlərin qiyməti 36-105 min manat, 2 otaqlıların qiyməti 63-136 min manat, 3 otaqlıların qiyməti isə yerindən asılı olaraq 235 min manatadək dəyişir.

Qonşu ölkə Türkiyədə vəziyyət necədir?

Pandemiya ilində daşınmaz əmlak bazarında ən çox qiymət artımı olan ölkə Türkiyə olub. Türkiyədə son bir ildə mənzillərin qiymətində 30 faizədək artım olub. Mənzil qiymətlərinin artımına görə, Türkiyədən sonrakı yerdə Yeni Zelandiya və Lüksemburq dayanıb. Bundan başqa, Türkiyədə əcnəbilərə daşınmaz əmlak satışının kəmiyyətində də artım olub - son 4 ayda 19 faizədək.

Türkiyədə 100 kvadratmetrlik 3 otaqlı evlərin qiyməti təxminən 130-145 min Türk Lirəsi arasında dəyişir.

75
Kinolent, arxiv şəkli

Azərbaycanda yeni kino platforması fəaliyyətə başlayıb

15
(Yenilənib 08:48 18.06.2021)
Platformanın yaradılmasında məqsəd Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir.

BAKI, 18 iyun — Sputnik. "Narimanfilm" kinostudiyasının xaricdə yaşayan soydaşlarımız üçün xüsusi olaraq hazırladığı https://azcinemaonline.com/ internet kinoteatrı yenilənmiş platformada fəaliyyət göstərməyə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, platformanın yaradılmasında məqsəd digər ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrini möhkəmləndirmək, onları mədəniyyət və kino sahəsində baş verən yeniliklərlə tanış etmək, Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir. Eyni zamanda, gənc kinematoqrafçılarımıza öz işlərini dünya izləyicilərinə təqdim etmək imkanı yaratmaq və Azərbaycan kinematoqrafçıları ilə digər ölkələrdən olan həmkarları arasında iş birliyinin qurulması üçün şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Burada Azərbaycan kinosunun inciləri ilə yanaşı, həmçinin ölkəmizin ərazisində xarici kinematoqrafçılar tərəfindən çəkilmiş filmlərlə tanış olmaq, onlara rəy bildirmək və kinotənqidçilərlə birlikdə müzakirələrə qoşulmaq mümkündür.

Platforma vasitəsilə ölkəmizin kino tarixi boyu yaradılmış müxtəlif bədii, sənədli və animasiya filmlərinin izlənməsi sayt istifadəçilərinə bir növ Azərbaycana açılan pəncərə olaraq gözəl Vətənimizi daha yaxşı tanımalarına imkan yaradır.

15
İranlı qadın bayraqlarla, arxiv şəkli

İranda prezident seçkisi keçirilir

0
(Yenilənib 09:57 18.06.2021)
İranlılar sayca 13-cü prezidentlərini seçəcəklər. Ölkənin 80 milyonluq əhalisinin 59 milyon 310 min 307 nəfəri səsvermə hüququna malikdir.

BAKI, 18 iyun - Sputnik. Bu gün İranda prezident seçkisi keçirilir. Artıq əsas namizədlərdən biri - İbrahim Rəisi seçkidə səs verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Rəisi Tehranın cənubundakı Rey rayonunda, Ərşad məscidindəki məntəqədə səs verib.

"Ümid edirəm ki, seçki nəticəsində xalqın problemlərini həll edə biləcək hökumət formalaşdırılacaq", - Rəisi deyib və hər kəsi seçkidə iştiraka səsləyib.

İranda prezident seçkisi

İranlılar sayca 13-cü prezidentlərini seçəcəklər. Seçki məntəqələri yerli vaxtla saat 7:00-da açılıb. İctimai Rəyin Sorğusu üzrə Tələbə Mərkəzinin məlumatına görə, seçkiyə qatılmaq istəyənlərin 63%-i Rəisiyə səs verməyə hazırdır. Rəisinin digər rəqibi Qəbul edilən qərarların məqsədəuyğunluğu Şurasının katibi Möhsin Rezaiyə isə seçicilərin 9%-i etimad göstərir. Digər namizədlər parlament sədrinin müavini Əmirhüseyn Qazizadə Haşimi və keçmiş Mərkəzi Bank rəhbəri Əbdülnasir Himmətidir.

Seçkini işıqlandırmaq üçün İrana 38 ölkədən 226 beynəlxalq medianı təmsil edən 500 jurnalist səfər edib.

İranın 80 milyonluq əhalisinin 59 milyon 310 min 307 nəfəri səsvermə hüququna malikdir. Səsvermə hüququna malik olanlardan 29 milyon 980 min 38 nəfəri kişi, 29 milyon 330 min 269 nəfəri isə qadındır.

1 milyon 392 min 148 nəfər prezident seçkisində ilk dəfə səsvermədə iştirak edəcək.

0
Teqlər:
prezident seçkisi, İran