* AZƏRBAYCAN *
İmtahan, arxiv şəkli

Nazirlik qiymətləndirmənin təfərrüatlarını açıqladı

1454
Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün ümumi təhsil müəssisələrində aparılan tədqiqatdır.

BAKI, 26 may — Sputnik. Təhsil Nazirliyi məktəblərdə keçirilən milli qiymətləndirmənin təfərrüatlarını açıqlayıb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, 1-11 iyunda ümumi təhsil pilləsində fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə növbəti milli qiymətləndirmə təşkil olunacaq. Milli qiymətləndirmənin Azərbaycan və rus bölmələri üzrə təşkili nəzərdə tutulur. Bu il keçiriləcək milli qiymətləndirmə həm əyani (seçilmiş siniflər üzrə), həm də onlayn ("Virtual məktəb" platforması üzərindən) formatda təşkil olunacaq. İyunun 1-dən başlanılacaq milli qiymətləndirmə prosesində ilk növbədə IV, VI və IX sinif şagirdləri əyani şəkildə müvafiq olaraq riyaziyyat, tədris dili və xarici dil, eləcə də təbiət fənləri üzrə sualları cavablandıracaqlar.

İyunun 2-dən isə II-VIII və X sinif şagirdləri onlayn formatda ayrı-ayrı fənlər üzrə müxtəlif sayda tapşırıqları cavablandıracaqlar. Qiymətləndirmədə iştirak etmək üçün "Virtual məktəb" platformasında ümumi şagird qruplarında "Testlər" altbölməsinə daxil olmaq və orada yerləşdirilən müvafiq fənlər üzrə test tapşırıqlarına cavab vermək lazımdır (https://www.youtube.com/watch?v=TYD5z3Hq9vU). Onlayn milli qiymətləndirmədə iştirak edəcək şagirdlər öz nəticələrinə testi tamamlandıqdan sonra ekrana çıxacaq "Təhlil" ("Review") bölməsindən baxa bilərlər. Şagirdlərin nəticələrinin əlavə olaraq elektron poçtla göndərilməsi nəzərdə tutulmayıb. Milli qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər arasında sosial-iqtisadi vəziyyətə dair sorğu keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki, milli qiymətləndirmə tədqiqatı məktəbdaxili summativ qiymətləndirmə ilə qarışdırılmamalıdır. Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün ümumi təhsil müəssisələrində aparılan tədqiqatdır. Milli qiymətləndirmənin nəticələri şagirdlərin məktəbdaxili qiymətləndirmə nəticələrinə təsir etmir.

1454
Qaxda partlayışın baş verdiyi mineral su sexi

Sexdə partlayış olub, işçi dünyasını dəyişib - FOTO

3
Oksigen balonunun partlaması zamanı yaranan zərbənin gücündən ərazidə olan kişinin bədəni bir neçə yerə bölünüb.

BAKI, 24 iyun — Sputnik. Qaxda mineral su sexində partlayış olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Süskənd yaşayış məntəqəsində yerləşən “İlham” firmasında baş verib.

  • Qaxda partlayışın baş verdiyi mineral su sexi
    © Sputnik / Ibrahim Hashimov
  • Qaxda partlayışın baş verdiyi mineral su sexi
    © Sputnik / Ibrahim Hashimov
1 / 2
© Sputnik / Ibrahim Hashimov
Qaxda partlayışın baş verdiyi mineral su sexi

Mineral su sexlərindən birinin sahəsində yerləşdirilən yüksək təzyiqlə sıxılmış oksigen balonu partlayıb. Oksigen balonunun partlaması zamanı yaranan zərbənin gücündən ərazidə olan Qax şəhər sakini, 54 yaşlı Aydın Əşrəf oğlu Şabanovun bədəni bir neçə yerə bölünüb.

Ruzigar Verdiyeva isə güclü şok vəziyyətində xəsətəxanaya yerləşdirilib. Hazırda onun müayinə və müalicəsi davam etdirilir. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Eləcə də oxuyun:

  • Lənkəranda qətl hadisəsi: İki nəfər öldürüldü

  • Balakəndə polis əməkdaşı xidməti silahla özünü niyə vurub?

  • Bakıda çoxmərtəbəli yaşayış binasında qorxulu anlar yaşanıb

  • Şabranda güclü yanğın - insanlar təxliyə edilirlər

3
Teqlər:
xəstəxana, ölüm, partlayış, Qax
Şuşa, arxiv şəkli

Şuşanı azad edən hərbçilərimiz medala layiq görüldülər - SİYAHI

434
(Yenilənib 15:16 24.06.2021)
Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbçilərimiz medalla təltif olundular

BAKI, 24 iyun - Sputnik. Prezident İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda
aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

Təltif olunan hərbçilərin siyahısına buradan baxmaq olar.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı. 

44 gün davam edən müharibə zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Müdafiə Nazirliyinin məlumatına görə, İkinci Qarabağ savaşında şəhid olan hərbçilərdən 2841 nəfəri yanvarın 11-dək dəfn edilib. 64 nəfər isə itkin düşmüş sayılır. 

Vətən müharibədə xəsarət alan bütün qazilərin müalicə və reabilitasiyası Prezidentin göstərişi ilə dövlət tərəfindən gerçəkləşdirilir.

Dirçəliş

Müharibədən sonra işğaldan azad edilmiş bölgələrdə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı müxtəlif xarici şirkətlər də dəvət alıb. Füzulidə beynəlxalq aeroportun tikilməsinə start verilib. Prezident İlham Əliyevin sözlərinə görə, ya Laçın, ya Kəlbəcərdə ikinci beynəlxalq hava limanı inşa ediləcək. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub və orada 30 illik fasilədən sonra "Xarı-bülbül" festivalı keçirilib. 

---------------

29.12.2021

14:27

Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilirlər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Təltif olunmuş hərbçilərimizin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz. 

Eləcə də oxuyun:

  • Bu igidlərimiz Qubadlının azad olunmasına görə medalla təltif olundular

  • Prezident hərbçilərimizi "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif etdi

  • "Zəngilanın azad olunmasına görə" medal alanları siz də tanıyın – SİYAHI

  • Bir qrup hərbçi "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi – SİYAHI

  • Prezident onları "Füzulinin azad olunmasına görə" medalı ilə təltif etdi – SİYAHI

434