BakuBus avtobusu, arxiv şəkli

Bakıda 23 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

12
(Yenilənib 15:54 26.05.2021)
Mayın 31-dən başlayaraq qismən və tam bağlanacaq yollara görə 23 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

BAKI, 26 may — Sputnik. Bakıda keçiriləcək 2021 Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar mayın 31-dən başlayaraq qismən və tam bağlanacaq yollara görə 23 marşrut xəttinin hərəkət sxem müvəqqəti dəyişdiriləcək.

Sputnik Azərbaycan bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, həmin marşrut xətləri aşağıdakılardır:

• 1, 2, 4, 10, 46 və M3 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. - Y.Səfərov küç., ilə;

• 5 nömrəli marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi S.Rəhimov küçəsində olmaqla hərəkəti Azadlıq pr., S.Rəhimov küç., Xətai pr., ilə;

• 6 nömrəli marşrut üzrə avtobusların fəaliyyəti 2 istiqamət üzrə yəni 20-ci Sahə - M.Useynov küçəsi (Funikulyor) və Axundov bağı – Azadlıq prospekti metro stansiyası istiqamətində;

• 88, M7 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi 28 May m.st yaxınlığında olmaqla hərəkəti 28 May m/st. - Puşkin küç. – D.Əliyeva küç ilə;

• 6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küç. olmaqla Ş.Şamil küç., Lermantov küç., B.Sərdarov küç. ilə;

  • Bakıda №6 marşrut xəttinin müvəqqəti hərəkət sxemi
    © Baku Transport Agency
  • Bakıda №10 marşrut xəttinin müvəqqəti hərəkət sxemi
    © Baku Transport Agency
  • Bakıda №88 və M7 marşrut xətlərinin müvəqqəti hərəkət sxemi
    © Baku Transport Agency
  • Bakıda №5 marşrut xəttinin müvəqqəti hərəkət sxemi
    © Baku Transport Agency
  • Bakıda M2A marşrut xəttinin müvəqqəti hərəkət sxemi
    © Baku Transport Agency
  • Bakıda №1, 2, 4, 10, 46 və M3 marşrut xətlərinin müvəqqəti hərəkət sxemi
    © Baku Transport Agency
  • Bakıda №65 marşrut xəttinin müvəqqəti hərəkət sxemi
    © Baku Transport Agency
  • Bakıda №205 marşrut xəttinin müvəqqəti hərəkət sxemi
    © Baku Transport Agency
  • Bakıda №125 marşrut xəttinin müvəqqəti hərəkət sxemi
    © Baku Transport Agency
  • Bakı Şəhər Halqası
    © Baku Transport Agency
  • Bakıda M2 marşrut xəttinin müvəqqəti hərəkət sxemi
    © Baku Transport Agency
  • Bakıda №6, 18, 31, 37 və 77 marşrut xətlərinin müvəqqəti hərəkət sxemi
    © Baku Transport Agency
  • Bakıda №127 marşrut xəttinin müvəqqəti hərəkət sxemi
    © Baku Transport Agency
  • Bakıda №59 və 61 marşrut xətlərinin müvəqqəti hərəkət sxemi
    © Baku Transport Agency
  • Bakıda №53 marşrut xəttinin müvəqqəti hərəkət sxemi
    © Baku Transport Agency
1 / 15
© Baku Transport Agency
Bakıda №6 marşrut xəttinin müvəqqəti hərəkət sxemi

• 53, 125 və 127 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küç. (Funikulyor);

• 59 və 61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. - Ş.Bədəlbəyli küç. –R.Behbudov küç., ilə;

• 65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küç., - Ə.Cavad küç., - Azərbaycan pr. ilə;

• 205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küç. Daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək;

• M2 və M2A nömrəli ekspres marşrutlar üzrə avtobusların hərəkəti Neftçilər prospektindən çıxarılaraq Mirzəağa Əliyev, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələri ilə təşkil ediləcək.

12
Kinoteatrda tamaşaçı, arxiv şəkli

Avropa filmləri festivalı fərqli formatda başlayıb

23
(Yenilənib 23:27 14.06.2021)
Festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

BAKI, 14 iyun — Sputnik. Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin Aİ üzv ölkələri səfirliklərilə birgə təşkil etdiyi Avropa filmlərinin ilk onlayn festivalı iyunun 14-dən 29-dək keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir çərçivəsində Aİ üzvü 13 ölkənin istehsalı olan 10 film nümayiş etdiriləcək. Bunlar Almaniya, Belçika, Çex Respublikası, Finlandiya, Fransa, İspaniya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Polşa, Rumıniya, Yunanıstandır. Filmlərin çoxu bir neçə ölkənin birgə istehsalıdır.

Festivalın açılış mərasimi onlayn formatda keçirilərək Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskasın nitqilə başlayıb. 2010-cu ildən bu yana hər il keçirdikləri festival çərçivəsində Azərbaycanda artıq 148 film nümayiş etdirildiyini deyən diplomat daha sonra bildirib:

"Bu il festivalımızın ilk dəfə onlayn formatda keçirilməsi Avropa filmlərini həm Bakıda, həm də bütün ölkə boyu azərbaycanlı tamaşaçılara daha da yaxınlaşdıracaq. Film hekayə nəql etmək, hissləri çatdırmaq, fikirlər doğurmaq iqtidarındadır. Biz də bu festival vasitəsilə Avropa mədəniyyətini daha yaxşı tanıtdırmaq, Azərbaycan və Avropa İttifaqı xalqları arasında mədəni anlaşmaya təkan vermək ümidindəyik".

Qeyd edək ki, festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

23
Namiq Qaraçuxurlu, arxiv şəkli

Tanınmış meyxanaçı da bəladan qurtula bilmədi

161
Bir neçə gün əvvəl Rusiyadan ölkəyə qayıtmaq istəyən meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub. Bu səbəblə də o Moskvanı tərk edə bilməyib və orada karantinə alınıb.

BAKI, 14 iyun — Sputnik. Meyxanaçı Namiq Qaraçuxurlu koronavirusa yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında məlumat yayıb:

"Əzizlərim narahat olmasın deyə koronavirusa yoluxmağımı gizli saxlamaq istədim. Təəssüf ki, kiminsə ağzının boş olması buna imkan vermədi. Bu həyəcanı sevənlərimə verdiyim üçün üzr istəyirəm. Bildirmək istəyirəm ki, xəstəliyi çox yüngül keçirirəm, saytların bildirdiyi kimi xəstəxanada deyiləm və tezliklə sağalıb, Vətənə geri dönəcəyəm"

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyadan ölkəyə qayıtmaq istəyən meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub. Bu səbəblə də o Moskvanı tərk edə bilməyib və orada karantinə alınıb.

Qeyd edək ki, Namiq Qaraçuxurlu Azərbaycanda meyxana sənətinə bir çox yeniliklər gətirib. Uzun illər meyxana sənəti ilə məşğul olan sənətçi "Rəvayət" adlı meyxansı ilə tamaşaçıların qəlbinə yol tapıb. Həmin meyxanadan sonra gündəmdən düşməyən meyxanaçı səhnəmizin bir çox müğənniləri ilə duet ortağı olub.

161