CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda virusa yoluxma sayı yenidən artıb

© AFP 2023 / INA FASSBENDERНаборы для экспресс-тестов от коронавируса, фото из архива
Наборы для экспресс-тестов от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.05.2021
Abunə olmaq
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9825, bu günə qədər isə ümumilikdə 3468615 test icra olunub.

BAKI, 25 may — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 284 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 332894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 321677 nəfər müalicə olunaraq sağalıb, 4877 nəfər vəfat edib. 6340 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9825, bu günə qədər isə ümumilikdə 3468615 test icra olunub.

Qeyd edək ki, dünən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 424 nəfər müalicə olunaraq sağalıb.

 

Xəbər lenti
0