Əlillər, arxiv şəkli

Əlillərin işsizlik problemi onlar üçün yaradılan şərait

3145
(Yenilənib 07:35 24.05.2021)
Özünüməşğulluq proqramının icrasında da əlilliyi olan şəxslərə üstünlük verilir. Belə ki, 2020-ci ildə 1 809 nəfər əlilliyi olan şəxs, 2021-ci ilin I rübündə 152 nəfər əlilliyi olan şəxs kiçik bizneslərini yaradılması üçün özünüməşğulluq proqramına cəlb edilib.

BAKI, 24 may — Sputnik, Nigar İsgəndərova. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev əlillərin işsziliyi ilə bağlı çıxışında bildirib ki, kvota dolubsa, bu zaman kvotadan əlavə iş yerləri üçün Dövlət Məşğulluq Agentliyi İşdən Sığorta Fondunun vəsaiti hesabına həmin iş yerinin 100 faiz maliyyələşməsini həyata keçirir.

Əlillərin işlə təminatı hazırda hansı səviyyədədir, bunu öyrənməyə çalışdıq. İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bu sahədə olan problemlərdən danışıb. İqtisadçı bildirib ki, hazırda Azərbaycanda kifayət qədər işsiz əlil var: "Əgər sığorta fondunun vəsaiti hesabına bu şəxslərə görə kvotadan əlavə həmin iş yerlərinin yüz faiz maliyyələşməsi varsa, o zaman nə üçün bu qədər işsiz əlil var? Əlillər eyni zamanda özünməşğulluq proqramda da həssas sosial qrup olaraq üstünlüyü olan bir qrup kimi qiymətləndirilirlər. Bu şəxslərin müraciətəri, biznes planları önə çəkilir. Lakin qeyd edim ki, özəl sektorun əlillərin işlə təminatında iştirakçılıq səviyyəsi çox aşağıdır. Qanunvericiliyin tələbinə görə, əslində hər bir müəssisə əmək qüvvəsinin 3 faizə qədərini əlilliyi olan şəxsərdən formalaşdırmalıdır. Lakin bu məsələdə nəzarət mexanizmləri o qədər də təkmil deyil, inkişaf etməyib".

Ekspert bildirir ki, müəssisələr müxtəlif əsaslar gətirməklə əlillərin işə qəbuluna mane yaradır: "Yaxud da, nəzər yetirsək, görərik ki, əksər müəssisələrin öz infrastrukturu əlillərin işləməsi üçün şərait yaratmır. Dövlət müəssisələrində də bənzər mənzərəni müşahidə etmək mümkündür. Yəni, Azərbaycanda çox az sayda dövlət və özəl iş yerləri var ki, onların infrastrukturu əlilərin orada çalışması üçün uyğunlaşdırılıb. Əlillərin işlə təminatında öz həllini tapmalı olan məsələlərdən biri də infrastrukturdur".

"İnklüziv iqtisadi modeldən söhbət gedir və qeyd olunmalıdır ki, əlillər də bu cəmiyyətin əhəmiyyətli hissəsindən biridir. Faktiki olaraq ölkədə 600-700 minə yaxın əlil var. Lakin onların iqtisadiyyatdan kənar qalması, bu sahədə iştirak etməməsi, potensiallarını ortaya qoymamaları Azərbaycanın ümumi inkişafını geriyə salan məqamlardan biridir. Əmək Məcəlləsində nəzərdə tutulan tələblə bağlı nızarıtmexanizmi formalaşamalıdır. Əmək Fondunun əllilərdən ibarət olan hissəsi davamlı olaraq aidiyyəti qurumlar, o cümlədən Dövlət Məşğulluq Agentliyi tərəfindən nəzarətdə saxlanılmalıdır", - deyə o əlavə edib.

R.Həsənov deyir ki, əlillərin işsizliyi ilə bağlı digər məsələ isə maarifləndirmə ilə bağlıdır: "Bir çox hallarda, məsələn, 2-ci və 3-cü qrup əlilliyi olanlar işləmək hüquqları olsa belə, düşünür ki, onların işləmək hüquqları yoxdur. Bu şəxslərin maarifləndirilməsinə ehtiyac var ki, onlar iş üçün mürciət etsinlər və iş axtaran kimi qeydiyyata düşsünlər".

Paralimpiya Komitəsinin aparıcı mütəxəssisi, eyni zamanda da müyəssərlik üzrə beynəlxalaq ekspert olan Azər Məmmədli bildirir ki, əlilliyi olan şəxslərin məşğulluğu sırf iş tapmaqdan ibarət deyil: "Baxın, bir çox əlillərin heç peşəsi yoxdur. Hətta peşə təhsili olanlar da iş tapmaqda çətinlik çəkirlər. Yəni, əlilliyi olan şəxslərin işləməsinin qarşısını alan bir çox maneələr var".

Maraqlıdır, son bir ildə əlilliyi olan nə qədər şəxs işlə təmin olunub? Dövlət Məşğulluq Agentliyindən əlilliyi olan şəxslərin məşğulluğunun təminatı sahəsində görülən işlərlə bağlı sorğumuza cavab olaraq bildirilib ki, fiziki məhdudiyyətli insanlar, yəni əlilliyi olan şəxslər üçün məşğulluq və özünüməşğulluq imkanlarının yaradılması aktiv məşğullluq tədbirlərinin əsas istiqamətlərindən biridir.

Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq tədbirlərinin icrası zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə – şəhid ailəsi üzvləri, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər və keçmiş məcburi köçkünlərə üstünlük verilir.

Bu sahədə aparılan işlərin davamı kimi, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2020-ci ildə işlə təmin olunan 96 285 nəfərdən 2049-nu, 2021-ci ilin I rübündə işlə təmin olunan 31 580 nəfərin isə 600-ə yaxınını əlilliyi olan şəxslər təşkil edib.

Özünüməşğulluq proqramının icrasında da əlilliyi olan şəxslərə üstünlük verilir. Belə ki, 2020-ci ildə 1 809 nəfər əlilliyi olan şəxs, 2021-ci ilin I rübündə 152 nəfər əlilliyi olan şəxs kiçik bizneslərini yaradılması üçün özünüməşğulluq proqramına cəlb edilib.

Eyni zamanda, BMT İnkişaf Proqramı ilə birgə icra olunan "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" layihəsi üzrə daha 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesinin qurulması işləri aparılır.

BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondunun iştirakı ilə icra olunan "Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması" birgə layihəsi üzrə də əlilliyi olan şəxslərin məşğulluğuna dəstək verilir.

Eyni zamanda, ödənişi ictimai proqramına cəlb olunanların da mühüm bir hissəsi əlilliyi olan şəxslərdir.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə peşə hazırlığı kursları təşkil edilir.

Bildiyiniz kimi koronavirus pandemiyası səbəbi ilə həyata keçirilən karantin tədbirlərinə uyğun olaraq ötən ildən peşə hazırlığı kurslarına fasilə verilmişdi.

Bu ildə artıq Nazirlər Kabineti tərəfindən qəbul olunmuş müvafiq qərarlara uyğun olaraq ölkədəki sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla, tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair xüsusi tələblərə riayət edilməklə peşə hazırlığı kurslayı həyata keçiriləcək.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslər üçün Peşə-əmək Reabilitasiyası Mərkəzi də əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsində, onların yeni peşələrə yiyələnməsində mühüm rol oynayır. Mərkəzdə 2020-ci ildə 152 nəfər əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.

Onu da qeyd edim ki, ötən aydan bu günlərdə həmin Mərkəzinin yetirmələrinin əl işlərinin satış-sərgilərinə başlanıb. İlk satış-sərgi aprelin 28-29-da 1 saylı DOST Mərkəzində təşkil olunub. Xalçaçılıq, toxuculuq, rəssamlıq, oyma növləri üzrə müxtəlif əl işləri sərgilənərək satışa çıxarılıb.

Əsas məqsəd əlilliyi olan şəxslərin istedad və bacarıqlarının cəmiyyətə tanıdılmasına, yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, ümumən bu kateqoriyadan olan vətəndaşların cəmiyyətə inteqrasiyasına yaxından dəstək olmaqdır.

Həmçinin oxuyun:

Nazirlikdən saxta əlilliklərlə bağlı daha bir açıqlama

Azərbaycanda işsizliyin əsas səbəbləri - Nələrə ehtiyac var?

Vətəndaşlarımızın əlillikdən könüllü imtinası müşahidə olunur

3145
Teqlər:
işsizlik, əlillik, əlillər
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Yetkinlik yaşına çatmayan şəxsə qarşı quldurluq edənlər saxlanılıb

12
(Yenilənib 22:58 19.06.2021)
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

BAKI, 19 iyun - Sputnik. Paytaxtın Xətai rayonu ərazisində yetkinlik yaşına çatmayan bir nəfərə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkən şəxs Xətai Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, M.Hadi küçəsində yerləşən restoranlardan birinin qarşısında iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb.

Daha sonra həmin şəxslər onu əllərində olan bıçaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib mobil telefonunu tələb ediblər. Zərərçəkən telefonu onlara verəndən sonra həmin şəxslər hadisə yerindən qaçıblar.

Məlumat daxil olan kimi Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin və 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, həmin ünvanda zəruri əməliyyat-istintaq hərəkətləri icra edilib. Həyata keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vasif Əliyev və İlham Həsənov saxlanılaraq istintaqa təqdim ediliblər. Hər iki şəxs ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

Qeyd edək ki, zərərçəkənə məxsus mobil telefon saxlanılan şəxslərin üzərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

12

Baş məşqçi: Türkiyə millisi AVRO-2020-nin pley-off mərələsinə çıxmağa ümid edir

13
Futbol üzrə Türkiyə yığmasının baş məşqçisi Avropa çümpionatının qrup mərhələsində İsveçrə komandası ilə oyundan gözləntiləri ilə bölüşüb

BAKI, 19 iyun — Sputnik. Futbol üzrə Türkiyə millisi qrupda üçüncü yeri tutaraq Avropa çümpionatının pley-of mərhələsinə çıxmağa ümid edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş oyundan əvvəlki mətbuat konfransında deyib.

Bazar günü, iyunun 20-də Bakı Olimpiya stadionunda Avropa çümpionatının qrup mərhələsinin üçüncü turunda Türkiyə və İsveçrə yıığmaları üz-üzə gələcək.

"A" qrupundakı əvvəlki iki oyunda Türkiyə komandası İtaliya (0:3) və Uels (0:2) komandalarına məğlub olub, isveçrəlilər isə uelslilərlə heç-heçə oynayaraq (1:1) italyanlara məğlub olublar (0:3).

Günəş bildirib ki, Uels yığması ilə əvvəlki oyunda onun yetirmələri özünə inamı itiriblər.

"Əvvəlki iki oyun bizim üçün çox mürəkkəb oldu. Uels komandası ilə oyunda biz özümüzə inamı itirdik. Bizdən çox şey gözlənildiyini bilirdik, lakin komandamız gəncdir və bu oyunçulara təsir etdi. İndi biz çətin vəziyyətdəyik", - deyə o bildirib.

Mütəxəssis onu da deyib ki, komandanın oyununda həm oyunçuların texnikası cəhətdən, həm də taktiki hazırlıqda problemlər var. Lakin, özünün də dəfələrlə dediyi kimi, Günəş öz ünvanına və komandanın ünvanına səslənən tənqidə normal yanaşır.

"Çoxları bizim çıxışımızdan narazıdır, biz də narazıyıq. Hər kəsin fikir yürütmək haqqı var, bu normaldır, biz tənqidi qəbul edirik və o əsassız deyil. Biz həqiqətən çoxlu səhvlər edirik, xüsusilə də yarımmüdafiədə. Elə bu zonada komandanı heyətində dəyişikliklərin olacağı istisna deyil", - deyə Günəş bildirib.

Bütün bunlara baxmayaraq, Türkiyə millisi qrup mərhələsində üçüncü yer tutmuş komandalardan dörd komandadan biri olmaq və 1/8 finala çıxmağa ümid edir.

"Kağız üzərində İsveçrə komandasının daha çox qələbə şansı ola bilər. Lakin Uels də reytinqdə aşağıda idi, indi bu komanda həm bizdən, həm də isveçrəlilərdən yüksəkdədir. Lap əvvəldən düşünülürdü ki, İsveçrə və Türkiyə milliləri qrupda ikinci yer uğrunda oynayacaqlar, indi isə ikinci yerə ancaq isveçrəlilər çıxa bilərlər. Biz isə ancaq üçüncü yer uğrunda mübarizə apara və üçüncü yer tutmuş ən yaxşı dörd komandadan biri olaraq pley-off mərhələsinə çıxmağa ümid edə bilərik", - deyə Günəş əlavə edib.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1) və iyunun 16-da Türkiyə-Uels (0:2) oyunları artıq keçirilib. Bundan əlavə qarşıda İsveçrə-Türkiyə (20 iyun) qarşılaşması var. İyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

13
 S7 Airlines aviaşirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Mahaçqaladan Bakıya birbaşa aviareys olacaq

67
S7 Airlines aviaşirkəti Dağıstan Respublikasından Azərbaycana ilk uçuşunu iyulun 4-də həyata keçirəcək.

 

BAKI, 19 iyun — Sputnik. İyulun 4-dən etibarən Mahaçqala ilə Bakını birbaşa aviareys bağlayacaq. Mahaçqala hava limanının mətbuat xidmətindən bildirildiyinə görə, biletlər artıq satışdadır.

Mahaçqaladan Bakıya ilk uçuş iyulun 4-ü Bakı vaxtı ilə 02:05-ə S7 Airlines aviaşirkətinin təyyarəsi ilə həyata keçirilməlidir.

Boeing 737-800 176 sərnişin tutur. Azərbaycan paytaxtına reyslər hər həftə şənbədən bazara keçən gecə həyata keçiriləcək.

Azərbaycana gələn bütün 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

S7 aviaşirkəti iyunun 15-dən Samaradan Bakıya aviareyslər həyata keçirir.

Həmçinin aviaşirkət iyunun 23-dən Krasnoyarsk-Bakı-Krasnoyarsk marşrutu üzrə uçuşlar həyata keçirəcəklər.

Azərbaycanda fvqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.

67